A-116
25 iyul 2001-ci il
Maliyyə Nazirliyinin və
Vergilər Nazirliyinin «Xarici
ölkələrin diplomatik
və analoji nümayəndəliklərinin
rəsmi istifadəsi, həmçinin,
bu nümayəndəliklərin
diplomatik, inzibati və texniki
işçilərinin, o cümlədən
onlarla yaşayan ailə üzvlərinin
şəxsi istifadəsi üçün
nəzərdə tutulan mal
və xidmətlərə
görə əlavə dəyər
vergisinin sıfır (0) dərəcə
ilə tutulmasına dair» birgə
Prosedur qaydalarının icrasının
təmin edilməsi məqsədilə
Ə M R E
D İ R Ə M
1. «Xarici ölkələrin
diplomatik və analoji nümayəndəliklərinin
rəsmi istifadəsi, həmçinin,
bu nümayəndəliklərin
diplomatik, inzibati və texniki
işçilərinin, o cümlədən
onlarla yaşayan ailə üzvlərinin
şəxsi istifadəsi üçün
nəzərdə tutulan mal
və xidmətlərə
görə əlavə dəyər
vergisinin sıfır (0) dərəcə
ilə tutulmasına dair» Prosedur
qaydaları tətbiq edilsin
(əlavə olunur).
2. Ərazilərində
xarici ölkələrin diplomatik
və analoji nümayəndəlikləri
yerləşən şəhər
(rayon) vergilər idarələrinin
(şöbələrinin)
rəislərinə tapşırılsın:
- xarici ölkələrin
diplomatik və analoji nümayəndəliklərin
uçota alınması (VÖEN
verilməklə) və onların
şəxsi hesab vərəqələrinin
açılması təmin
edilsin;
- Qaydaların icrası
rəsmi qaydada bəyannamələrin
yoxlanılması və uçotun
təşkili şöbələrinin
konkret vəzifəli şəxslərinə
həvalə edilsin;
- Qaydaların surəti
ərazidə yerləşən
xarici ölkələrin diplomatik
və analoji nümayəndəliklərinə
çatdırılsın.
3. Əmrin surətinin
Vergilər Nazirliyinin struktur
bölmələrinə çatdırılması
Nazirliyin Katibliyinə (E.Hacıyev)
tapşırılsın.
4. Əmrin icrasına
nəzarət Vergilər Nazirinin
müşaviri S.Məmmədovaya
tapşırılsın.
Nazir
F.Məmmədov
Xarici ölkələrin
diplomatik və analoji nümayəndəliklərin
rəsmi istifadəsi, həmçinin,
bu nümayəndəliklərin
diplomatik, inzibati və texniki
işçilərinin, o cümlədən
onlarla yaşayan ailə üzvlərinin
şəxsi istifadəsi üçün
nəzərdə tutulan mal
və xidmətlərə
görə əlavə dəyər
vergisinin sıfır (0) dərəcə
ilə tutulmasına dair
P R O S E D U R
Q A Y D A L A R I
Bu Qaydalar xarici ölkələrin
diplomatik və analoji nümayəndəliklərin
rəsmi istifadəsi, həmçinin,
bu nümayəndəliklərin
diplomatik, inzibati və texniki
işçilərinin, o cümlədən
onlarla yaşayan ailə üzvlərinin
şəxsi istifadəsi üçün
nəzərdə tutulan mal
və xidmətlərə
görə əlavə dəyər
vergisinin sıfır (0) dərəcə
ilə tutulması qaydalarını
müəyyən edir.
Qaydalar Vergi Məcəlləsinin
85-ci, 87-ci, və 165-ci maddələrinə
və Nazirlər Kabinetinin
23 fevral 2001-ci il tarixli 48 saylı
Qərarı ilə təsdiq
edilmiş «Artıq ödənilmiş
vergilərin, faizlərin və
maliyyə sanksiyalarının
vergi ödəyicisinə qaytarılması»
Qaydalarına əsasən
tətbiq edilir və 01 yanvar
2001-ci il tarixdən sonra yaranan
hüquqi münasibətlərə
şamil edilir.
