"Vergi siyasətimiz vergi dərəcələrinin aşağı salınması istiqamətində qurulub"

Ötən həftə Azərbaycan Respublikasının vergilər naziri Fazil Məmmədov "Zaman" qəzetinin baş direktoru Enes Canseverlə görüşüb, müsahibə vermişdir.

Qəzetimizin 15 illik yubileyi münasibətilə nazirlərlə keçirdiyimiz görüşlərimiz davam edir. Budəfəki müsahibimiz vergilər naziri Fazil Məmmədovdur.
Fazil mmədov: "Müstəqilliyimizin ilk illərində çətin və ağır günlər yaşadıq. Ümummilli liderimiz Heydər Əliyev Bakıya qayıtdıqdan sonra bütün problemləri həll etməyə başladı. Ancaq problemlər birdən-birə öz həllini tapmadı. 1995-ci ilədək hələ bir sıra problemlər qalırdı. Cənubda "Talış-Muğan Respublikası"nın qurulmasına cəhdlər, digər qüvvələrin ölkəni parçalamaq üçün səyləri məhz Heydər Əliyevin yeritdiyi siyasət sayəsində baş tutmadı. ZAMAN bütün bu hadisələri izləyib və qısa vaxt ərzində çox böyük işlər görüb. Gördüyünüz işlərin dəyərini maddiyyatla ölçmək mümkün deyil. Bunlar təkcə qarşılıqsız və təmənnasız sevgi ilə görülən işlərdir. Sizin haqqınızda düşüncələrim çox müsbətdir".
- Azərbaycanın dcəsinin formalaşmasında Vergilər Nazirliyinin ürinə k k düşür. Yığımların daha da asanlaşması, çoxalması s. rdə k planlarız hansılardır? Yeni il əsində adamlarına r hansı rpriz hazırlayırsızmı?
- Əsasən texniki yeniliklər nəzərdə tutulub. Bunlar vergi inzibatçılığının möhkəmlənməsini təmin edən dəyişikliklərdir. Azərbaycanda vergi siyasəti vergi dərəcələrinin aşağı salınması istiqamətində qurulub. Amma digər tərəfdən, inzibatçılığı möhkəmləndirməliyik. Biz gərək daxildə sahibkarlarla həmişə eyni metodlarla işləməyək, bəzən dəyişikliklərə də yol verək və bununla da işimizi daha da təkmilləşdirək.
Bu gün kiçik və orta sahibkarlıq özünüyaşatmaq prinsipi ilə fəaliyyət göstərmir, sahibkarlıqda kapital yığımı başlanıb. Bu səbəbdən qanunvericilikdə dəyişikliklər etməyə məcburuq. Təbii ki, biz bu dəyişiklikləri bir neçə il əvvəl hazırlamışdıq. Ancaq sahibkarlar hələ buna hazır deyildilər. İndi isə dəyişiklik zərurətə çevrilib.
Bir məsələni də qeyd edim ki, Prezident İlham Əliyevin bu sahəyə diqqəti ölkədə iqtisadiy-yatın sürətli inkişafına gətirib çıxarıb. Hazırda sahibkarlığın inkişafı üçün ölkədə münbit şərait mövcuddur. Bunlardan təkcə birini misal çəkim: Cənab Prezidentin göstərişi ilə kənd təsərrüfatı bütövlükdə bütün vergilərdən azad olundu. Daha sonra bu sahədən növbəti beş ilə vergilərin yığılmaması qərara alındı. Bu, kənd təsərrüfatının inkişafı üçün böyük fürsətdir. Artıq bu müddət də tamam olduqdan sonra, 2009-cu ildə biz bu sahədə tənzimləmə barədə düşünməliyik.
- nab nazir, lum olduğu kimi, Vergilər Nazirliyi 1999-cu ildə qurulub. bii ki, yeni qurulan nazirliyin başqa ölkərin crüsindən yararlanması qaçılmazdır. Bu nada hansı ölkərin crürindən daha çox hrənmisiniz? 
- Türkiyənin təcrübəsindən çox bəhrələnmişik. Təbii ki, bu gün də bəhrələnirik. Bizim əməkdaşlarımız beynəlxalq təşkilatların xətti ilə ildə bir neçə dəfə Türkiyədə kurslarda iştirak ediblər. Demək olar ki, ölkəmizdə Vergilər Nazirliyinin əməkdaşları qədər Türkiyəyə səfər edən yoxdur. Bu əməkdaşlığın işimizlə bağlı bir sıra təcrübələrin qazanılmasında bizə çox faydası dəyir.
