Axtar
az|рус|eng
Media
13.07.2018

Vergilər Nazirliyində görüş keçirilib

 

İyulun 12-də Vergilər Nazirliyində Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Teruyuki Katori ilə görüş keçirlib.

Vergilər naziri Mikayıl Cabbarov qonağı salamlayaraq, bu tanışlıqdan məmnun olduğunu bildirib, vergi sistemində aparılan son struktur islahatları barədə ətraflı məlumat verib. Görüşdə Azərbaycanda iqtisadi sahədə aparılan islahatlar, ölkələrarası ticarətin genişlənməsi, investisiyaların yatırılması və əməkdaşlıq məsələlərinə toxunulub.

Tərəflər Azərbaycan və Yaponiya arasında vergitutma sahəsində əməkdaşlığın perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

 

Media və Kommunikasiya Mərkəzi





Geri


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2018

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.