Axtar
az|рус|eng
Media
27.11.2017

Tədris Mərkəzində sahibkarlarla görüş keçirilib

Noyabrın 24-də Vergilər Nazirliyinin Tədris Mərkəzində Şamaxı rayonu ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan Vergilər nazirinin müşaviri – Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru Ələkbər Məmmədov ötən ilin sonunda dövlət başçısının müvafiq fərmanına uyğun olaraq hazırlanmış 12 strateji yol xəritəsi barədə danışaraq, onun sahibkarlığın inkişafına mühüm töhfə verdiyini bildirib.

Qeyd olunub ki, bu xəritələrdə nəzərdə tutulan strateji hədəflərə çatmaq və yeni iqtisadi inkişaf modelinə keçidlə bağlı dövlət başçısı tərəfindən müəyyənləşdirilmiş konkret vəzifələrin icrasını təmin etmək, ölkədə sahibkarlığın və investisiyaların təşviqi, ixracın stimullaşdırılması, biznesin dəstəklənməsi və qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədilə vergi sistemində, vergi qanunvericiliyi və inzibatçılığı sahələrində islahatlar daha da sürətləndirilib. Vergilər Nazirliyi tərəfindən strateji yol xəritələrindən irəli gələrək kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılması məqsədilə qəbul edilən qərarların səmərəliliyinin və şəffaflığının təmin edilməsi üçün silsilə tədbirlər keçirilir, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi ilə bağlı iş adamlarının qarşılaşdıqları problemlər və təkliflər öyrənilir, onların həlli istiqamətində məqsədyönlü işlər görülür.

Qeyd olunub ki, Vergilər Nazirliyi sahibkarların maarifləndirilməsi və məlumatlandırılmasını, eləcə də təbliğat işinin çeşidinin və keyfiyyətinin artırılmasını daim diqqətdə saxlayır. Kiçik sahibkarlar üçün ünvanlı xidmətlərin sahə müvəkilliyi prinsipi əsasında aparılması, bu işə ictimaiyyətin aktiv üzvlərinin, o cümlədən, vergi veteranları, vergi dostları, ziyalılar, gənclər, sahibkarların ictimai təşkilatları və vergi agentlərinin cəlb olunması, normativ sənədlərin, uçotun sadələşdirilməsi, nəzarət tədbirlərinin minimuma endirilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Vergilər Nazirliyinin 4 saylı Ərazi Vergilər İdarəsinin rəisi Vüsal Bayramov, Vergi siyasəti və strateji araşdırmalar departamentinin Vergi siyasəti idarəsinin direktoru Əvəz Quliyev və nazirliyin digər əməkdaşları vergi inzibatçılığı və vergi qanunvericiliyinin aktual məsələləri mövzusunda təqdimatlarla çıxış ediblər.

Sonra mövzular ətrafında müzakirələr olub, görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.  

Fotolar

Media və Kommunikasiya Mərkəzi





Geri


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.