Axtar
az|рус|eng
Müsahibə
Beynəlxalq əlaqə
•  Beynəlxalq sazişlər
•  Beynəlxalq əlaqələr
•  Beynəlxalq təcrübələr və innovasiyalar
•  Xarici ölkələrin diplomatik nümayəndəlikləri tərəfindən alınan mallara və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması
•  PL/TMM
•  Maliyyə institutlarında vergi monitorinqi (FATCA)
•  Elektron ünvanlar
•  Xəbərlər arxivi

MDB və Avropa ölkələrinin vergi administrasiyalarının rəhbərləri haqqında Məlumat Kitabçası
Xəbərlər


Lissabon şəhərində “Vergi üzrə Peşəkar Təlim və İnkişaf Forumu” keçirilmişdir (02.06.2017)
Cari ilin 31 may-2 iyun tarixlərində Lissabon şəhərində Portuqaliya Vergi və Gömrük Orqanının dəstəyi ilə Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) “Vergi üzrə Peşəkar Təlim və İnkişaf Forumu” keçirilmişdir. Ardı


Vergilər Nazirliyinin nümayəndə heyətinin Çinə səfəri (16.05.2017)
Vergilər nazirliyinin nümayəndə heyəti cari ilin 26 aprel-16 may tarixlərində təcrübə mübadiləsinin aparılması məqsədilə Pekin şəhərində keçirilən “İnkişaf etməkdə olan ölkələr üçün vergi statistikası sistemi” mövzusuna həsr olunmuş seminarda iştirak etmişdir. Ardı


Ankara şəhərində “Transfer qiymətləndirmə üzrə mübahisələrin həlli” mövzusunda seminar keçirilmişdir (12.05.2017)
8-12 may 2017-ci il tarixlərində OECD-nin Ankara şəhərindəki Çoxtərəfli Vergi Mərkəzində “Transfer qiymətləndirmə üzrə mübahisələrin həlli” mövzusunda seminar keçirilmişdir. Seminarda 12 ölkədən 29 nümayəndə iştirak etmişdir. Ardı


İstanbul şəhərində “Əməkdaşlığımızın kəsişmə nöqtəsi: kommersiya qurumlarının qeydiyyatı” mövzusunda seminar keçirilmişdir (20.04.2017)
Cari ilin 19-20 aprel tarixlərində İstanbul şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin nümayəndələrinin iştirakı ilə “Əməkdaşlığımızın kəsişmə nöqtəsi: kommersiya qurumlarının qeydiyyatı” mövzusunda seminar keçirilmişdir. Ardı


Vergilər Nazirliyinin nümayəndə heyətinin Macarıstan Respublikasına səfəri (24.03.2017)
Cari ilin 22-24  mart tarixlərində Budapeştdə Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) ilə Avropa Komissiyasının Vergi və Gömrük İttifaqı Baş Direktorluğunun birgə təşkil etdiyi “Paylaşma iqtisadiyyatı” biznes modeli vasitəsilə fəaliyyət göstərən şirkətlərin yoxlanılmasına dair yanaşmalar” mövzusunda seminar keçirilmişdir. Ardı


İOTA Baş Əlaqələndirici Şəxslərinin 24-cü Forumu keçirilib (16.03.2017)
Cari ilin 15-16 mart tarixlərində Tbilisi şəhərində Gürcüstan Gəlirlər Xidmətinin təşkilatçılığı ilə İOTA Baş Əlaqələndirici Şəxslərinin 24-cü Forumu  keçirilmişdir. Ardı


“Kiçik və orta sahibkarlıq subyektlərinin vergi əməletməsinin ölçülməsi”mövzusunda seminar keçirilmişdir (10.02.2017)
8-10 fevral 2017-ci il tarixlərində Budapeştdə Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) tərəfindən “Kiçik və orta sahibkarlıq subyektlərinin vergi əməletməsinin ölçülməsi” mövzusunda seminar keçirilmişdir. İclasda 23 ölkənin vergi administrasiyaları, audit və mühasibatlıq təşkilatlarının nümayəndələri iştirak etmişdirlər. Ardı