I. Ümumi anlayışlar
Nümayəndəlik – xarici
ölkələrin diplomatik
nümayəndəlikləri
və onlara bərabər tutulan
analoji qurumlar;
İşçilər və
ailə üzvləri – xarici
ölkələrin diplomatik
nümayəndəliklərinin
«Diplomatik münasibətlər
haqqında» Vyana konvensiyasının
1-ci maddəsi ilə müəyyən
edilmiş diplomatik agentləri
və inzibati-texniki heyətin
üzvləri, o cümlədən
onlarla yaşayan ailə üzvləri;
- diplomatik nümayəndəliyə
bərabər tutulan analoji
qurumların müvafiq statuslu
heyətinin üzvləri,
o cümlədən onlarla
yaşayan ailə üzvləri.
Diplomatik agent – nümayəndəliyin
başçısı və
ya diplomatik ranqı olan heyətin
üzvləri;
İnzibati-texniki heyətin
üzvləri – nümayəndəliyin
inzibati-texniki xidməti həyata
keçirən heyətinin üzvləri;
Vergi orqanı – müvafiq şəhər
(rayon) vergilər idarələri
(şöbələri);
Maliyyə orqanı – müvafiq
şəhər (rayon) maliyyə
idarələri (şöbələri).
II. Vergitutma
1. Nümayəndəliklərin
rəsmi istifadəsi üçün
nəzərdə tutulan malların
və xidmətlərin satışı
nümayəndəliklərlə
bağlanan müqavilələr
və digər analoji razılaşma
sənədləri əsasında
həyata keçirildikdə,
ödəniş formasından
(nəqd və ya nəqdsiz
qaydada) asılı olmayaraq,
bu əməliyyatlardan əlavə
dəyər vergisi sıfır
(0) dərəcə ilə
tutulmalıdır.
Bu halda malların və xidmətlərin
alıcısına əlavə
dəyər vergisi sıfır
(0) dərəcə ilə
göstərilməklə
vergi hesab-fakturaları təqdim
edilməlidir.
2. Digər hallarda mallara və
xidmətlərə görə
əlavə dəyər vergisinin
sıfır (0) dərəcə
ilə tutulması malların
və xidmətlərin dəyərinə
daxil olan və ödənilən
əlavə dəyər vergisinin
qaytarılması yolu ilə
həyata keçirilir.
Bu halda mallar və xidmətlər
əlavə dəyər vergisi
ilə birgə təqdim edilməli
və sonradan, ödənilmiş
həmin vergi məbləği
büdcədən geri qaytarılmalıdır.
3. Əlavə dəyər
vergisinin qaytarılması
üçün əsas bu malları
və xidmətləri təqdim
edən şəxslər tərəfindən
təsdiq edilən vergi hesab-fakturalarıdır.
Vergi hesab-fakturalarında mallar
və xidmətlər rəsmi
istifadə üçün
alındıqda nümayəndəliyin
məsul işçisinin, şəxsi
istifadə üçün
alındıqda isə işçilərin
və ailə üzvlərinin
akkreditə vəsiqəsinə
əsasən doldurulmaqla, aşağıdakı
məlumatlar əks etdirilməlidir:
- məsul işçinin və
ya işçilərin adı,
soyadı, vəzifəsi, işçisi
olduğu nümayəndəliyin
adı, akkreditə vəsiqəsinin
nömrəsi və rəngi;
- ailə üzvlərinin adı,
soyadı, ailəsinin üzvü
olduğu işçinin nümayəndəliyinin
adı, akkreditə vəsiqəsinin
nömrəsi və rəngi.
