Axtar
az|рус|eng
Xəbərlər


2018-ci ilin oktyabr ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə

Y A D D A Ş

 

2018-ci ilin sentyabr ayı üzrə vergi ödəyiciləri tədiyəçisi olduqları

 

  • Əlavə dəyər vergisi bəyannaməsini,
  • Aksiz bəyannaməsini,
  • Yol vergisi bəyannaməsini,
  • Mədən vergisi bəyannaməsini,
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsini və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsini

 

cari ilin oktyabr ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim etməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergiləri həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməlidirlər.

 

Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan Sadələşdirilmiş verginin bəyannaməsi notariuslar tərəfindən cari ilin oktyabr ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün - 1 bank günü ərzində ödənilir).

 

2018-ci ilin 3-cü rübünə görə vergi ödəyiciləri tədiyəçisi olduqları

 

  • Sadələşdirilmiş verginin bəyannaməsini və
  • Ödəmə mənbəyində tutulan vergi bəyannaməsini 

cari ilin oktyabr ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim etməli və rüb üzrə hesablanmış vergiləri həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməlidirlər.

 

  • Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri istisna olmaqla) cari ilin oktyabr ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və sentyabr ayı üzrə hesablanmış vergi həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik – növbəti ilin yanvar ayının 31-dən gec olmayaraq təqdim edirlər).

 

  • Xüsusi notariusların gəlir vergisi bəyannaməsi cari ilin oktyabr ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və sentyabr ayı üzrə hesablanmış gəlir vergisi həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

 

  • Dövlət rüsumu haqqında hesabat cari ilin oktyabr ayının 22-dək vergi orqanına təqdim edilməlidir; notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək 2 bank günü, xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu 1 ay, digər dövlət rüsumları isə tutulduqdan sonra 1 bank günü ərzində dövlət büdcəsinə köçürülməlidir.

 

Gəlir və mənfəət vergisi ödəyiciləri tərəfindən

 

2018-ci ilin 3-cü rübü üzrə hesablanmış cari ödəmələr oktyabr ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir.

  

Qeyd: 20.10.2018-ci il tarixi qeyri-iş gününə təsadüf etdiyindən 2018-ci ilin sentyabr ayı və 3-cü rübü üzrə bəyannamələrin təqdim edilməsinin və vergilərin ödənilməsinin son müddəti 22.10.2018-ci il tarixə keçirilmişdir.






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2018

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.