Hörmətli vergi ödəyiciləri!

VERGİ BORCLARINIZIN SİLİNMƏSİ ÜÇÜN AMNİSTİYADAN YARARLANMAĞA TƏLƏSİN!

Fevral ayının güzəştlərinin bitməsinə
son 4 gün qaldı!

 


Axtar
az|рус|eng
Nazirlik haqqında

Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı

Azərbaycan Respublikası Vergilər Nazirliyinin işinin səmərəliliyinin artırılması və qəbul edilmiş qərarların icrasına nəzarətin gücləndirilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi kollegiyasının aşağıdakı tərkibi təsdiq edilsin:

Kollegiyanın sədri

Azərbaycan Respublikasının vergilər naziri.

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini

Azərbaycan Respublikası vergilər nazirinin müavinləri

Naxçıvan Muxtar Respublikasının vergilər naziri

Azərbaycan Respublikasının Vergilər Nazirliyi Aparatının rəhbəri

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Daxili təhlükəsizlik baş idarəsinin rəisi

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq baş idarəsinin rəisi

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Auditi və operativ nəzarət idarəsinin rəisi

Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin rəisi

Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi

Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 29 mart 2001-ci il

665


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 23 noyabr 2005-ci il tarixli 1115 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 11, maddə 1049)

2. 17 sentyabr 2009-cu il tarixli 484 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 18 avqust 2009-cu il,  208; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 09, maddə 713)

3. 4 iyul 2013-cü il tarixli 2991 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 07, maddə 822)

4. 2 fevral 2015-ci il tarixli 1013 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 3 fevral 2015-ci il, 25, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 2, maddə 146)

5. 18 aprel 2016-cı il tarixli 1953 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublikası” qəzeti, 19 aprel 2016-cı il, 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 4, maddə 711)

6. 4 oktyabr 2016-cı il tarixli 2363 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 5 oktyabr 2016-cı il, 218)








Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.