III. Sənədlərin təqdimi
1. Nümayəndəliyin
rəsmi istifadəsi, habelə,
işçilərin və ailə
üzvlərinin şəxsi
istifadələri üçün
alınan mallara və xidmətlərə
görə ödənilmiş
əlavə dəyər vergisinin
qaytarılması üçün
nümayəndəlik tərəfindən
müvəkkil edilmiş şəxs
tərəfindən imzalanmaqla,
nümayəndəliyin yerləşdiyi
ərazi üzrə vergi orqanına
bu Qaydalara 1N-li Əlavə
üzrə müvafiq ərizə
ilə müraciət edilməlidir.
Vergilərin qaytarılması
haqqında ərizələr
hər rüb üzrə həmin
rübdən sonrakı ayın
20-dək dörd nüsxədə
təqdim edilir.
Vergilərin qaytarılması
üçün mövcud qanunvericiliklə
müəyyən edilmiş
müddətə riayət
edilməsi şərti ilə,
əvvəlki dövrlər
üzrə artıq ödənilmiş
vergilərin məbləği
müvafiq rüb üzrə
qaytarılası ümumi məbləğə
daxil edilə bilər.
Nüsxələrdən biri
müvafiq qeyd edilməklə,
nümayəndəliyə
qaytarılır, ikincisi vergi
orqanında saxlanılır,
digər ikisi isə müvafiq
rəylə birgə maliyyə
orqanına göndərilir.
Ərizəyə aşağıdakı
sənədlər əlavə
edilir:
- bu Qaydalara 2N-li Əlavə
üzrə nümayəndəliyin
işçilərinin və
onların ailə üzvlərinin
siyahısı (onların akkreditə
vəsiqələri üzrə
müvafiq məlumatlar da əlavə
edilməklə);
- bu Qaydalara 3 və 4N-li Əlavələr
üzrə ilkin sənədlərin
reyestri;
- alınmış mallara və
xidmətlərə görə
vergilərin ödənilməsini
təsdiq edən vergi hesab-fakturaları
(bank ödəniş sənədləri,
kassa çekləri, qəbzlər
və ödənişi təsdiq
edən digər sənədlər
əlavə edilməklə)
yaxud onların surətləri.
Bu Qaydalara 3N-li Əlavə
üzrə reyestr nümayəndəliyin
rəsmi istifadəsi üçün
malların və xidmətlərin
alınmasına məsul edilmiş
işçi, 4N-li Əlavə
üzrə reyestr isə işçilər
və ya onların ailə
üzvləri tərəfindən
doldurulur.
2. Ərizələr və
ona əlavə edilən digər
sənədlər nümayəndəlik
tərəfindən təyin
edilən səlahiyyətli
şəxs tərəfindən
təqdim edilir.
3. Zəruri sayıldığı
halda, vergi orqanının səlahiyyətli
əməkdaşı nümayəndəliyin
müvəkkil şəxsinə,
habelə, malı və ya
xidməti təqdim edən
vergi ödəyicisinə sorğu
verərək, müvafiq araşdırma
apara bilər.
Vergi orqanı aşağıdakı
hallarda əlavə dəyər
vergisi məbləğlərinin
qaytarılması üçün
əsasların olmadığı
barədə sənədlərin
daxil olduğu gündən
sonra 15 gün müddətində
nümayəndəliyə
yazılı şəkildə
məlumat verməlidir:
- sənədlər lazımi
qaydada tərtib edilmədikdə;
- məlumatlar tam göstərilmədikdə;
- tam komplektdə təqdim
edilmədikdə;
- təqdim edilmiş sənədlərin
doğruluğu barədə
şübhələr yarandıqda;
- vergilərin qaytarılması
üçün mövcud qanunvericiliklə
müəyyən edilmiş
müddət bitdikdə.
IV. Tutulmuş vergilərin
qaytarılması
1. Vergi orqanı tərəfindən
15 gün ərzində təqdim
edilmiş sənədlərə
baxılır və ödənilmiş
əlavə dəyər vergisinin
qaytarılması barədə
bu Qaydalara 5N-li Əlavəyə
əsasən, 22N-li forma üzrə
4 nüsxədə müvafiq
rəy hazırlanır.
