Vergilәrin vaxtında ödәnilmәmәsinә vә bәyannamәlәrin vaxtında verilmәmәsinә görә tәtbiq olunan mәsuliyyәt tәdbirlәri

Maliyyə sanksiyası və faizlər

İnzibati cərimə

1. Vergi Məcəlləsinin 57.1-ci maddəsinə uyğun olaraq vergi hesabatını, habelə hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyat olmadığı halda vergi orqanına vergi hesabatı əvəzinə arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

2. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

3. Vergi Məcəlləsinin 59.1-ci və 59.2-ci maddələrinə əsasən vergi və cari vergi ödəməsi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Bu faiz cari vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.  

 

1. İnzibati Xətalar Məcəlləsinin 247-ci maddəsinə əsasən vergilərin və digər icbari ödənişlərin hesablanması və ödənilməsi ilə bağlı tərtib edilməsi qanunla müəyyən edilmiş başqa sənədlərin vergi orqanına təqdim edilməməsi və ya vaxtında təqdim edilməməsinə görə - vəzifəli şəxslər şərti maliyyə vahidinin 25 mislindən 30 mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin 40 mislindən 60 mislinədək miqdarda cərimə edilirlər.

2. İnzibati Xətalar Məcəlləsinin 248-ci maddəsinə əsasən dövlət rüsumunu tutan səlahiyyətli vəzifəli şəxslər tərəfindən dövlət rüsumunun düzgün tutulmamasına və ya dövlət büdcəsinə vaxtında və tam ödənilməiəsinə görə - vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin 70 mislindən 90 mislinədək miqdarda cərimə edilir.

© AR Vergilәr Nazirliyi, 2001-2008 Haqqında Qanun Bәyannamә Statistika Sual-Cavab Əlaqә: info@taxes.gov.az