Siyahıya alınmış əmlakın satışı və hərracın keçirilməsi

 İlk səhifəyə

 

Ölkə prezidenti 24 iyun 2005-ci il Tarixdə "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik və əlavə edilməsiHerrac barədə Azərbaycan Respublikasının Qanunu"nu Təsdiq edib. Həmin dəyişikliyə əsasən, vergi borclarının alınması sahəsində Mühüm bir dəyişiklik edilib. Vergi Məcəlləsinin 89.1-ci Maddəsinə edilmiş dəyişikliyə görə, vergi ödəyicisi vergi öhdəliyini yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər.

Son vaxtlar əmlakın siyahıya alınması prosesinin İşlək bir mexanizmə çevrilməsi istiqamətində bir sıra addımlar atılıb. Məhkəmə nəzarətçiləri, birjalar və vergi orqanları arasında Koordinasiya sistemi qurulub, Malların saxlanması üçün müvafiq terminal hazırlanıb və əmlakın siyahıya alınması prosedurlarının özündə də ciddi dəyişikliklər aparılıb. Belə ki, vergi ödəyicilərinin əmlaklarının satışının təşkil edilməsi üçün ixtisaslaşdırılmış hərrac təşkilatlarından biri - Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi ilə əldə edilmiş razılığa əsasən, siyahıya alınmış və haqqında məhkəmə qətnaməsi çıxarılmış vergi ödəyicilərinin əmlakının satışı bu Mərkəz tərəfindən təşkil ediləcək.

Hərraclar ilkin start qiyməti ilə əmlaklar qəzetdə dərc olunduqdan sonra hər həftənin I-V günləri saat 10.00-13.00 və 14.00-17.00-a qədər N.Nərimanov küçəsi, 7A ünvanında keçiriləcək. Əlaqə telefonları: 461-78-55, 463-00-85

 

© AR Vergilәr Nazirliyi, 2001-2005 Haqqında Qanun Bәyannamә Statistika Sual-Cavab Əlaqә: info@taxes.gov.az