Yanvar
Fevral
Mart
Aprel
May
İyun
İyul
Avqust
Sentyabr
Oktyabr
Noyabr
Dekabr
1-2008
2-2008
3-2008
4-2008
5-2008
6-2008
7-2008
8-2008
9-2008
10-2008
11-2008
12-2008

MART
B.e Ç.a. Ç. C.a. C. Ş B.
          1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31            

Qeyd: verginin ödənilmə və bəyannamənin verilmə müddətinin sonuncu günü təqvimdə dairə içərisinə alınmışdır. Həmin gün   istirahət və ya bayram gününə düşdüyü halda növbəti iş gününə keçirilmişdir.
Ödənilən vergi:
17 mart - «(9)».
29 mart - «3», «4», «8».
31 mart - «1», «2», «5», «7»

«1» - Gəlir vergisi: Gəlir vergisi üzrə hesabat dövrü təqvim ilidir. Azərbaycan Respublikasında daimi nümayəndəliyi olan, vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirindən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər, ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir, o cümlədən qoyaltidən gəlir əldə edən rezident fiziki şəxslər hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verir və həmin vaxtadək illik gəlir üzrə son hesablama aparmaqla (cari ödəmələr nəzərə alınmaqla) gəlir vergisini dövlət büdcəsinə ödəyirlər.
«2» - Mənfəət vergisi: Mənfəət vergisi üzrə hesabat dövrü təqvim ilidir. Mənfəət vergisinin ödəyicisi hesab edilən rezident müəssisələr, habelə Azərbaycan Respublikasında daimi nümayəndəliyi olan, vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirindən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq son hesablama aparmaqla (cari ödəmələr nəzərə alınmaqla) vergini ödəyir və qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim edir.
Bələdiyyə mülkiyyətində olan müəssisələr mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə), digər müəssisələr isə dövlət büdcəsinə ödəyirlər.
«5» - Əmlak vergisi: Müəssisənin əmlak vergisi üçün hesabat dövrü təqvim ili sayılır. Əmlak vergisinin ödəyicisi olan müəssisə əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına verir və vergini həmin müddətədək son hesablama aparmaqla (cari ödəmələr nəzərə alınmaqla) dövlət büdcəsinə ödəyir.
«7» - Yol vergisi: Müəssisənin yol vergisi üçün hesabat dövrü təqvim ili sayılır. Azərbaycan Respublikasının ərazisində təqvim ilinin sonu vəziyyətinə mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan hüquqi şəxslər yol vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edir və həmin müddətədək hesablanmış vergini dövlət büdcəsinə ödəyirlər.
«3» - Əlavə dəyər vergisi: ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. ƏDV ödəyən vergi ödəyicisi ƏDV-nin bəyannaməsini hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq qeydiyyatda olduğu vergi orqanına verir və vergini dövlət büdcəsinə ödəyir.
 «4» - Aksiz vergisi: Aksizlər üzrə hesabat dövrü təqvim ayıdır. Aksizli mallar istehsal edildikdə hər hesabat dövrü üçün vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməli və vergi orqanına bəyannamə verilməlidir.
 «8» - Mədən vergisi: Mədən vergisi üzrə hesabat dövrü təqvim ayı sayılır. Mədən vergisinin ödəyicisi hesabat ayı üçün faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dən gec olmayaraq vergini ödəyir və bəyannamə verirlər. Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir və bələdiyyələrə mədən vergisinin bəyannaməsi verilir.
«(9)» - Sadələşdirilmiş vergi: Sadələşdirilmiş verginin ödəyiciləri olan şəxslər-kiçik sahibkarlıq subyektləri uçotu «Kicik sahibkarlıq subyektlərinin təsərrüfat əməliyyatlarının Uçotu kitabı»na uyğun aparmaqla «1-KM nömrəli hesabatı» (kiçik sahibkarlıq subyekti fəaliyyətini 2 nəfərdən artıq olmamaqla fərdi olaraq və ya müzdlu işçi cəlb etməklə həyata həyata keçirən şəxslər-subyektlər tərəfindən «Uçot kitabı»nın yalnız «A.Gəlirlər» və «B.Xərclər» bölmələri doldurulur və 1-KM nömrəli hesabat forması tərtib edilmir), hesabat ilindən sonrakı mart ayının 15-dək Azərbaycan Respublikasının statistika və vergi orqanlarına təqdim edirlər.