Hörmətli vergi ödəyiciləri!

VERGİ BORCLARINIZIN SİLİNMƏSİ ÜÇÜN AMNİSTİYADAN YARARLANMAĞA TƏLƏSİN!


Axtar
Facebook Twitter YouTube Play market AppStore
az|рус|eng
Video qəbul

"Video qəbul" bölməsinə daxil olmaqla Siz nazirliyin məsul vəzifəli şəxsləri ilə birbaşa video əlaqə yarada bilərsiniz.  Zəhmət olmasa, aşağıdakı qaydalarla tanış olun və onları qəbul etdiyinizi təsdiqləyin. Daha sonra Siz qeydiyyat səhifəsinə yönəldiləcəksiniz. Bu səhifədə yerləşən müraciət formasını dolduraraq Vergilər Nazirliyinə göndərməlisiniz. Sizə video əlaqənin tarixi, vaxtı və ünvanı göstərilməklə bildiriş göndəriləcəkdir.

 

Video əlaqənin yaradılmasını və canlı bağlantı zamanı davranışı tənzimləyən
Qaydalar

 

Əsas tələblər

1) Müraciət edən xarici görünüşünə fikir verməli və səliqəli olmalıdır.

2) Video əlaqə zamanı qaldırılan məsələlərə vətəndaşlar yazılı cavab verilməsini tələb edə bilərlər.

3) Xüsusi araşdırma tələb edən məsələlər üzrə vətəndaşların yazılı şəkildə müraciət etmələri tövsiyə olunur.

 

Digər tələblər

1) Canlı video əlaqə vasitəsilə müraciət etmək üçün ən aşağı yaş həddi 16-dır.

2) Video əlaqə yaratmaq üçün müraciət formasında göstərilən bəndlər üzrə vətəndaş tərəfindən təqdim olunan yanlış məlumatlar canlı bağlantıdan imtina üçün əsas ola bilər.

3) Müraciət formasının bütün bəndlərinin doldurulması vacibdir. Əks təqdirdə xüsusi proqram təminatı canlı video əlaqənin qurulmasına imkan verməyəcəkdir.

4) 3 və daha artıq şəxsin bir yerə toplaşaraq canlı bağlantı vasitəsilə müraciət etməsi hallarına yol verilmir.

5) Canlı video bağlantı bir qayda olaraq 15 dəqiqə ərzində başa çatmalıdır. Zəruri hallarda bu müddət qəbulu keçirən vəzifəli şəxs tərəfindən daha 15 dəqiqəyə qədər artırıla bilər.

6) Vətəndaşlara göstərilən xidmətin səmərələliyinin artırılması və qəbul zamanı qaldırılan məsələlərin nəzərdən qaçırılmaması məqsədi ilə canlı bağlantı video lentə yazılır.


Video qəbul qeydiyyatı

 

 








Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.