Axtar
az|рус|eng
Media
26.11.2018

Vergi xidməti əməkdaşları arasında mini-futbol yarışı keçirilib

Vergi xidməti əməkdaşlarının idmana marağının yüksəldilməsi məqsədilə Vergilər Nazirliyinin struktur bölmələrinin arasında mini-futbol yarışları keçirilib. Bu, vergi xidməti əməkdaşları arasında daxili kommunikasiyanın möhkəmləndirilməsi istiqamətində həyata keçirilən sosial-mədəni tədbirlərdən biridir. Oktyabr ayının 27-də başlanan və Vergilər Nazirliyinin struktur bölmələrinin iştirak etdiyi yarışlar 5 həftə davam edib. Yarışlarda Bakı və region vergi orqanlarını təmsil edən 8 komanda iştirak edib.

2 saylı Ərazi Vergilər Departamentinin komandası yarışların qalibi olub. 2-ci yeri Vergilər Nazirliyinin Aparatının, 3-cü yeri Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin komandaları tutublar.

Qalibləri təbrik edən vergilər nazirinin müavini Sahib Ələkbərov mini-futbol yarışlarının vergi xidməti əməkdaşlarının idmana marağının yüksəldilməsi və asudə vaxtının səmərəli təşkil edilməsi məqsədi daşıdığını bildirib. Kollektiv oyunların işçi heyətinin motivasiyasının yüksəldilməsində mühüm rol oynadığını qeyd edən nazir müavini yarışda iştirak edən bütün komandaları təbrik edib.

Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. İlk 3 yeri tutan komandalar diplom və medallarla mükafatlandırılıblar.





Geri


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2018

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.