Axtar
az|рус|eng
Müsabiqə
Facebook Twitter YouTube
Azərbaycan Respublikası Vergilər Nazirliyi Şamaxı rayonu, Pirqulu Rəsədxanasının yaxınlığında yeni inşa olunmuş Tədris Mərkəzində aşağıdakı vəzifələrdə işləmək istəyən Azərbaycan Respublikasının vətəndaşları üçün müsabiqə elan edir

12.11.2010

Azərbaycan Respublikası Vergilər Nazirliyi Şamaxı rayonu, Pirqulu Rəsədxanasının yaxınlığında yeni inşa olunmuş Tədris Mərkəzində aşağıdakı vəzifələrdə işləmək istəyən Azərbaycan Respublikasının vətəndaşları üçün müsabiqə

ELAN EDİR

 

Vakant vəzifə: təhsil işləri üzrə rəis müavini.

Tələblər:    müvafiq ixtisaslar üzrə professorlar, eləcə də ən azı 10 il elmi-pedaqoji stajı olan elmlər doktorları və fəlsəfə doktorları.

 

Vakant vəzifələr:     Vergi qanunvericiliyi və təsərrüfat hüququ kafedrasının müdiri;

Vergi metodologiyası kafedrasının müdiri;

İqtisadiyyat və menecment kafedrasının müdiri;

Elmi-tədqiqat bölməsinin rəisi.

Tələblər:      müvafiq ixtisaslar üzrə professorlar, eləcə də ən azı 5 il elmi-pedaqoji stajı olan elmlər doktorları və fəlsəfə doktorları.

 

Vakant vəzifələr:  Vergi qanunvericiliyi və təsərrüfat hüququ kafedrasının dosenti;

Vergi metodologiyası kafedrasının dosenti;

İqtisadiyyat və menecment kafedrasının dosenti;

Elmi-tədqiqat bölməsinin baş elmi işçisi.

Tələblər: müvafiq ixtisaslar üzrə professorlar, elmlər doktorları, fəlsəfə doktorları və dosentlər.

 

Vakant vəzifələr:   Vergi qanunvericiliyi və təsərrüfat hüququ kafedrasının baş müəllimi;

Vergi metodologiyası kafedrasının baş müəllimi;

İqtisadiyyat və menecment kafedrasının baş müəllimi;

Elmi-tədqiqat bölməsinin aparıcı elmi işçisi.

Tələblər:     ən azı 3 il elmi-pedaqoji stajı olan müvafiq ixtisaslar üzrə fəlsəfə doktorları, ən azı 5 illik elmi-pedaqoji stajı və ya vergi xidməti, icra orqanlarında, yaxud digər sahələrdə iş təcrübəsi, çap olunmuş elmi-metodiki işləri olan yüksək ixtisasları ali təhsilli mütəxəssislər (magistrlər).

 

Vakant vəzifələr:  Vergi qanunvericiliyi və təsərrüfat hüququ kafedrasının müəllimi;

Vergi metodologiyası kafedrasının müəllimi;

İqtisadiyyat və menecment kafedrasının müəllimi;

Elmi-tədqiqat bölməsinin elmi işçisi.

Tələblər: elmi-pedaqoji və ya ixtisası üzrə ən azı 1 il stajı olan müvafiq ixtisaslar üzrə fəlsəfə doktorları, eləcə də ən azı 3 il elmi-pedaqoji iş stajı və ya vergi xidməti, icra orqanlarında, yaxud digər sahələrdə iş təcrübəsi, çap olunmuş elmi-metodiki işləri olan yüksək ixtisaslı ali təhsilli mütəxəssislər (magistrlər).

 

Bu şərtlərə cavab verməyən namizədlərin sənədləri qəbul olunmur.

Müsabiqədə xarici dil bilən şəxslərə üstünlük veriləcəkdir. Müsabiqəni müvəffəqiyyətlə keçərək işlə təmin olunan şəxslər Tədris Mərkəzinin ərazisində tam şəraitli mənzillərlə təmin olunurlar.

Sənəd qəbulu elektron ərizə formasında 11 noyabr 2010-cu il tarixdən 10 dekabr 2010-cu il tarixədək aparılır. Müsabiqədə iştirak etmək istəyənlər göstərilən müddət ərzində bu ünvana daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar. Ərizə formasını sistemə daxil etdikdən sonra namizədə kod verilir. Namizədlər sənədləri qəbul edildikdən üç iş günü ərzində verilmiş kod əsasında ərizəsinin  qəbul edilib edilmədiyi barədə məlumat ala bilərlər.

İnternet vasitəsi ilə elektron ərizə formasını doldura bilmədikdə və ya bu zaman hər hansı problem yarandıqda Vergilər Nazirliyinin İnzibati binasının qəbul otağına müraciət edə bilərsiniz (ünvan: Bakı şəhəri L.Landau küçəsi 16).

Əlavə məlumat üçün telefon 403-87-52.

 

Vergilər Nazirliyi

 







Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2014