Axtar
az|рус|eng
Sual - Cavab
"Sual-cavab" bölmәsi vasitәsilә hәr bir kәs vergi sistemi ilә bağlı maraqlandığı mövzuda mövcud sualları ilә bizә müraciәt edә bilәr

Sual-Cavab bazası üzrə axtarış

SİZİN SUAL

Sizi maraqlandıran suallarla bağlı Vergilәr Nazirliyinin 195 Çağrı Mərkəzinə dә müraciәt edә bilәrsiniz

Vergi Məcəlləsinə edilmiş dəyişikliklər suallar və cavablarda
Calalova Gülnar Cavanşir, gulnarjalalova@gmail.com (29.06.2019) (Oxunub: 50 dəfə, ID: 18795)
Sifarişçi ilə İcraçı arasında torpaq üyüdülməsinə dair müqavilə bağlanmış və təmənnasız olaraq istifadə olunacaq avadanlıq bütün istehsalat xərcləri İcraçı tərəfdən qarşılanmaqla lakin amortizasiya hüququnu Sifarişçi özündə saxlamaqla İcraçının istifadəsinə ötürmüşdür. Avadanlıq dəyəri aşağı olsa da istifadə olunan ehtiyyat hissələri istehsalat planınına uyğun məhsulun vaxtında Sifarişçiyə təqdim olunması üçün sərf olunur və sərfiyyat gəlirə nisbətdə qənaətbəxşdir. Həmin ehtiyyat hissələri normalda 1-3 il ərzində istismar olunduğu halda bu prossesdə güclü istismara məruz qalaraq 1-3 ay ərzində istismar olunur. Torpaq üyüdülməsi üzrə gəlirin 30-40%-ini məhz üyüdülmənin əsas istehsalat xərci sayılan bu ehtiyyat hissələri təşkil edir. Sərf olunan mal-material sərfiyyatı mənfəət vergisi bəyannaməsində hər-hansı bir silgi və təmir xərci normasına uyğun olaraq hesablanmalıdır yoxsa avadanlığın dəyərindən asılı olmayaraq güclü istismar olunaraq yüksək gəlir əldə edilirsə və mənfəət vergisinə cəlb olunursa istehsalat xərcləri norma xaric tam şəkildə göstərilə bilər?

Bildiririk ki, təmir xərcləri gəlirdın iki şəkildə çıxıla bilər:

- Vergi Məcəlləsinin 115.1-ci maddəsində nəzərdə tutulan həddlər daxilində birbaşa;

- həmin həddlərdən artıq olan hissədə Vergi Məcəlləsinin 115.2-ci maddəsində nəzərdə tutulan qaydada amortizasiya ayırmaları şəklində.

İkinci halda təmir xərclərinin gəlirdən çıxılması məhdudlaşdırılan hissəsi kapitallaşdırlır, yəni əsas vəsatin dəyərinə əlavə edilir və təmir aparılan ildən başlayaraq əsas vəsaitlərinin dəyərinin tərkib hissəsi kimi növbəti illərdə də davam etməklə tədricən amortizasiya ayırmaları şəklində gəlirdən çıxılır.




Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.