Tərtib edilmiş rəylərin
2 nüsxəsi 2, 3 və 4N-li
Əlavələrin surətləri
ilə birgə artıq ödəmənin
qaytarılmalı olduğu
müvafiq maliyyə orqanına
verilir.
Maliyyə orqanı zəruri
hallarda təqdim edilmiş
rəylərlə bağlı
əlavə məlumatlar tələb
edə bilər.
Tutulmuş vergilərin qaytarılması
maliyyə orqanının tapşırığına
əsasən, xəzinə
orqanları tərəfindən
nümayəndəliklərin
Azərbaycan Respublikası
ərazisində yerləşən
müvəkkil banklarda açılmış
hesablarına milli pul vahidi
– Azərbaycan Manatı ilə
nəğdsiz qaydada köçürülməsi
yolu ilə həyata keçirilir.
Maliyyə orqanları tərəfindən
müvafiq vergi orqanına artıq
ödəmənin qaytarıldığı
barədə 5 gün müddətində
məlumat verilir.
2. Artıq ödəmələrin
faktiki qaytarılmış
məbəlğləri nümayəndəliklərin
şəxsi hesab vərəqəsində
əks etdirilir və Dövlət
büdcəsinin mədaxili
büdcəyə artıq
ödəmələrin faktiki
qaytarılmış məbləği
qədər azaldılır.
Müəyyən məbləğlərin
səhvən qaytarıldığı
bütün hallarda vergilərin
tutulması üçün
müəyyən edilmiş
qaydada vergi orqanlarının
tələbinə əsasən,
həmin məbləğlər
geri qaytarılmalıdır.
V. Artıq ödənilmiş
vergilərin qaytarılma müddəti
Artıq ödəmələr
45 gün ərzində vergi
ödəyicisinə qaytarılmalıdır.
Bu müddət vergi ödəyicisinin
bu barədə ərizə
verdiyi gündən vəsaitin
müvafiq dövlət xəzinədarlığının
hesabından çıxdığı
günədək olan dövrü
əhatə edir.
VI. Vergi və maliyyə orqanlarının
məsuliyyəti
1. Vergi ödəyicisi tərəfindən
büdcəyə artıq
ödəmələrin qaytarılması
barədə vergi orqanına
ərizə verildiyi tarixdən
həmin məbləğlər
geri qaytarılanadək gecikdirilən
hər gün üçün
(ödəmə günü
də daxil olmaqla) vergi ödəyicisinə
müvafiq məbləğin
0,05 faizi məbləğində
faiz ödənilir. Bu faizlərin
ödənilməsi büdcə
gəlirlərinin azaldılmasına
aid edilir.
Vergi ödəyicisinin artıq
ödənilmiş məbləğlərin
qaytarılmasına dair vergi
orqanına ərizə verildiyi
tarixdən 45 gün ərzində
məbləğ qaytarılırsa,
vergi ödəyicisinə faiz
ödənilmir.
Büdcəyə artıq
ödəmələrin qaytarılmasının
gecikdirilməsi vergi ödəyicisinin
mövcud qaydalara riayət
etməməsi səbəbindən
baş verdiyi halda, gecikdirilmiş
müddət üçün
faiz ödənilmir.
2. Bu Qaydalara riayət edilməməsinə
görə təqsirkar olan
şəxslər mövcud
qanunvericilikdə nəzərdə
tutulmuş qaydada məsuliyyət
daşıyırlar.
Əlavə 1
| ________________________________
Vergilər İdarəsinə
(Şöbəsinə)
|
| Diplomatik
və analoji nümayəndəliklərin
rəsmi istifadəsi,
həmçinin,bu nümayəndəliklərin
diplomatik, inzibati və
texniki işçilərinin,
o cümlədən onlarla
yaşayan ailə üzvlərinin
şəxsi istifadəsi
üçün nəzərdə
tutulan mal və xidmətlərə
görə artıq ödənilmiş
əlavə dəyər
vergisinin qaytarılması
barədə
ƏRİZƏ |
| «Alınıb»
ştampı üçün
yer
(1-ci nüsxə üçün) |
Ərizənin alınması
barədə vergi orqanı
işçisinin qeydi
Adı _______________
Soyadı _________________
Vəzifəsi ____________________________________
İmza _________ tarix
___ ____________ 200_
-ci il |
| 1.