"Türkiyə bizim tam güvəndiyimiz yeganə ölkədir"
- rkiyədə əldə olunan nailiyyətlərin ursuzluqların Azərbaycan iqtisadiyyatına sirini necə qiymətləndirərdiniz?
- Azərbaycan ilə Türkiyə, ilk növbədə, iki qardaş dövlətdir. Ümummilli liderimiz Heydər Əliyevin "Biz bir millət - iki dövlətik" sözləri bu əlaqələrin hansı səviyyədə olduğunun ən gözəl nümunəsidir. Ancaq bizim əlaqələrimiz təkcə siyasi və mədəni sahələri əhatə etmir. Belə ki, Azərbaycanla Türkiyə həm də iqtisadi partnyordurlar. Birgə işlərimiz, alqı-satqımız və s. var. Təbii ki, bir vaxtlar Türkiyədə iqtisadiyyatın stabil olmaması münasibətlərimizin inkişafına da mənfi təsir göstərirdi. Artıq Türkiyədə vəziyyət dəyişib və iqtisadi sahədə çoxlu uğurlar mövcuddur.
Əlavə edim ki, bu gün də münasibətlərimiz arzu etdiyimiz səviyyədə deyil. Məsələn, bəzən sual olunur ki, nə üçün Sabançı Azərbaycanda fəaliyyət göstərmir? Bilirsiniz, mən belə düşünürəm ki, hər şeyi zamanın axarına buraxmaq lazımdır. Bizim müstəqilliyimizin ilk dövrlərində Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamları ilə xeyli problemlər yaranmışdı. Məsələn, bizə Saka Korkmaz problemi lazım idimi? Təbii ki, problemin kökü var. Bəzi məmurların laqeydliyi, yaxud da işində yol verdiyi qüsurlar üzündən bu məsələ ortaya çıxdı. Bundan istifadə edən bir sıra qüvvələr də problemin böyüməsindən öz mənfəətləri üçün istifadə etdilər. Artıq bu gün vəziyyət tamamilə fərqlidir. Azərbaycanda fəaliyyət göstərən hər hansı bir şirkətin işi ilə bağlı bir problem yarandıqda, bu, dialoq yolu ilə çözülür. Prezidentlər, baş nazirlər arasında konkret şirkətlər barəsində söhbət açıla bilir. Məsələn, "Barmek"lə bağlı problem vardı. Bu barədə məlumat istənildikdə lazımi cavab verildi. Bütün bunlar hər iki ölkədə iqtisadiyyatın inkişafı və stabillik sayəsində mümkün ola bilib. Ona görə də biz Türkiyədə stabilliyə çox önəm veririk. Bir sözlə, Türkiyə bizim tam güvəndiyimiz yeganə ölkədir. Yəni biz Türkiyəni özümüzə dayaq bilir və ona bel bağlayırıq.
- Qeyd etdiniz ki, son vrdə rkiyə iqtisadi sahək urlar əldə edib. Sizcə, bunun əsas bləri rdir?
- Mən çox şadam ki, Türkiyədə sabit inkişaf mövcuddur. Gəlin açıq danışaq. Türkiyədə son 3-4 ildə sabit iqtisadiyyat yaranıb. Doğrudur, Turqut Özalın dövründə iqtisadi məsələlərdə xeyli islahatlar həyata keçirilib. Ancaq Türkiyədə iqtisadi sahədə uğurlar bayaq da qeyd etdiyim kimi, xüsusilə, son 3 il ərzində əldə olunub. Təbii ki, hər 6 aydan bir baş nazirin, iqtisadiyyat nazirinin və s. nazirlərin tutduqları vəzifədən getmələri ölkədə sabit inkişafa əngəl törədən amillərdir. Bütün bunlar, nəticə etibarı ilə, əhalinin güzəranına mənfi təsir göstərir. Bu gün Türkiyədə iqtisadi yüksəlişin sabit olması və inkişaf etməsi qardaş ölkənin digər nailiyyətləri arasında məni ən çox sevindirən olaydır. Türkiyənin iqtisadiyyatı artıq hansısa partiyanın qələbəsindən asılı olmayaraq, formalaşmaq üzrədir. Təbii ki, Türkiyə xalqının seçiminə hörmətimiz var. Ancaq ümid edirəm ki, bu hökumət növbəti seçkilərdən sonra da fəaliyyətini davam etdirəcək və Türkiyə iqtisadiyyatı daha da sabitləşəcək. Təbii ki, bunlar mənim müşahidələrimdir. Yəqin ki, əvvəlki dövrlər xatirinizdədir. İnflyasiyanın nəzarətdən çıxması insanların həyat səviyyəsinə mənfi təsir göstərirdi. Digər tərəfdən, bu, iş adamlarının investisiya qoymaları üçün də əngəl olurdu. Artıq bütün bunlar tam nəzarətdədir. Bu gün (dünən. red.) İstanbulda Davos İqtisadi Forumu öz işinə başlayıb. Bu önəmli toplantının Türkiyədə keçirilməsi hər şeyi daha aydın şəkildə ortaya qoyur.
