| AVTOMATİK REJİMDƏ VERGİLƏR BARƏDƏ MƏLUMATIN VERİLMƏSİ
Vergi növləri barədə məlumat avtomatik rejimdə verilir. Telefon Mərkəzində avtomatlaşdırılmış sistem tərəfindən qeyri iş saatlarında və qeyri iş günlərində vergi ödəyicilərinə vergi növləri barədə məlumatların verilməsi xidməti göstərilir.
Telefon Mərkəzinə zəng edən vergi ödəyicisi səsli menyu vasitəsilə təqdim olunan vergi növlərindən ona lazım olanını seçir. Sonra elektron avtomatlaşdırıcı vasitəsilə standart formada seçilmiş vergi növünün dərəcəsi, hesabat dövrü, ödəyiciləri və s. barədə qısa məlumat verilir.
Bu halda zəruri məlumat almaq üçün aşağıda göstərilən qaydaya riayət etməlisiniz:
- telefonla 195 nömrəsini yığırsınız;
- robot azərbaycan dilində Sizi salamladıqdan sonra müvafiq düyməni basmaqla təqdim edilən məlumatı üç dildə səsləndirə bilərsiniz. Seçiminizi etmək üçün Sizə bir neçə saniyə vaxt ayrılır və bu müddət ərzində heç bir düymə seçilmədikdə mətnin məzmunu azərbaycan dilində səsləndirilir. Əgər məlumatı rus dilində almaq istəyirsinizsə 1, ingilis dilində almaq istəyirsinizsə 2 düyməsini basırsınız.
Abonenti olduğunuz avtomatik telefon şəbəkəsi elektron tipli deyilsə, onda Siz müvafiq düymədən əvvəl * düyməsinin köməyindən istifadə etməlisiniz.
Seçiminizdən sonra robot məlumatın səsləndirilməsini davam etdirəcək və müvafiq düyməni basmaqla Sizi maraqlandıran vergi növünü seçməyi təklif edəcəkdir.
Lazımi düyməni seçib istədiyiniz vergi növü haqqında ümumi məlumatı əldə edə bilərsiniz:
 |
Gəlir vergisi |
 |
Mənfəət vergisi |
 |
Sadələşdirilmiş vergi |
 |
Əlavə dəyər vergisi |
 |
Əmlak vergisi |
 |
Torpaq vergisi |
 |
Aksiz vergisi |
 |
Mədən vergisi |
 |
Yol vergisi |
|