Axtar
az|рус|eng
Media
07.10.2017

2017-cı ilin sentyabr ayında vergi ödəyicilərinə göstərilmiş xidmətlər haqqında

2017-ci ilin sentyabr ayı ərzində Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı daxil olmuş 15237 zəng cavablandırılıb. Vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onlara 46 824 SMS göndərilib.

Sentyabr ayı ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə  388436 daxilolma qeydə alınıb.

Vergi ödəyicilərinə xidmət strukturlarında 24748 vətəndaş qəbul edilərək onlara 37032  sayda xidmət göstərilib. 2017-ci ilin 1 oktyabr tarixinə vergi ödəyicilərinə ümumilikdə 366187 sayda ASAN İmza sertifikatı verilib.

2017-ci ilin sentyabr ayı ərzində 7039 vergi ödəyicisi (955 hüquqi şəxs, 6084 fiziki şəxs) qeydiyyatdan keçib.

Media və Kommunikasiya Mərkəzi 





Geri


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.