Hörmətli vergi ödəyiciləri!

VERGİ BORCLARINIZIN SİLİNMƏSİ ÜÇÜN AMNİSTİYADAN YARARLANMAĞA TƏLƏSİN!


Axtar
Facebook Twitter YouTube Play market AppStore
az|рус|eng
195

Vergi ödəyicilərinin, habelə əhalinin vergi qanunvericiliyi və onun tətbiqi, Vergilər Nazirliyinin təqdim etdiyi elektron xidmətlər barədə operativ, düzgün, vergi orqanlarına gəlmədən məlumat almalarını, eyni zamanda vergi qanunvericiliyinin pozulması halları barədə müraciətlərin qəbulunu təmin etmək məqsədilə Vergilər Nazirliyinin  195 nömrəli Çağrı Mərkəzi fəaliyyət göstərir.

195 nömrəli Çağrı Mərkəzi 2003-cü ilin sonunda Bakı şəhərini əhatə etməklə fəaliyyətə başlasa da 2006-cı ilin may ayının əvvəlindən etibarən əhatə dairəsi genişləndirilərək respublikanın bütün regionlarından olan sual və müraciətlərin qəbul edilməsini həyata keçirir.

2011-ci ildə “Beynəlxalq Sertifikatlaşdırma və Sorğu Mərkəzləri İnstitutu” tərəfindən keçirilmiş auditin nəticəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzinə Standartlaşma üzrə Avropa Komissiyası (Austrian Standards plus) tərəfindən EN-15838 Standartlarına uyğunluğu barədə “Nr.S 2011 043” nömrəli 15.10.2011-ci il tarixli keyfiyyət Sertifikatı verilmişdir.

2012-ci və 2014-cü illərdə keçirilmiş növbəti audit hesabatına əsasən Standartlaşma üzrə Avropa Komissiyası Vergilər Nazirliyinin Çağrı Mərkəzinin fəaliyyətinin standartın tələblərinə cavab verdiyini təsdiq etmişdir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 oktyabr 2013-cü il tarixli 306 s nömrəli Sərəncamı ilə yaradılması nəzərdə tutulmuş universal Çağrı Mərkəzi layihəsinə uyğun olaraq 2015-ci ilin fevral ayından Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Sosial Müdafiə Fondu da 195 nömrəsi vasitəsilə xidmət göstərməyə başlamışlar.

Respublikanın istənilən regionundan stasionar (kənd, şəhər) nömrələrdən birbaşa «195» nömrəsinə edilən zəng və danışıq, habelə bu zaman Çağrı Mərkəzi tərəfindən göstərilən xidmətlər ödənişsizdir.

Çağrı Mərkəzinin fəaliyyəti barədə irad və təkliflərinizi callcentre@taxes.gov.az ünvanına göndərə bilərsiniz

 








Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.