“Avtomatik məlumat mübadiləsinin praktiki tətbiqi” mövzusunda seminar keçirilmişdir (09.12.2016)
Cari ilin 7-9 dekabr tarixlərində Budapeşt şəhərində Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) tərəfindən “Avtomatik məlumat mübadiləsinin praktiki tətbiqi” mövzusunda seminar keçirilmişdir. Vergilər Nazirliyindən tədbirdə Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi baş idarəsinin əməkdaşları Rauf Namazov və Fikrət Abdullayev iştirak etmişdirlər. Ardı


Vergilər Nazirliyinin nümayəndə heyətinin Malayziyaya səfəri (18.11.2016)
Cari ilin 14-18 noyabr tarixlərində Malayziyanın Putracaya şəhərində “Azərbaycan Respublikası Hökuməti və Malayziya Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya” layihəsi üzrə ekspertlər səviyyəsində növbəti danışıqlar keçirilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyindən görüşdə Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi baş idarəsinin əməkdaşları  İlqar Əkbərli və Ceyhun İsmayılov iştirak etmişlər. Ardı


Vergilər Nazirliyinin nümayəndə heyətinin İspaniya Krallığına səfəri (18.11.2016)
Cari ilin 14 -18 noyabr tarixlərində Vergilər Nazirliyinin nümayəndə heyəti  “İnsan resursları və təlim-tədris” mövzusunda təcrübə mübadiləsi məqsədilə Madrid şəhərində səfərdə olmuşlar. Ardı


Ankarada İƏT-ə üzv dövlətlərin qeydiyyat orqanlarının əməkdaşlıq üzrə İkinci Seminarı keçirilmişdir (17.11.2016)
Cari ilin 15-17 noyabr tarixlərində Ankara şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT-ə) üzv dövlətlərin qeydiyyat orqanları arasında əməkdaşlıq və məlumat mübadiləsi üzrə İkinci Seminarı keçirilmişdir.   Ardı


Ankarada Yaxın Şərq və Şimali Afrika dövlətlərinin vergi orqanlarının 7-ci iclası keçirilmişdir (08.11.2016)
Cari ilin 8 noyabr  tarixində Ankara şəhərində Yaxın Şərq və Şimali Afrika dövlətlərinin vergi orqanlarının 7-ci iclası keçirilmişdir. Ardı


Sinqapurda “Mübahisələrin alternativ həll üsulları” mövzusunda təlim keçirilmişdir (28.10.2016)
Cari ilin 24-28 oktyabr tarixlərində Sinqapur Əməkdaşlıq Proqramı və Sinqapur Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə “Mübahisələrin alternativ həll üsulları” mövzusunda təlim keçirilmişdir. Təlimdə 24 ölkədən 29 nümayəndə iştirak etmişdir. Ardı


Vergilər Nazirliyinin nümayəndə heyətinin Fransa və İspaniyaya səfərləri (27.10.2016)
Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşları Vergilər Nazirliyi və Avropa İttifaqı arasında icra edilməkdə olan “İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində “Risk əsaslı təhlil” mövzusunda təcrübə mübadiləsi məqsədilə cari ilin 19-21 oktyabr tarixlərində Fransa Respublikasında, 24-27 oktyabr tarixlərində isə İspaniya Krallığında işçi səfərdə olmuşdurlar. Ardı


Utrext şəhərində “Böyük həcmli məlumatların təhlili və səmərəli istifadəsi” mövzusunda seminar keçirilmişdir (21.10.2016)
Cari ilin 19-21 oktyabr tarixlərində Niderland Krallığının Utrext  şəhərində  Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) təşkilatçılığı ilə “Böyük həcmli məlumatların təhlili və səmərəli istifadəsi” mövzusunda seminar keçirilmişdir. Ardı


1  2


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.