Axtar
az|рус|eng
Sual - Cavab
"Sual-cavab" bölmәsi vasitәsilә hәr bir kәs vergi sistemi ilә bağlı maraqlandığı mövzuda mövcud sualları ilә bizә müraciәt edә bilәr

Sual-Cavab bazası üzrə axtarış

SİZİN SUAL

Sizi maraqlandıran suallarla bağlı Vergilәr Nazirliyinin 195 Çağrı Mərkəzinə dә müraciәt edә bilәrsiniz

>
Nofəl Məmmədov, mammadov.nofal@gmail.com, Bakı (30.01.2018) (Oxunub: 306 dəfə, ID: 16547)
Xahiş edirəm ki, aşağıdakı suallara öz münasibətinizi bildirəsiniz. Müəssisə öz müştərisi ilə xidmətlərin göstərilməsi üçün müqavilə imzalamış və müqavilənin dəyəri ABŞ dolları ilədir. Xidmətlərin göstərilməsi üçün ilkin olaraq 50% avans məbləğ ödəmə gününün kursu ilə ödənilir. Xidmət tam başa çatdıqdan sonra isə akt tərtib edilir və qalan məbləğin ödənişi üçün invoys tərtib edilir. Bu halda isə kurs fərqi ilə əlaqədar e-qaimədə əks etdirilən məbləğlə ödənilmiş məbləğ arasında fərq yaranır. Misal: 01.02.2017 tarixində (kurs 1.9200) avans ödəmə üçün invoys tərtib edilir. 15.02.2017 tarixində ödəmə gününün kursu ilə (kurs 1.8293) ödəniş həyata keçirilir. Xidmət 03.04.2017 tarixində təqdim edilir və həmin tarixlə akt tərtib edilir (kurs 1.7244). 10.04.2017 tarixində qalan 50%-in ödənişi üçün invoys tərtib edilir (kurs 1.8029) və 20.04.2017 tarixində həmin məbləğ ödəniş gününün kursu ilə ödənilir (kurs 1.8260). Göstərilən bu halda xidmətlə bağlı tərtib ediləcək e-qaimədə (o cümlədən E-VHF-da) hansı günün kursu əsas götürülməlidir və kursların müxtəlifliyi ilə əlaqədar ödənilmiş məbləğlə e-qaimədə əks etdirilmiş məbləğ arasında fərq olacağı təqdirdə xidməti qəbul edən tərəf əvəzləşdirməyə hansı məbləği daxil edəcək, yəni ödənilmiş cəmi məbləğ e-qaimədəki məbləğdən çox olduğu və az olduğu hallarda. Xahiş edirəm ki, bu sualara ətraflı münasibətinizi bildirərdiniz.

Sorğunuzdan hər iki tərəfin rezident şəxs olduğu qənaətinə gələrək bildiririk ki, mülki münasibətlər çərçivəsində fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya bilər, eyni zamanda mülki münasibətlərin iştirakçılarının bu müqavilələrin şərtlərini, məzmununu Mülki Məcəllənin tələblərinə zidd olmamaq şərti ilə öz istəklərinə uyğun müəyyənləşdirmək hüququ vardır.

Mülki qanunvericiliyə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Yalnız tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər.

Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə Mülki Məcəllənin tələblərinə ziddir.

Bax: Mülki Məcəllənin 390-cı439.1-ci maddələri.




Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2018

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.