Axtar
az|рус|eng
Sual - Cavab
"Sual-cavab" bölmәsi vasitәsilә hәr bir kәs vergi sistemi ilә bağlı maraqlandığı mövzuda mövcud sualları ilә bizә müraciәt edә bilәr

Sual-Cavab bazası üzrə axtarış

SİZİN SUAL

Sizi maraqlandıran suallarla bağlı Vergilәr Nazirliyinin 195 Çağrı Mərkəzinə dә müraciәt edә bilәrsiniz

Vergi Məcəlləsinə edilmiş dəyişikliklər suallar və cavablarda
Sakit Əliyev Samir oğlu, sakas@mail.ru, Bakı (02.08.2019) (Oxunub: 139 dəfə, ID: 18928)
Salam. Firma əsas vəsaitləri yenidən qiymətləndirmiş, 100 000 AZN olan qalıq dəyəri 120 000 AZN olmuşdur. Vergi Məcəlləsinə əsasən yenidənqiymətləndirmədən yaranan müsbət fərq məbləği olan 20000 AZN əmlak vergisindən azaddır. Əmlak vergisi bəyannaməsinin azadolmalar üçün əlavələrində yenidənqimətləndirmədən yaranan müsbət fərqin əks etdirilməsi yoxdur. Yenidənqimətləndirmədən sonrakı dəyəri bəyannamənin vergi hesablama hissəsində "azad olma"da göstərilsə də əlavələrdə uyğun maddənin əks etdirilməsi olmadığı üçün vergi orqanı kameral qaydada hesablama edir. Bu problemin olmaması üçün nə etməliyik?

Müəssisənin əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi qaydası Vergi Məcəlləsinin 202-ci maddəsi ilə tənzimlənir. Əmlak vergisinin məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri hesablanarkən, əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) nəzərə alınmır. Beləliklə, əsas vəsaitlərin yenidən qiymətləndirilməsi nəticəsində yaranan müsbət fərq əmlak vergisindən azadolma şəklində müəyyənləşdirilmədiyindən əmlak vergisi bəyannaməsinin Əlavəsində - “Vergidən azad olunan əmlakın dəyəri haqqında məlumat” hissəsində əks etdirilməsinə zərurət yoxdur.




Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.