Qeyd edilən məlumatların daha aydın olması üçün məsələyə ümumi bir misal üzərində baxaq:

Beyləqan rayonunun Birinci Şahsevən kəndində yaşayan Əliyev Xəlil Məmməd oğlu heyvandarlıqla məşğul olmaq qərarına gəlir. Onun bu fəaliyyətlə məşğul olması üçün böyük təcrübəsi və 6 hektar otlaq sahəsi vardır. Sahibkar bəslədiyi xırda buynuzlu mal-qaranın bir hissəsini topdan satış mərkəzlərinə, digər hissəsini isə Beyləqan şəhərində pərakəndə qaydada satmağı planlaşdırır.
Bazarın təhlili zamanı müəyyən edilir ki, diri şəkildə xırda buynuzlu mal-qaranın alınmasına tələbat böyükdür. Bu sahədə rəqabət böyük olsa da, bazarın həcmi sahibkara burada öz yerini tutmağa və normal fəaliyyət göstərməyə imkan verir. Əldə edilən məlumatdan bəlli olur ki, qoyunun diri şəkildə 1 kiloqramı (kq) topdan satış mərkəzləri tərəfindən orta qiymətlə 2,5 manata, quzunun 1 kq-ı isə orta qiymətlə 3,5 manata alınır. Eyni zamanda, Beyləqan şəhərinin pərakəndə ticarət obyektlərində 1 kq qoyunun diri şəkildə orta qiyməti 3 manat, quzunun 1 kq-nın orta qiyməti 4 manat təşkil edir. Bu isə o deməkdir ki, satılacaq quzunun orta çəkisi 14 kq, qoyunun isə orta çəkisi 20 kq olduğu halda, topdan satış mərkəzlərinə 1 quzunu 49 manata, 1 qoyunu isə 50 manata satmaq mümkün olduğu təqdirdə, pərakəndə şəkildə 1 quzudan 56 manat, 1 qoyundan isə 60 manat gəlir əldə etmək olar.

Hesablama qaydası:

 

Quzu

Qoyun

Topdan satış üçün:

Q14kq x 3,5 manat = 49 manat

Q20kq x 2,5 manat=50 manat

Pərakəndə satış üçün:

Q14 kq x 4 manat = 56 manat

Q20kq x 3 manat=60 manat

Sahibkarın ilkin hesablamalarına görə, pərakəndə ticarəti üçün icarəyə götürdüyü obyektin ərazisində xırda buynuzlu mal-qaranın satışına gündəlik tələbat 2 baş qoyun və ya 40 kq, təklif isə 1 baş qoyun və ya 20 kq təşkil edir. Sahibkar qalan 1 baş qoyun və ya 20 kq tələbatı ödəmək niyyətindədir. Sahibkarın hesablamalarına görə obyektinin gündəlik gəliri 60 manat, aylıq gəliri isə 1500 manat (60 manat x 25 gün) təşkil edəcək.
Fəaliyyətə başlamazdan əvvəl sahibkar xərclər smetasını tərtib etməlidir. Qeyd etdiyimiz misalda çəkliəcək xərclər smetası aşağıdakı kimi olacaq:

Xərclər

Sayı

Qiyməti*

1. Tövlənin tikilməsi

1 ədəd

600 manat

2. Xırda buynuzlu mal-qara

150 baş

4.500 manat (1 baş 30 manat)

3. Yem

1 rüblük ehtiyat

600 manat

4. İcarə haqqı

1 ay

250 manat

5. İşçi qüvvəsi xərcləri, o cümlədən

1 işçi

915 manat/rüblük

5.1. Əmək haqqı

Rüblük

750 manat

5.2. Sosial sığorta ayırmaları (hesablama qaydası)

Rüblük

165 manat

6. Sair xərclər, o cümlədən fərdi sahibkarın sosial sığorta ayırmaları (rüblük 31,50 manat) (hesablama qaydası)

Rüblük

250 manat

Cəmi

7.115 manat

* qiymətlər şərtidir.

Göründüyü kimi, Xəlil Əliyevin sahibkarlıq fəaliyyətinə başlaması üçün ilkin olaraq ona 7.115 manat məbləğində maliyyə vəsaiti lazımdır.