Axtar
az|рус|eng
Media
07.11.2017

2017-cı ilin oktyabr ayında vergi ödəyicilərinə göstərilmiş xidmətlər haqqında

2017-ci ilin oktyabr ayı ərzində Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı daxil olmuş 25219 zəng cavablandırılıb. Vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onlara  141 883 SMS göndərilib.

Oktyabr ayı ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə  436505 daxilolma qeydə alınıb.

Vergi ödəyicilərinə xidmət strukturlarında 38558 vətəndaş qəbul edilərək onlara 55354 sayda xidmət göstərilib. 2017-ci ilin 1 noyabr tarixinə vergi ödəyicilərinə ümumilikdə 384246  sayda ASAN İmza sertifikatı verilib.

2017-ci ilin oktyabr ayı ərzində 8112 vergi ödəyicisi (1127 hüquqi şəxs, 6985 fiziki şəxs) qeydiyyatdan keçib.

Media Kommunikasiya Mərkəzi





Geri


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.