GÖSTƏRİLƏN XİDMƏTLƏR

Telefon Mərkəzi tərəfindən vergi ödəyicilərinə aşağıdakı xidmətlər göstərilir:

Canlı rejimdə:

- Vergi ödəyicilərinin suallarının cavablandırılması.

- “Bir pəncərə” prinsipinə aid sualların cavablandırılması;

- Vergi borcunun öyrənilməsi;

- Vergi hüquqpozmaları barədə şikayət və məlumatların qəbulu, baxılması  üçün araşdırmaya yönəldilməsi;

 Avtomatik rejimdə:

 - vergilər barədə məlumatın verilməsi.
 -  vergi borcunun öyrənilməsi;

Vergilər Nazirliyinin telefon məlumat xidmətinə müraciət etmək üçün respublikanın istənilən regionundan stasionar telefonlardan ödənişsiz olaraq birbaşa «195» nömrəsini, «Azercell» mobil nömrələrindən «195», «Bakcell» nömrələrindən  isə «012 195» yığmaqla əlaqə yaradılır. Əlaqə zamanı robot Sizi salamladıqdan sonra menyu təqdim edir və menyuda müvafiq düyməni seçdikdən sonra avtomatik olaraq müfəttiş-operatorla birləşdirir.

Siz iş günü ərzində saat 09.00-dan 18.00-dək zəng edib vergi orqanlarının yüksək peşəkarlığa malik əməkdaşları ilə ünsiyyət yarada bilərsiniz.

Müraciətiniz sorğu xarakterli olduqda müfəttiş-operator tərəfindən sorğunuz cavablandırılacaq, qanun çərçivəsində zəruri məsləhətlər veriləcək, şikayət xarakterli olduqda isə şikayətiniz qəbul ediləcək və araşdırılaraq nəticəsi barədə Sizə məlumat veriləcək.

Zənginiz iş günləri saat 18.00-dan sonra və ya qeyri-iş günlərinə təsadüf etdikdə, telefon xidməti avtomatik iş rejimində olduğundan Sizə robot tərəfindən standart formada cavablandırılacaq. Bu zaman Sizə azərbaycan, rus və ingilis dillərində, Azərbaycan Respublikasında mövcud olan vergi növləri haqqında qısa məlumat veriləcəkdir.

 

© AR Vergilәr Nazirliyi, 2001-2008 Haqqında Qanun Bәyannamә Statistika Sual-Cavab Əlaqә: info@taxes.gov.az