Axtar
az|рус|eng
Qanunvericilik

"Sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının "bir pəncərə" prinsipinə uyğun təşkili ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq e

"Sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının "bir pəncərə" prinsipinə uyğun təşkili ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

"Sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının "bir pəncərə" prinsipinə uyğun təşkili ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının "Sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının "bir pəncərə" prinsipinə uyğun təşkili ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 12.11-ci maddəsində nəzərdə tutulmuş ərizə formasını təsdiq etsin;

1.4. öz səlahiyyətləri daxilində "Sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının "bir pəncərə" prinsipinə uyğun təşkili ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2.  Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, altı ay müddətində 2008-ci il yanvarın 1-dək dövlət qeydiyyatına alınmış kommersiya qurumlarının dövlət reyestrinin məlumatlarının və qeydiyyat sənədlərinin adını və sayını özündə əks etdirən mündəricat əsasında Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müvafiq aktla təhvil verilməsini təmin etsin.

3.  Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki:

3.1. sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil olunmasını və həyata keçirilməsini təmin etsin;

3.2. sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının "bir pəncərə" prinsipinə uyğun təşkili üçün Vergilər Nazirliyinə ayrılmış maddi və digər vəsaitlərdən səmərəli istifadəni təmin etsin;

3.3. dövlət qeydiyyatına alınmış kommersiya qurumları barədə məlumatların hər gün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilməsini təmin etsin; [1]

3.4. "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinin üçüncü hissəsinin yeddinci abzasında, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan hüquqi şəxslər, "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun 5.4-cü və 8.1.11-ci maddələrində nəzərdə tutulan fiziki şəxslər barədə məlumatların ildə iki dəfə müvafiq olaraq Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinə verilməsini təmin etsin;[2]

3.5. öz səlahiyyətləri daxilində "Sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının "bir pəncərə" prinsipinə uyğun təşkili ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

4. Müəyyən edilsin ki:

4.1.   "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci bəndində, "Rəsmi statistika haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 10-cu bəndində, 7-ci maddəsinin 9-cu bəndində və 16-cı maddəsinin ikinci hissəsində, "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin üçüncü hissəsində, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəinin 1-ci bəndinin üçüncü cümləsində (ikinci halda), "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun 5.4-cü (birinci halda) və 8.1.11-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;

4.2.   "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinin üçüncü hissəsinin yeddinci abzasında nəzərdə tutulmuş "müvafıq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər.

5. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 4, maddə 228; 2005-ci il, 8, maddə 708, 9, maddə 801, 12, maddə 1103; 2006-cı il, 12, maddə 1034) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

5.1.  1.4-cü bənddə "və dövlət reyestrindən çıxarışın formaları və ərizənin məzmunu" sözləri ", dövlət reyestrindən çıxarışın və ərizənin formaları" sözləri ilə əvəz edilsin;

5.2.  2.1-ci bənddə:

5.2.1.  "10.1-ci," və "17.0-cı," rəqəmləri çıxarılsın;

5.2.2.  "11.3.4-cü," rəqəmindən sonra "12.1-ci," rəqəmi əlavə edilsin;

5.2.3.  "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi" sözlərinin əvvəlinə "Azərbaycan Respublikasının Vergilər Nazirliyinə bilavasitə tabe olan vergi orqanları, habelə Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi," sözləri əlavə edilsin;

5.3.  2.4 - 2.9-cu və 2.11-ci bəndlər çıxarılsın;

5.4.  2.12-ci bənddə "13.3-cü, 16.2.2-ci və 16.2.3-cü" rəqəmləri "7.2-ci, 12.12-ci, 16.2.2-ci, 16.2.3-cü və 17.2-ci" rəqəmləri ilə əvəz edilsin;

5.5.  2.13-cü bənddə "17.0.1-ci və 17.0.2-ci" rəqəmləri "17.1.1-ci və 17.1.2-ci" rəqəmləri ilə əvəz edilsin;

5.6.  aşağıdakı məzmunda 12.14-cü, 12.15-ci və 12.16-cı bəndlər əlavə edilsin:

"2.14. həmin Qanunun 17.2.1-ci və 17.2.2-ci maddələrində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu nəzərdə tutulur;

12.15. həmin Qanunun 17.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, onun rayon (şəhər) qeydiyyat şöbələri, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirirlər;

12.16. həmin Qanunun 5.3.4-cü maddəsində nəzərdə tutulmuş "müvafıq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini qeyri-kommersiya qurumlarına münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, kommersiya qurumlarına münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirirlər.";

5.7. 4-cü bənddə "vahid" sözü çıxarılsın.

6.   "Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi fərmanlarının qüvvədən düşmüş hesab edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 dekabr tarixli 487 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 12, maddə 1034) 13.2-ci bəndində ", 2.6-2.9-cu bəndlərdə" sözləri "bənddə" sözü ilə əvəz edilsin.

7.   Bu Fərman 2008-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 fevral 2008-ci il

713

 

 

 


 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.       10 dekabr 2008-ci il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 12 dekabr 2008-ci il, 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, 12, maddə 1064)

2.       23 iyul 2015-ci il tarixli 573 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Respublika qəzeti, 24 iyul 2015-ci il, 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 07, maddə 841)

6 sentyabr 2016-cı il tarixli 1027 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti, 07 sentyabr 2016-cı il, 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 9, maddə 1464)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 


[1] 6 sentyabr 2016-cı il tarixli 1027 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti, 07 sentyabr 2016-cı il, 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 9, maddə 1464) ilə 3.3-cü bəndində Dövlət Sosial Müdafiə Fonduna sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sözləri ilə əvəz edilmişdir.

 

[2] 10 dekabr 2008-ci il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 12 dekabr 2008-ci il, 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, 12, maddə 1064) ilə 3.4-cü bəndində "16-cı maddəsinin 1-ci bəndində" sözlərindən sonra "nəzərdə tutulan hüquqi şəxslər" sözləri əlavə edilmişdir, "hüquqi şəxslər barədə" sözləri "fiziki şəxslər barədə" sözləri ilə əvəz edilmişdir.

 

23 iyul 2015-ci il tarixli 573 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Respublika qəzeti, 24 iyul 2015-ci il, 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 07, maddə 841) ilə 3.4-cü bəndində Dövlət Baytarlıq Xidmətinə sözləri Dövlət Baytarlıq Nəzarəti Xidmətinə sözləri ilə əvəz edilmişdir.

 




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.