Axtar
az|рус|eng
Media
05.10.2018

Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin birgə kollegiya iclası keçirilib

Oktyabrın 5-də Dövlət Gömrük Komitəsində Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2018-ci il tarixli 260 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın icra vəziyyətinin müzakirə edilməsi ilə bağlı Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin birgə kollegiya iclası keçirilib. İclasda Azəzbaycan Respublikasının vergilər naziri Mikayıl Cabbarov, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, eləcə də müvafiq strukturların rəhbərləri iştirak edib.

İclası açan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq, hər iki qurumun əməkdaşlarından ibarət işçi qrupunun yaradıldığını və kollegiya iclasında görülən işlərin, qarşıda duran vəzifələrin müzakirə olunacağını bildirib. Dövlət başçısı tərəfindən hər iki qurum qarşısında qoyulan tapşırıqların qısa zaman kəsiyində qüsursuz həyata keçirilməsinin vacibliyinə toxunan Komitə sədri onu da qeyd edib ki, artıq Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsi arasında səmərəli əməkdaşlıq əlaqələri qurulub və bu əməkdaşlığın müsbət faydalarını bütün sahibkarlar və biznes subyektləri gündəlik fəaliyyətlərində hiss edəcəklər.

Kollegiya iclasında çıxış edən vergilər naziri Mikayıl Cabbarov geniş formatda görüşün keçirilməsinin qurumlar arasındakı əməkdaşlığın genişləndirilməsinə xidmət etdiyini, Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan tapşırıqların uğurla icrası üçün birgə fəaliyyətin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb. M.Cabbarov Tədbirlər Planında nəzərdə tutulmuş işlərin intensivləşdirilməsinin vacibliyini vurğulayıb, gömrük və vergi orqanlarının fəaliyyətinin əlaqələndirilməsi baxımından həyata keçirilən tədbirlərin müsbət fiskal nəticələri olacağını qeyd edib.

Daha sonra hər iki qurumun nümayəndələri Tədbirlər Planının icrası ilə bağlı görülən işlərə dair hesabatla çıxış edərək, qarşılıqlı məlumat mübadiləsinin, vahid risk platformasının təşkili, qanunvericilikdə həyata keçirilən dəyişikliklər və digər məsələlər barədə məlumat veriblər.

Sonda Tədbirlər Planında nəzərdə tutulan işlərin icrasının daha da sürətləndirilməsi üçün aidiyyatı strukturlara müvafiq tapşırıqlar verilib.

  





Geri


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2018

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.