Axtar
az|рус|eng
Sual - Cavab
"Sual-cavab" bölmәsi vasitәsilә hәr bir kәs vergi sistemi ilә bağlı maraqlandığı mövzuda mövcud sualları ilә bizә müraciәt edә bilәr

Sual-Cavab bazası üzrə axtarış

SİZİN SUAL

Sizi maraqlandıran suallarla bağlı Vergilәr Nazirliyinin 195 Çağrı Mərkəzinə dә müraciәt edә bilәrsiniz

>
Tahir, imanov.tahir87@gmail.com (15.10.2018) (Oxunub: 140 dəfə, ID: 17442)
Əgər müəssisənin hər hansı bir əməkdaşı istər "Uşağın anadan olmasına görə analıq məzuniyyətinə", istərsə də "Uşağın üç yaşı tamam olanadək ona qulluğuna görə məzuniyyətə" buraxılırsa bu zaman həmin əməkdaşın elektron qeydiyyat ərizəsində hər hansı bir dəyişiklik etmək lazımdırmı? Məlumdur ki, işçi qeyd edilən məzuniyyətə çıxdıqda ona həmin müddətdə əmək haqqı hesablanmır və bu zaman vergi hesabatlarını təqdim edərkən uyğunsuzluqlar yaranır. Vergi hesabatlarının təqdim edən zaman belə uyğunsuzluqların yaranmaması üçün nə etmək tələb olunur?

Bildiririk ki, vergi öhdəliklərinin hər hansı səbəbdən düzgün müəyyən edilməməsinə səbəb olan vergi riskinin aradan qaldırılması məqsədi ilə vergi orqanı Vergi Məcəlləsinin 37-ci maddəsinə uyğun olaraq kameral qaydada vergi yoxlaması apara, vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər.

Müvafiq olaraq vergi orqanına təqdim edilmiş bəyannamələrdə kameral qaydada aparılmış yoxlamalar zamanı müəyyən edilmiş uyğunsuzluğun aradan qaldırılması üçün əsaslandırılmış yazılı izahat və zəruri olan təsdiqedici sənədləri (məlumatları) kameral vergi hesablanmasını aparan vergi orqanına təqdim etməyiniz tövsiyə olunur.

Əmək müqaviləsi bildirişlərində dəyişikliklər ilə əlaqədar isə aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyinizi tövsiyə edirik.

Bax: Vergi Məcəlləsinin 37-ci maddəsi. Vergilər Nazirliyi Kollegiyasının 07.09.2016-ci il tarixli Qərarı ilə təsdiq olunmuş “Bəyannamələrin kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”.




Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2018

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.