İŞ REJİMİ

Telefon Mərkəzi canlı və avtomatik rejimdə olmaqla fasiləsiz fəaliyyət göstərir.
Canlı rejim həftənin iş günləri saat 09.00-dan 18.00-dək olan dövrü əhatə edir. Bu zaman sorğu və müraciətlər birbaşa olaraq müfəttiş-operatorlar tərəfindən cavablandırılır.

Telefon Mərkəzi tərəfindən canlı rejimdə göstərilən telefon xidməti iş günü ərzində fasiləsiz, saat 9.00-dan 14.00-dək və 14.00-dan 18.00-dək olmaqla iki növbəli xidmət əsasında həyata keçirilir.

Avtomatik iş rejimi iş vaxtından sonrakı saatlarda, həftənin qeyri-iş günləri və bayram günlərində fəaliyyət göstərir. Bu rejimdə avtomatlaşdırılmış sistem tərəfindən vergi ödəyicilərinə məlumatların verilməsi xidməti göstərilir. Telefon Mərkəzinə zəng edən vergi ödəyicisi səsli menyu vasitəsilə ona lazım olan məlumat növünü seçir və elektron avtomatlaşdırıcı vasitəsilə standart formada cavab alır.

Telefon Mərkəzi tərəfindən vergi ödəyicilərinə göstərilən telefon xidmətlərinə, o cümlədən müfəttiş-operatorla vergi ödəyicisi arasında telefon danışıqlarına nəzarət etmək, göstərilən xidmətin səviyyəsini müəyyən etmək məqsədi ilə burada tətbiq edilən xüsusi proqramdakı modul vasitəsi ilə bu xidmətlər və danışıqlar sistemin yaddaşına yazılır və arxivləşdirilir.
Bununla yanaşı zəng vurulan tarix və saat, vergi ödəyicisinin telefon nömrəsi, danışığın müddəti və sualı cavablandıran müfəttiş-operatorun operator nömrəsi də öz əksini tapır.

 

© AR Vergilәr Nazirliyi, 2001-2008 Haqqında Qanun Bәyannamә Statistika Sual-Cavab Əlaqә: info@taxes.gov.az