Ərizəçi – nümayəndəlik
barədə məlumat |
| A |
Nümayəndəliyin
rəsmi adı |
|
| B |
Akkreditə edən
dövlət (və ya beynəlxalq
təşkilat) |
|
| C |
Yazışmalar
üçün poçt
ünvanı |
|
| D |
VÖEN |
|
| 2. Azərbaycan
Respublikası Vergi Məcəlləsinin
165-ci və 87-ci maddələrinə
əsasən, göstərilən
dövr üçün
əlavə dəyər
vergisinin qaytarılmasını
xahiş edirəm. |
| ____________ |
rüb |
| 200__
-ci il |
3.
Qaytarılası ümumi
məbləğ (min Az.
Man.)
o cümlədən |
| E |
Nümayəndəliyin
rəsmi istifadəsi üzrə |
|
| F |
İşçilərin
və ailə üzvlərinin
şəxsi istifadəsi
üzrə |
|
| 4.
Ərizəçinin bankı |
| G |
Tam adı |
|
| H |
Tam ünvanı |
|
| I |
VÖEN |
|
| J |
Hesabın nömrəsi |
|
| Müvəkkil
şəxs |
| Adı |
|
| Soyadı |
|
| Vəzifəsi |
|
| Akkreditə vəsiqəsinin
nömrəsi |
|
Əlavə 2
| Nümayəndəliyin
işçilərinin və
onların ailə üzvlərinin
siyahısı
|
| Nümayəndəliyin
rəsmi adı |
|
| VÖEN |
|
| 1. Nümayəndəliyin
rəsmi istifadəsi üçün
malların və xidmətlərin
alınmasına
məsul
edilmiş işçilər
|
|
Sıra
N-si |
Adı |
Soyadı |
Vəzifəsi |
Akkreditə
vəsiqəsi |
| nömrəsi |
verilmə
tarixi |
etibalı
olma müddəti |
| 1 |
|
|
|
|
|
|
| 2 |
|
|
|
|
|
|
| X |
|
|
|
|
|
|
| 2. Nümayəndəliyin
işçiləri |
|
Sıra
N-si |
Adı |
Soyadı |
Vəzifəsi |
Akkreditə
vəsiqəsi |
| nömrəsi |
verilmə
tarixi |
etibalı
olma müddəti |
| 1 |
|
|
|
|
|
|
| 2 |
|
|
|
|
|
|
| X |
|
|
|
|
|
|
| 3. Nümayəndəliyin
işçilərinin ailə
üzvləri |
|
Sıra
N-si |
Adı |
Soyadı |
Vəzifəsi |
Akkreditə
vəsiqəsi |
| nömrəsi |
verilmə
tarixi |
etibalı
olma müddəti |
| 1 |
|
|
|
|
|
|
| 2 |
|
|
|
|
|
|
| X |
|
|
|
|
|
|
| Müvəkkil
şəxs |
| Adı |
|
| Soyadı |
|
| Vəzifəsi |
|
| Akkreditə vəsiqəsinin
nömrəsi |
|
Əlavə 3
|
Nümayəndəliyin
rəsmi istifadəsi üçün
alınmış mallar
və xidmətlər
üzrə ilkin sənədlərin
reyestri
|
| Nümayəndəliyin
rəsmi adı |
|
| VÖEN |
|
| İlkin sənədlərin
reyestri |
| Sıra
N-si
|
Malın
(xidmətin) adı
|
Vergi
hesab-fakturası
|
Satıcının
adı
|
Ümumi
dəyər
(ƏDV ilə birgə)
(Az.man.)
|
Əlavə
dəyər
vergisi
(Az.man.)
