Axtar
az|рус|eng
Media
30.10.2018

Vergilər naziri Portuqaliyada bir sıra görüşlər keçirib

Portuqaliyanın Lissabon şəhərində keçirilən “Rəqəmsal İqtisadiyyat”a dair Vergi Sammiti çərçivəsində vergilər naziri Mikayıl Cabbarov Portuqaliyanın Vergi və Gömrük Administrasiyasının baş direktoru xanım Helena Borxes ilə görüşüb. Görüşdə iki qurum arasında əməkdaşlıq və gələcəkdə qarşılıqlı hüquqi-müqavilə bazasının daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Tərəflər ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiyanın, eləcə də Məlumat mübadiləsi və vergi borclarının alınmasında qarşılıqlı inzibati yardım haqqında Anlaşma Memorandumunun imzalanmasının vacibliyini vurğulayıblar.

Səfər çərçivəsində Azərbaycanın vergilər naziri İspaniyanın Vergi Agentliyinin baş direktoru Xesus Qaskon ilə də görüşüb. Görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli formatlarda qarşılıqlı əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, xüsusilə Avropa İttifaqının Tvinninq yardım aləti vasitəsilə həyata keçirilən və İspaniya Krallığının aidiyyəti qurumlarının tərəfdaş olduğu layihələrin vergi sisteminin təkmilləşdirilməsi prosesinə verdiyi töhfələrin əhəmiyyəti vurğulanıb. Tərəflər, həmçinin, Azərbaycan və İspaniya arasında ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiyanın hüquqi qüvvəyə minməsi, eləcə də Məlumat mübadiləsi və vergi borclarının alınmasında qarşılıqlı inzibati yardım haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı məsələləri müzakirə ediblər.

Vergilər naziri Mikayıl Cabbarov Sammit çərçivəsində Litva Respublikasının Maliyyə Nazirliyi nəzdində Dövlət Vergi Müfəttişliyinin rəhbəri xanım Edita Yanuşene və Ukraynanın Dövlət Fiskal Xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Oleksandr Vlasov ilə də görüşüb. Hər iki görüşdə əməkdaşlığın mövcud vəziyyəti və inkişafı perspektivləri barədə fikir mübadiləsi aparılıb. 

Media və Kommunikasiya Mərkəzi





Geri


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2018

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.