Yanvar
Fevral
Mart
Aprel
May
İyun
İyul
Avqust
Sentyabr
Oktyabr
Noyabr
Dekabr
1-2008
2-2008
3-2008
4-2008
5-2008
6-2008
7-2008
8-2008
9-2008
10-2008
11-2008
12-2008

APREL
B.e Ç.a. Ç. C.a. C. Ş B.
  1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30        
             

Qeyd: Verginin ödənilmə və bəyannamənin verilmə müddətinin sonuncu günü təqvimdə dairə içərisinə alınmışdır. Həmin gün   istirahət və ya bayram gününə düşdüyü halda növbəti iş gününə keçirilmişdir.
Ödənilən vergi:
15 aprel - «(1) və (2)».
21 aprel - «3», «4», «8», «9», «10», «11».

«(1) və (2)» - Gəlir və Mənfəət vergisi: Gəlir və mənfəət vergisi üzrə hesabat dövrü təqvim ilidir. Hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidirlər. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyirlər. Cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.
Vergi ödəyicisi il ərzində cari vergi ödəmələrinin məbləğini öz seçiminə əsasən aşağıda göstərilən iki mümkün metoddan birinə uyğun müəyyənləşdirə bilər.
Birinci metod: Hər rüb üçün cari ödəmələrin məbləği əvvəlki vergi ilində hesablanmış verginin 1/4 hissəsi məbləğində müəyyən edilir.
İkinci metod: Cari rübdəki gəlirin məbləğini keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyən edilir.
Bu zaman vergi ödəyicisi il ərzində cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirməyin yuxarıdakı iki mümkün metodundan birini seçir və hər il aprel ayının 15-dən gec olmayaraq bu barədə vergi orqanına məlumat verir. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün tətbiq etdiyi metod barədə məlumat vermədiyi halda vergi orqanı birinci metodu tətbiq edir.
Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün ikinci metodu seçdiyi halda, hər rüb başa çatdıqdan sonra 15 gün ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidir, əks halda, vergi orqanı birinci metodu tətbiq edir.
Əvvəlki vergi ilində fəaliyyəti olmayan və növbəti vergi ilndə fəaliyyət göstərən, habelə yeni yaradılmış və fəaliyyət göstərən vergi ödəyiciləri mənfəət və ya gəlir vergisi üzrə cari vergi ödəməlrini təqvim ili ərzində rüblər üzrə artan yekunla hesablamalı, cari vergi ödəmələrinin məbləği mənfəətdən və ya gəlirdən verginin məbləğinin 75 faizindən az olmamalı, rüb başa çatdıqdan sonra 15 gün ərzində cari vergi ödəmələrini aparmalı və rüb ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidir.  
«3» - Əlavə dəyər vergisi: ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. ƏDV ödəyən vergi ödəyicisi ƏDV-nin bəyannaməsini hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq qeydiyyatda olduğu vergi orqanına verir və vergini dövlət büdcəsinə ödəyir.
 «4» - Aksiz vergisi: Aksizlər üzrə hesabat dövrü təqvim ayıdır. Aksizli mallar istehsal edildikdə hər hesabat dövrü üçün vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməli və vergi orqanına bəyannamə verilməlidir.
«8» - Mədən vergisi: Mədən vergisi üzrə hesabat dövrü təqvim ayı sayılır. Mədən vergisinin ödəyicisi hesabat ayı üçün faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dən gec olmayaraq vergini ödəyir və bəyannamə verirlər. Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir və bələdiyyələrə mədən vergisinin bəyannaməsi verilir. Yerli əhəmiyyətli tikinti materiallarına kərpic-kiramid gilləri, tikinti qumları, çınqıl xammalı aid edilir.
«9» - Sadələşdirilmiş vergi: Sadələşdirilmiş vergi üzrə hesabat dövrü rübdür. Sadələşdirilmiş verginin ödəyicisi olan şəxs hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq ödənməli olan verginin məbləği haqqında vergi orqanına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyir.
«10» - Ödəmə mənbəyində tutulan vergilər: Ödəmə mənbəyində tutulan vergilər üzrə hesabat dövrü rübdür. Ödəmə mənbəyində vergi tutan hüquqi şəxslər və fərdi sahibkarlar muzdla işləyən fiziki şəxslərə, habelə qeyri-dövlət pensiyaları və digər ödəmələri (rezident müəssisələrə və ya qeyri-rezidentin daimi nümayəndəliklərinə Azərbaycan Respublikaksında ödənilən icarə haqqı və royalti istisna olmaqla) verərkən onlardan ödəmə mənbəyində gəlir vergisi tutmağa borcludur.
Fiziki şəxslərin muzdlu işlə əlaqədar hesablanmış aylıq gəlirindən gəlir vergisi hesablanır və hesablanmış vergi növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürülür.
Qeyri-dövlət pensiyaları və digər ödəmələr (rezident müəssisələrə və ya qeyri-rezidentin daimi nümayəndəliklərinə Azərbaycan Respublikaksında ödənilən icarə haqqı və royalti istisna olmaqla) verilərkən bu gəlirdən vergi tutulur və tutulmuş vergi gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürülür.
Ödəmə mənbəyində tutulan vergilər barədə bəyannamə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına verilir.
«11» - Dövlət rüsumu: Dövlər rüsumu üzrə hesabat dövrü rübdür. Notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edildilərək iki bank günü ərzində,  Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu bir ay ərzində, digər dövlət rüsumları isə tutulduqdan sonra bir bank günü ərzində dövlət büdcəsinə köçürülür.
«Dövlət rüsumu haqqında» Qanunda nəzərdə tutulmuş dövlət rüsumunu tutan şəxslər hesabat rübündən sonrakı ayın 20-dək dövlət rüsumunun tutulması barədə hesabatları vergi orqanına təqdim etməlidirlər.