Axtar
az|рус|eng
Media
31.07.2018

Dövlət vergi orqanlarına işə qəbul başa çatıb

Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar keçirilən müsabiqə başa çatıb. Sayca 14-cü olan müsabiqədə iştirak etmək üçün 1734 nəfər müraciət edib, 214 nəfərin ərizəsi yaş hədləri, ixtisasları uyğun olmadığına, xaricdə təhsil almış namizədlərin ali təhsil haqqında sənədlərinin müvafiq qaydada təsdiqlənmədiyinə və qanunvericiliyə uyğun olaraq digər səbəblərə görə qəbul edilməyib. Müraciəti qəbul edilən 1520 nəfər 26 may 2018-ci il tarixdə müsabiqənin test imtahanı mərhələsində iştirak edib. Namizədlərdən 139 nəfəri test imtahanından uğurla keçərək 2-ci mərhələdə iştirak hüququ əldə edib.

Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar keçirilən müsabiqənin 2-ci mərhələsində namizədlərlə müsahibə keçirilib. Müsahibə hər bir namizədlə fərdi qaydada aparılıb və ümumi dünyagörüşü, şəxsi keyfiyyətləri, vergi orqanlarında xidmətə yararlı və layiqli olub-olmaması yoxlanılıb. Müsahibə mərhələsini 88 nəfər müvəffəqiyyətlə keçib.

Bundan əlavə, Vergilər Nazirliyi və Təhsil Nazirliyi arasında imzalanan Əməkdaşlıq Memorandumuna və “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə görə “sürətli işə qəbul” proqramı çərçivəsində SABAH qruplarında və Dövlət Proqramı çərçivəsində xaricdə müvafiq ixtisaslarda təhsil almış vətəndaşlar dövlət vergi orqanlarına işə qəbulla bağlı test imtahanı mərhələsindən azad olunaraq birbaşa müsahibə mərhələsində iştirak ediblər.

Test imtahanından azad olunmaqla müsahibə mərhələsində iştirak etmiş 106 nəfər namizəddən 44 nəfər, ümumilikdə isə 132 nəfər müsahibə mərhələsində müvəffəqiyyət qazanaraq kadr ehtiyatına daxil edilib. 





Geri


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2018

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.