Vergilәr Nazirliyinin tarixi  

Bazar iqtisadiyyatına keçid şәraitindә mәqsәdyönlü vә ardıcıliqtisadi siyasәtin hәyata keçirilmәsindә, ölkәnin iqtisadi vә sosial inkişafının әsasını tәşkil edәn dövlәt büdcәsi gәlirlәrinin formalaşmasında Vergi xidmәti orqanlarının rolu durmadan artır. Bu xidmәt ölkә iqtisadiyyatında bazar münasibәtlәrinә keçidlә әlaqәdar, bu münasibәtlәrin tәnzimlәnmәsindә vә dövlәt büdcәsinin mәdaxil hissәsinin formalaşmasında vergilәrin rolunun artması ilә bağlı olaraq, yeni iqtisadi münasibәtlәr şәraitindә prinsipial cәhәtcә yeni vergi siyasәtinin hәyata keçirilmәsi, dövlәt büdcәsinә çatası Vergilәrin vә digәr icbari ödәnişlәrin tam vә vaxtında sәfәrbәr olunması, hüquqi vә fiziki şәxslәr tәrәfindәn Vergi qanunvericiliyinә vә dövlәt qiymәt intizamına riayәt olunmasına dövlәt nәzarәtinin tәmin edilmәsi mәqsәdilә 1990-cı ilin iyul ayında Respublika Maliyyә Nazirliyinin tәrkibindә yaradılmışdır.

Sonradan, 1991-ci ilin oktyabrında Vergi qanunvericiliyinә vә dövlәt qiymәt intizamına riayәt olunmasına nәzarәt sisteminin tәkmillәşdirilmәsi, bu sahәdә dövlәt vergi xidmәtinin rolunun güclәndirilmәsi, onun müstәqil fәaliyyәtinin vә nәzarәt işlәrinin obyektivliyinin tәmin edilmәsi mәqsәdi ilә bu xidmәt Maliyyә Nazirliyinin tәrkibindәn çıxarılmış vә müstәqil orqan, Azәrbaycan Respublikası Baş Dövlәt Vergi Müfәttişliyi kimi fәaliyyәt göstәrmәyә başlamışdır.

Azәrbaycan Respublikası Prezidentinin 11 fevral 2000-ci il tarixli Fәrmanı ilә Baş Dövlәt Vergi Müfәttişliyi lәğv edilmiş, onun bazasında ölkәdә dövlәtin vergi siyasәtinin hәyata keçirilmәsini, dövlәt büdcәsinә vergilәrin vә digәr daxilolmaların vaxtında vә tam yığılmasını tәmin edәn vә bu sahәdә dövlәt nәzarәtini hәyata keçirәn mәrkәzi icra hakimiyyәti orqanı Vergilәr Nazirliyi yaradılmışdır.

Ünvan:
Azәrbaycan Respublikası, AZ1073,
Bakı şәhәri, Landau küç.,16
Tel.: (99412) 4038970
Faks: (99412) 4038971
Email: office@taxes.gov.az

Vergilər Nazirliyinin yerləşmə planı

 

© AR Vergilәr Nazirliyi, 2001-2008 Haqqında Qanun Bәyannamә Statistika Sual-Cavab Əlaqә: info@taxes.gov.az