Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə
news1

Dövlət Vergi Xidməti tərəfindən maarifləndirici flayerlər hazırlanıb

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı vergi ödəyicilərinin məlumatlandırılması və maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər nəzərə alınmaqla maarifləndirici flayerlər hazırlanıb və qurumun rəsmi internet səhifəsində yerləşdirilib.

Ətraflı məlumat
news1

Naxçıvanda vergi xidmətlərindən istifadə səviyyəsi artır

2024-cü ilin yanvar-mart aylarında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət strukturlarında ümumilikdə 7.986 şəxs qəbul edilib.

Ətraflı məlumat
news1

“Biznesə daxilolma” İşçi qrupunun videokonfrans formatında iclası keçiriləcək

2024-cü il aprelin 23-də saat 10:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək.

Ətraflı məlumat
news1

2024-cü ilin birinci rübündə 125 mindən çox Asan İmza sertifikatı verilib

2024-cü ilin yanvar – mart ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 159.584 şəxs qəbul edilib, onlara 239.576 sayda xidmət göstərilib  ki, bunların 91 minə yaxını şifahi xidmətlərə (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar suallarının cavablandırılması), 57 mindən çoxu isə elektron xidmətlərə (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) aiddir.

Ətraflı məlumat
news1

3,3 milyon manat məbləğində vurulmuş ziyanın bərpa olunması təmin edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 2024-cü ilin 1-ci rübü ərzində vergi ödəməkdən yayınma, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan müəssisə yaradaraq xüsusilə külli miqdarda gəlir əldə etmə, ...

Ətraflı məlumat
news1

Nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması prosesi davam edir

Vətəndaşlar tərəfindən 2024-cü ilin 1 aprel tarixinədək İnternet Vergi İdarəsində yaradılmış müvafiq portal  üzrərindən ümumilikdə 14 min 927 müraciət daxil olub ki, bu müraciətlərdən 7.793-ü üzrə 30,4 mln. manat vəsaitin vətəndaşlara ödənilməsi təmin edilib.

Ətraflı məlumat
news1

Əmək müqavilələrinin sayı 1,8 milyondan çoxdur

5 ilə yaxın bir müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. 

Ətraflı məlumat
news1

Naxçıvanda vergi daxilolmalarında müsbət dinamika davam edir

2024-cü ilin yanvar-mart aylarında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 45,8 milyon manat vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 24,8 faiz və ya 9,1 milyon manat çoxdur. 

Ətraflı məlumat
news1

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 11,3 faiz artıb

2024-cü ilin yanvar-mart ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 4 milyard 281 milyon 505,1 min manat vergi daxil olub.

Ətraflı məlumat
news1

Bu il “ƏDV geri al” layihəsi çərçivəsində 43,8 milyon manat qaytarılıb

Ölkədə “ƏDV geri al” layihəsi uğurla tətbiq edilir. 2024-cü ilin yanvar – mart ayları ərzində fiziki şəxs olan istehlakçılar tərəfindən pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara və göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin 43,8 milyon manatı geri qaytarılıb.

Ətraflı məlumat
news1

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 28,9 faiz artıb

2024-cü ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq 1 milyon manatdan çox olub.

Ətraflı məlumat
news1

Aktiv ƏDV ödəyicilərinin sayı 3,9 faiz artıb

2024-cü il aprelin 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 0,8  faiz artaraq 768,1 minə çatıb.

Ətraflı məlumat
news1

Yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Ətraflı məlumat
news1

Məcburi dövlət sosial sığorta ödəmələri 10,7 faiz artıb

2024-cü ilin yanvar-mart ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar  1,3 milyard manatdan çox olmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz və ya 127,6 milyon manat artıb.

Ətraflı məlumat
news1

“Vergi testi” yenilənib

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli Qanunu ilə Vergi Məcəlləsinə bir sıra dəyişikliklərin edildiyini nəzərə alaraq, DVX-nin rəsmi internet saytının “Vergi testi” bölməsində aidiyyəti suallar yenilənib, mövcud sual bazasında müvafiq dəyişikliklər edilib.

Ətraflı məlumat
news1

Dövlət Vergi Xidməti sayca üçüncü "Yay Təcrübə Proqramı"na qəbul elan edir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) cari ilin aprel ayının 1-dən başlayaraq ali təhsil müəssisələrinin tələbələri üçün iki hissədən ibarət olan sayca üçüncü “Yay Təcrübə Proqramı”na qəbul elan edir. Proqramda iştirak etmək istəyən tələbələr qeyd olunan tarixdən aprelin 30-dək elanda göstərilən qaydada Dövlət Vergi Xidmətinə müraciət etməklə seçim turlarına qoşula bilərlər.

Ətraflı məlumat
news1

BMT-nin İnkişaf Proqramı çərçivəsində tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo ilə görüşüb.

Ətraflı məlumat
news1

İqtisadi icmal (11 - 17 mart 2024-cü il)

İqtisadi icmal (11 - 17 mart 2024-cü il)

Ətraflı məlumat
news1

Azərbaycan-İraq əlaqələrinin inkişafı müzakirə olunub

İraq Respublikasının Baş naziri Məhəmməd Şiya əs-Sudani Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Ətraflı məlumat
news1

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı artıb

Naxçıvan Muxtar Respublikasında 2024-cü ilin mart ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 9,2 faiz artaraq 16.935 olub.

Ətraflı məlumat