Əliyev Xəlil xərclər smetasını qurduqdan, yaşadığı ərazi üzrə Beyləqan şəhərində yerləşən 8 saylı Ərazi Vergilər İdarəsində fərdi sahibkar olmaqla sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyata durduqdan və tələb olunan 7.115 manat vəsaiti əldə etdikdən sonra (3.115 manat məbləğində vəsaiti şəxsi kapitalı kimi yatırır, 4.000 manat məbləğində vəsaiti isə bankdan kredit götürür) 2016-cı ilin yanvar ayının 1-dən fəaliyyətə başlayır. Təsərrüfat fəaliyyətinin həyata keçirmək üçün, o, tövlə tikir və bu tikiliyə 600 manat xərcləyir, həmin obyekti və icarə götürdüyü obyekti vergi orqanında təsərrüfat subyekti kimi uçota qoyur, 200 manata nəzarət kassa aparatı alaraq quraşdırır, 150 baş xırda buynuzlu mal-qaranın alınmasına 4.500 manat, onların rüblük yem ehtiyatı üçün isə 600 manat xərcləyir, 1 işçi ilə aylıq əmək haqqı 250 manat olmaqla əmək müqaviləsi bağlayaraq onu bu işə cəlb edir və s. işləri görür.

Qeyd olunan məlumatları əsasında maliyyə göstəricilərini quraq:

Sahibkarın fəaliyyətinin ilkin nəticələrinə əsasən aktiv və passivləri aşağıdakı kimi olmuşdur:

Aktivlər, manatla

Passivlər, manatla

Əsas vəsaitlərin dəyəri (NKA və tikili)

800,00

Bank kreditləri

4.000,00

Pul vəsaitləri

1.215,00

 

 

Hazır məhsul (mal-qara)

4.500,00

Digər öhdəliklər (şəxsi kapital)

3.115,00

Yem

600,00

 

 

Cəmi

7.115,00

Cəmi

7.115,00

Sahibkar 2016-cı ilin 1-ci rübü ərzində sahibkarlıq fəaliyyəti çərçivəsində 150 baş xırda buynuzlu mal-qaranı bəsləyərək 75-i topdan satış mərkəzlərinə, qalan 75-i isə pərakəndə qaydada öz obyektində satmış, ümumi satışdan 7950 manat gəlir əldə edilmişdir. 7950 manat gəlirin 3750 manatı qoyunun (75*20 kq*2,5 manat) topdan satışından, 4200 manatı (75*14 kq*4 manat) isə quzunun pərakəndə satışından əldə edilmişdir. Eyni zamanda sahibkar həmin mal-qaranın daşınması üçün 200 manat nəqliyyat xərcləri çəkmiş, işə götürdüyü 1 işçinin 3 aylıq əmək haqqını (750 manat), əmək haqqından tutulan gəlir vergisini (47,88 manat) və sosial sığorta haqqını hesablayaraq ödəmiş (196,50 manat), kommunal xərcləri (150 manat) və bank krediti üzrə (o cümlədən faizləri üzrə) öhdəliyini (125.35*3 ay=376 manat - əsas məbləğ 333,36 + faiz 44,64) yerinə yetirmişdir. Bununla yanaşı, sahibkar növbəti rüb fəaliyyətini genişləndirmək məqsədilə 6000 manata 200 baş qoyun-quzu almışdır. Bu halda sahibkarın il üzrə (ilin 4 rübü üzrə) maliyyə göstəricisi aşağıdakı kimi olmuşdur:

01.01.2016-31.12.2016 dövrü üzrə sahibkarlıq fəaliyyətinin dövriyyə göstəriciləri (manatla)

 

 

1-ci rüb

2-ci rüb

3-cü rüb

4-cü rüb

 

Dövrün əvvəlinə

0

7158,50

8924

10687.21

1.

Mədaxil

 

1.1.

Şəxsi kapital

3115

 

1.2.

Kredit

4000

 

1.3.

Satış

7950

10600

10600

10600

1.3.1.

Topdan

3750

5000

5000

5000

1.3.2.

Pərakəndə

4200

5600

5600

5600

Cəmi:

15065

10600

10600

10600

2.

Məxaric

 

2.1.

Tikinti

600

0

0

0

2.2.

NKA

200

0

0

0

2.2.

Mal-qara

4500

6000

6000

6000

2.3.

Əmək haqqı və digər ödəmələr

946,50

946,50

946,50

946,50

2.4.

Yem

600

600

600

800

2.5.

Kommunal xərclər

150

150

150

150

2.6.

Banka ödəniş (faizlə birlikdə)

376

376

376

376

2.7.

İcarə haqqı

250

250

250

250

2.8.

Nəqliyyat

200

200

200

200

2.9.

Sair xərclər

84

312

312

312

2.10.

Torpaq vergi

0

0

2,29

2,29

Cəmi:

7906,50

8834,50

8836,79

9036,79

Dövrün sonuna

7158,50

8924

10687,21

12250,42

Sahibkarın ilin sonuna aktiv və passivləri aşağıdakı kimi olmuşdur:

Aktivlər, manatla

Passivlər, manatla

Əsas vəsaitlərin dəyəri (tikili)

600,00

Gəlir (xalis)

7.068,86

Pul vəsaitləri

12.250,42

Bank kreditləri

2.666,56

 

 

Digər öhdəliklər (şəxsi kapital)

3.115,00

Cəmi

12.850,42

Cəmi

12.850,42

Mövcud vergi qanunvericiliyinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi 2019-cu ilə kimi sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilmir. Kənd təsərrüfatı məhsullarının sənaye üsulu ilə emalından əldə olunan gəlirlər isə ümumi qaydada vergilərə cəlb edilir.
Bu baxımdan növbəti mərhələdə sahibkar vergi öhdəliklərini yerinə yetirməlidir. Belə ki, sahibkar hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq əldə etilmiş gəliri üzrə “Sadələşdirilmiş verginin bəyannaməsi”ni və onun əlavələrini tərtib edərək vergi orqanına təqdim etməli və vergi hesablanmalı olduğu halda hesablanmış vergini həmin müddətdə dövlət büdcəsinə ödəməlidir (misalda qeyd edilən fəaliyyət üzrə sadələşdirilmiş vergi hesablanmır). Misala uyğun olaraq tərtib edilmiş "Sadələşdirilmiş verginin bəyannaməsi"onun əlavələri ilə burada tanış ola bilərsiniz.

Bununla yanaşı sahibkar mülkiyyətində olan otlaq sahəsinə görə bələdiyyə tərəfindən hesablanmış torpaq vergisini, işə cəlb etdiyi işçisinə hesablanmış aylıq əmək haqqından gəlir vergisini tutaraq büdcəyə ödəməli və sosial sığorta ayırmaları üzrə öhdəlikləri yerinə yetirməlidir (BƏYANNAMƏLƏRİN TƏRTİB EDİLMƏSİ QAYDASI İLƏ BU LİNKDƏ TANIŞ OLA BİLƏRSİNİZ).