Azərbaycan Respublikasında ilk dəfə müasir tipli «Call-center» («195» nömrəli telefon məlumat xidməti)  Vergilər Nazirliyi tərəfindən vergi ödəyicilərinin müraciətlərinin cavablandırılması, vergi orqanına gəlmədən vergi qanunvericiliyinə dair düzgün və operativ informasiya almaları üçün yaradılmışdır.
Bu bukletdə Vergilər Nazirliyinin ««195»» telefon məlumat xidmətinin əhəmiyyəti, fəaliyyəti, funksiyaları və göstərdiyi xidmətlər barədə məlumat verilir.

«195» telefon məlumat xidməti 2003-cü ilin sonunda Bakı şəhərini əhatə etməklə fəaliyyətə başlamışdır.

2006-cı ilin may ayının əvvəlindən telefon məlumat xidmətinin əhatə dairəsi genişləndirilərək  respublikanın bütün regionlarından olan sual və müraciətlərin qəbul edilməsinə başlanılmışdır.

Telefon məlumat xidməti tərəfindən telefon vasitəsi ilə vergi qanunvericiliyinə aid sualların və müraciətlərin qəbulu, onlara baxılması və operativ cavablandırılması, məlumatlandırma xidmətinin göstərilməsi həyata keçirilir.

Vergi ödəyicilərinə göstərilən telefon xidməti ödənişsizdir və ayrı-ayrı xidmət rejimləri olmaqla fasiləsiz fəaliyyət göstərir.

Respublikanın hər bir regionundan, habelə mobil telefonlardan «195» telefon məlumat xidmətinə müraciət etməklə vergi qanunvericiliyinin tətbiqi zamanı sual doğuran istənilən məsələyə aydınlıq gətirilməsi, vergi qanunvericiliyinin pozulması faktları, habelə vergi orqanı əməkdaşlarının qeyri-qanuni hərəkətləri (hərəkətsizliyi) barədə məlumat verilməsi mümkündür.

 

© AR Vergilәr Nazirliyi, 2001-2008 Haqqında Qanun Bәyannamә Statistika Sual-Cavab Əlaqә: info@taxes.gov.az