Vergi bәyannamәsini verәn şәxslәr  

Aşağıdakı şәxslәr Vergi bәyannamәsini tәqdim etmәlidirlәr:

1. Fiziki şәxslәrin gәlir Vergisinin ödәyicilәri
- rezident vә qeyri rezident fiziki şәxslәr (maddә 95)

2. Mәnfәәt vergisinin ödәyicilәri:
- Rezident vә qeyri-rezident müәssisәlәr (maddә 103.1)

3. Әlavә dәyәr vergisinin ödәyicilәri:
- ӘDV -nin ödәyicisi kimi qeydiyyatdan keçәn vә ya qeydiyyatdan keçmәli olan şәxslәr (maddә 154.1)
- ӘDV tutulan malları idxal edәn şәxslәr (maddә 154.3)
- ӘDV-nin mәqsәdlәri üçün qeydiyyatdan keçmәdәn iş görәn vә xidmәt göstәrәn qeyri-rezident şәxs (maddә 154.4)
- Aksizli malların istehsalçıları (maddә 154.6)

4. Aksiz Vergisinin ödәyicilәri:
- Azәrbaycan Respublikasının әrazisindә aksizli malların istehsalı vә ya idxalı ilә mәşğul olan müәssisәlәr vә fiziki şәxslәr, habelә Azәrbaycan Respublikasının hüdudlarından kәnarda aksizli malları istehsal edәn vә istehsal etdiyi yerdә vergi ödәyicisi kimi uçotda olmayan Azәrbaycan Respublikasının rezidenti (maddә 183)

5. Әmlak Vergisinin ödәyicilәri:
- Xüsusi mülkiyyәtindә cari ilin yanvarın 1-nә әmlak vergisinin vergitutma obyektlәri olan fiziki şәxslәr vә müәssisәlәr (maddә 196)

6. Torpaq Vergisinin ödәyicilәri:
- Azәrbaycan Respublikasının әrazisindә mülkiyyәtindә vә istiafdәsindә torpaq sahәlәri olan fiziki şәxslәr vә müәssisәlәr (maddә 204)

7. Mәdәn Vergisinin ödәyicilәri:
- Azәrbaycan Respublikasının әrazisindә yerin tәkindәn faydalı qazıntıları çıxaran fiziki şәxslәr vә müәssisәlәr (maddә 214)

8. Sadәlәşdirilmiş sistem üzrә verginin ödәyicilәri:
- Aksizli mallar istehsal edәn müәssisәlәr, kredit vә sığorta tәşkilatları, investisiya fondları, qiymәtli kağızlar bazarının peşәkar iştirakçıları istisna olmaqla ӘDV-nin mәqsәdlәri üçün qeydiyyata alınmamış müәssisәlәr, habelә mәnzil-kommunal tәsәrrüfatı tәşkilatları vә onların xidmәt sahәlәri (maddә 218)

© AR Vergilәr Nazirliyi, 2001-2005 Haqqında Qanun Bәyannamә Statistika Sual-Cavab Əlaqә: info@taxes.gov.az