|
| N-si |
Tarixi |
| 1 |
|
|
|
|
|
|
| 2 |
|
|
|
|
|
|
| 3 |
|
|
|
|
|
|
| X |
|
|
|
|
|
|
| x |
|
|
|
|
|
|
| Cəmi |
|
|
|
|
|
|
Əlavə 4
|
İşçilərin
(ailə üzvlərinin)
şəxsi istifadəsi
üçün alınmış
mallar və xidmətlər
üzrə ilkin sənədlərin
reyestri
|
| 1. İşçi
(ailə üzvü) barədə
məlumat |
| İşçinin
işlədiyi (ailəsinin
üzvü olduğu işçinin
işlədiyi) nümayəndəliyin
rəsmi adı |
|
| Adı |
|
| Soyadı |
|
| 2. İlkin sənədlərin
reyestri |
| Sıra
N-si
|
Malın
(xidmətin) adı
|
Vergi
hesab-fakturası
|
Satıcının
adı
|
Ümumi
dəyər
(ƏDV ilə birgə)
(Az.man.)
|
Əlavə
dəyər
vergisi
(Az.man.)
|
| N-si |
Tarixi |
| 1 |
|
|
|
|
|
|
| 2 |
|
|
|
|
|
|
| 3 |
|
|
|
|
|
|
| X |
|
|
|
|
|
|
| x |
|
|
|
|
|
|
| Cəmi |
|
|
|
|
|
|
Əlavə 5
Forma 22 V
Azərbaycan
Respublikası Maliyyə Nazirliyinin
26 mart 2001-ci il tarixli I-34 saylı
Əmri ilə təsdiq edilmişdir
Xarici diplomatik və analoji
nümayəndəliklərin
rəsmi istifadəsi, həmçinin
bu nümayəndəlik-lərin
diplomatik, inzibati və texniki
işçilərinin, o cümlədən
onlarla yaşayan ailə üzvlərinin
şəxsi istifadəsi üçün
nəzərdə tutulan mallara
və xidmətlərə
görə əlavə dəyər
vergisinin qaytarılması
barədə
R Ə Y
1.1 Vergilərin büdcəyə
daxil olmasını təmin
edən orqanın adı
1.1.1 VÖEN-i
2.1 Xarici diplomatik və
analoji nümayəndəliyin
və ya müvafiq işçilərin
adı
2.1.1 VÖEN-i
2.1.2 Akkreditə edən
dövlət və ya beynəlxalq
təşkilatın adı
Təqdim olunmuş materiallardan
görünür ki, xarici
diplomatik və analoji nümayəndəlik-lərin
rəsmi istifadəsi, həmçinin
bu nümayəndəliklərin
diplomatik, inzibati və texniki
işçilərinin, o cümlədən
onlarla yaşayan ailə üzvlərinin
şəxsi istifadəsi üçün
nəzərdə tutulan malların
və xidmətlərin «0»
(sıfır) dərəcə
ilə əlavə dəyər
vergisinə cəlb olunması
nəticəsində «____»
__________ 200 ___ -ci il tarixinə
əlavə dəyər vergisi
üzrə aşağıdakı
artıq ödəmə yaranmışdır:
| N |
Təşkilatın
və ya fiziki şəxsin
adı |
Məbləğ
(manatla)
(rəqəm və yazı
ilə)
|
Dövr
(il, rüb, ay) |
| 1 |
|
|
|
| 2 |
|
|
|
| 3 |
|
|
|
| 4 |
|
|
|
| 5 |
|
|
|
| 6 |
|
|
|
| 7 |
|
|
|
| 3.1.4 |
Cəmi |
|
X |
Yaranmış artıq
ödəmə
_______________________________________________________________
(bankın adı, VÖEN-i
______________________________ hesaba
qaytarılmalıdır
hesab nömrəsi)
Vergilərin büdcəyə
daxil olmasını
təmin edən orqanın
rəhbəri
_________
____________ _____________________
(imza) (möhür) (adı
və soyadı)
Bildirişin tarixi «____» ______________
200 __ -ci il
Bildirişin N______
|