Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi ödəyicilərinə daha əlverişli şəraitin yaradılması məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Dövlət Vergi Xidməti və bank idarələri arasındahesabların açılması və hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara təqdim edilən şəhadətnamə-dublikatların və sərəncamların elektron mübadiləsinə başlanılmışdır. Elektron məlumat mübadiləsi Milli Bankın XÖKHS sistemi üzərindən aparılır. Azərbaycan Respublikasının Mərkəzi Bankı və Dövlət Vergi Xidməti tərəfindən elektron məlumat mübadiləsini hüquqi cəhətdən tənzimləyən "Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Verfi Xidməti və banklar arasında elektron sənəd mübadiləsi haqqında KOLLEKTİV SAZİŞ" imzalanmışdir. Sazişdə bank idarələrinin elektron mübadiləyə qoşulma mexanizmi müəyyənləşdirilmiş və Saziş XÖHKS sisteminin üzvü olan bütün banklar üçün açıqdır.

Elektron məlumat mübadiləsi haqqıda Kollektiv Sazişə qoşulmaq üçün ilk növbədə bank idarəsi tərəfindən Dövlət Vergi Xidmətinə yazılı müraciət edilir. Bank idarəsinin texniki imkanları sazişin şərtlərinə uyğun olduğu halda bank tərəfindən Kollektiv Sazişə qoşulmaq haqqında müvafiq Protokol imzalanaraq Mərkəzi Banka və Dövlət Vergi Xidmətinə təqdim edilir.

 
Hal-hazırda Dövlət Vergi Xidməti ilə elektron məlumat mübadiləsi haqqında Kollektiv Sazişə qoşulmuş bankların siyahısı:

"Azərdəmiryolbank" ASC
"Rabitəbank" ASC
"Unibank" ASC
"Bank of Baku" ASC
"Turanbank" ASC
"AFB Bank" ASC ("Azfinansbank" ASC)
"Bank Avrasiya" ASC
"Azər-Türkbank" ASC
"YapıKrediBank Azərbaycan" ASC
"PaşaBank" ASC
"Accessbank" QSC
"Xalqbank" ASC
Bank "BTB" ASC
"Muğanbank" ASC
"ARBB" (Beynəlxalqbank)
"Expressbank" ASC
"Nikoilbank" İKB ASC
"Bank Respublika" ASC
"Bank VTB (Azərbaycan)"
"Azərbaycan Sənaye Bankı"
"Kapital Bank"
"Naxçıvanbank" ASC
"Günay Bank" ASC
Pakistan Milli Bankının Bakı filialı
"Aqrarkredit" QSC
"Bank Melli İran"