Axtar
az|рус|eng
Media
23.08.2017

Koreya Respublikası Səfirliyinin nümayəndə heyəti ilə görüş keçirilib

 

Avqustun 23-də Vergilər Nazirliyində Koreya Respublikasının Bakıdakı Səfirliyinin nümayəndə heyəti ilə görüş keçirilib.

Vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Ilkin Vəliyev Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyunu salamlayaraq, ölkələrimiz arasında olan münasibətlər və ikitərəfli əlaqələrin günü-gündən genişləndiyini qeyd edib və ölkəmizin vergi sistemi, iqtisadi sahədə, o cümlədən vergi orqanlarında həyata keçirilən islahatlar barədə qonaqlara ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan regionun iqtisadi coğrafiyasında mühüm yer tutur, ölkəmizdə xarici investisiyaların yatırımı üçün əlverişli şərait yaradılıb, investorlar üçün iqtisadiyyatın bir çox sektorlarında vergi güzəştləri mövcuddur. Azərbaycan daha çox sayda Koreya şirkətlərinin ölkəmizdə fəaliyyət göstərməsində maraqlıdır.

Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri  Kim Çanq-gyu ölkələrimiz arasındakı əlaqələrdən məmnunluğunu ifadə edib. Səfir ölkəmizdə gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını qeyd edib, Koreya Respublikasının Azərbaycanla ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.

Görüşdə ölkələrimiz arasında əməkdaşlığın sərmayə qoyuluşu, yüksək texnologiyalar, sənaye, kənd təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrlə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Vergilər Nazirliyi ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Görüşdə KOICA-nın Azərbaycan ofisinin direktoru Choi Yeon Jae də iştirak edib.

Fotolar 

Media və Kommunikasiya Mərkəz





Geri


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.