Axtar
az|рус|eng
Sual - Cavab
"Sual-cavab" bölmәsi vasitәsilә hәr bir kәs vergi sistemi ilә bağlı maraqlandığı mövzuda mövcud sualları ilә bizә müraciәt edә bilәr

Sual-Cavab bazası üzrə axtarış

SİZİN SUAL

Sizi maraqlandıran suallarla bağlı Vergilәr Nazirliyinin 195 Çağrı Mərkəzinə dә müraciәt edә bilәrsiniz

>
Zahid Səttarov, s_zahid@mail.ru, Bakı (17.10.2018) (Oxunub: 130 dəfə, ID: 17456)
Bizim təşkilatın nəznində Publik Hüquqi şəxs yaradılıb (nəzərinizə çatdırmaq istəyirəm ki, təşkilatımız büdcə təşkilatıdır). Bilmək istərdim ki, işçilərə mükafat, maddi yardım və müavinat hesablanada həmin məbləği xərcə sala bilərəm və yaxud hesablama aparmaq üçün mənfəətdən fond ayırmalayam? Əvvələr mükafat, maddi yardım və müavinatlar hesablanarkən təşkilatın xərclərinə salınmırdır. Mənfəət alınandan sonra fondlar ayrılırdı və yuxarıda qeyd etdiyim hesablamalar bu fondlardan çıxılıdı. Bu sualla 195-1 nömrəsi ilə əlaqə saxladım, oradan mənə dedilər ki, bu VM-nin 109.3-cü maddəsinə əsasən xərcə salınmır. İstərdim məni bu haqda ətraflı izah verəsiniz.

Bildiririk ki,  Əmək Məcəlləsinin müddəalarına əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusu əmək haqqı hesab olunur.

Vergi Məcəlləsinin müddəalarına əsasən isə gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Müvafiq olaraq əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi, işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsinə görə işəgötürən tərəfindən kollektiv müqavilələrdə, əmək müqavilələrində qeyd olunan əməyin ödənilməsi sisteminə uyğun olaraq pul mükafatının məbləği və ya qiymətli əşya şəklində verilən hədiyyənin dəyəri əmək haqqının tərkib hissəsi olaraq gəlirin əldə olunması ilə əlaqədar çəkilən xərc kimi gəlirdən çıxılır, digər mükafatlar, maddi yardım və müavinatlar isə gəlirdən çıxılmır.

Bax:  Vergi Məcəlləsinin 98.1-ci, 101.1-ci, 108-ci, 109-cu və Əmək Məcəlləsinin  3-cü, 154-cü, 157-ci, 185.1-ci maddələri.




Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2018

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.