Axtar
az|рус|eng
Müsahibə
Beynəlxalq əlaqə
•  Beynəlxalq sazişlər
•  Beynəlxalq əlaqələr
•  Beynəlxalq təcrübələr və innovasiyalar
•  Xarici ölkələrin diplomatik nümayəndəlikləri tərəfindən alınan mallara və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması
•  Maliyyə institutlarında vergi monitorinqi (FATCA)
•  Elektron ünvanlar
•  Xəbərlər arxivi

MDB və Avropa ölkələrinin vergi administrasiyalarının rəhbərləri haqqında Məlumat Kitabçası
Vergilər Nazirliyinin nümayəndə heyətinin Estoniyaya səfəri

18.09.2016

Cari ilin 18 sentyabr tarixində Vergilər Nazirliyinin nümayəndə heyəti təcrübə mübadiləsi məqsədilə Estoniyaya səfər etmişdir. Səfər proqramına uyğun olaraq nümayəndə heyəti Estoniya  Vergi və Gömrük Administrasiyasında “Elektron cinayət işi” mövzusunda keçirilən təlimdə iştirak etmişdir. Təlim zamanı Estoniyada vergi cinayətləri ilə məşğul olan Təhqiqat idarəsi və Vergilər İdarəsinin nümayəndələrinin dolğun təqdimatları dinlənilmiş və maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Təlim səfərinin ikinci günü Vergilər Nazirliyinin nümayəndələri Estoniya Polis və Sərhəd Qoşunları Palatasında (EPSQP) olmuşlar. Qeyd edək ki, Estoniyada vergi cinayətləri vergi orqanı ilə birlikdə daxili işlər orqanının birgə fəaliyyəti sayəsində araşdırılır.

EPSQP-da olarkən vergi cinayətləri və çirkli pulların yuyulması ilə bağlı Estoniya Polis orqanının müsadirə səlahiyyətləri və təhqiqat metodları barədə təqdimat dinlənilmişdir.

Vergilər Nazirliyinin nümayəndə heyəti tərəfindən vergi ödəyicilərinə göstərilən elektron xidmətlər, əvvəlcədən doldurulmuş bəyannamələrin təqdim edilməsi, həmçinin Azərbaycan Vergilər Nazirliyinin vergi cinayətləri sahəsindəki fəaliyyəti və “Elektron cinayət işi”  konsepsiyası üzrə görülmüş işlər barədə təqdimat edilmişdir.

Təlim səfərinin sonuncu günündə Estoniya Bankında Estoniyada sahibkarlıq mühiti, bank və maliyyə sektorundakı islahatlar barədə təqdimat dinlənilmiş və bankın muzeyi ziyarət edilmişdir.






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2018

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.