- zi ölkərdə, tta rkiyəVergilər Nazirliyi vcud deyil. s Azərbaycanda Vergilər Nazirliyinin yaranması hansı rurətdən irəli lib?
- Beynəlxalq Valyuta Fondu da bu sahədə dünya təcrübələrinin Azərbaycanda tətbiq olunmasını təklif edirdi. Fondun nümayəndələri həm gömrük, həm də vergi işinin Maliyyə Nazirliyinin tərkibində cəmləşməsinin daha məqsədəuyğun olacağını bildirirdilər. Lakin mərhum Prezident Heydər Əliyev bu təkliflərlə razı olmadı. fünki proqnozu təyin edənlər başqa təşkilat olmalıdır, icra edənlər isə başqa. Heydər Əliyevin istəyi öz nəticəsini verir. Azərbaycanın dövlət büdcəsinin 85%-i Vergilər Nazirliyinin yığımları hesabına formalaşır.
- Fazil müəllim, bəzi ölkələrdə təhsil və səhiyyə kimi sahələr vergidən azad olunur, ya da onlara güzəşt olunur. Gələcəkdə sizin bu kimi planlarınız varmı?
- Yuxarıda qeyd etdiyiniz sahələrin vergidən azad olunması, yaxud da onlara güzəşt edilməsi nəzərdə tutulmayıb. Ancaq hökumətimiz ünvanlı yardım sahələri müəyyənləşdirib. Hansı sahədə yardıma ehtiyac duyulursa, hökumət həmin sahəyə maddi yardım göstərir.  
"Ən çox vergi ödəyən sahibkar, ən düzgün vergi ödəyicisi demək deyil"
- Üç ildir ki, Vergilər Nazirliyinin və Türkiyə Sənayeçi və iş Adamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB) təşkilatçılığı ilə ən çox vergi ödəyicilərinə mükafatlar verilir, bununla bağlı tədbirlər keçirilir. Ümumiyyətlə, belə tədbirlərin keçirilməsini necə qiymətləndirirsiniz?
- İlk növbədə, bir məsələyə aydınlıq gətirim ki, ən çox vergi ödəyən sahibkar, ən düzgün vergi ödəyiçisi demək deyil. Məsələn, Dövlət Neft Şirkəti ən iri vergi ödəyicisidir. Buna baxmayaraq, borcları var. Ona görə də mən TÜSİAB-ın ən çox vergi ödəyən şirkətlərin mükafatlandırılması ilə bağlı təklifini qəbul edərkən, əslində riskə getdiyimi bilirəm. Lakin TÜSİAB-ın çalışma fəlsəfəsinə bələdəm, ona görə də belə bir tədbirin keçirilməsi ilə razılaşdım.
- Sevindirici haldır ki, vergilərini könüllü və vaxtında ödəyən sahibkarların sayı günbəgün artır. Ancaq bununla yanaşı, neqativ hallar da mövcuddur. Siz iş adamlarına, eyni zamanda, işində nöqsana yol verən Vergilər Nazirliyinin məmurlarına nə tövsiyə edərdiniz?
- Bakıda 27 min ticarət obyekti var. Bu obyektlərə nəzarət edən vergi müfəttişlərinin sayı isə 300-dür. Hər bir müfəttiş gərək 90 obyektə nəzarət etsin. Hətta müfəttişlərin sayı minlərlə olsa belə, vergidən yayınmalara tam nəzarət etmək mümkün deyil. Digər tərəfdən, iş adamlarının vergidən yayınma hallarının azalması müsbət və sevindirici haldır. Ümumiyyətlə isə sahibkarlıqla məşğul olan və vergidən yayınmağa çalışanlara demək istəyirəm ki, işlərini düzgün qursunlar. fünki Azərbaycan hüquq dövlətidir. Bütün çəkişmələr və mübahisəli məsələlər məhkəmə yolu ilə tənzimlənir. Sahibkarlıqla məşğul olan hər bir iş adamının hüquqşünası və mühasibi olmalıdır. Öz işçilərimlə isə vaxtaşırı görüşlər keçirir və lazımi göstərişlər verirəm.
Osman Ufak, Ramil İsmayılov