Hüquqi şәxslәrdәn vergilәr
üzrә borcların vә faizlәrin alınması
Qaydalarının tәsdiq edilmәsi barәdә
Azәrbaycan Respublikasının Nazirlәr Kabinetinin
Qәrarı
"Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin
tәsdiq edilmәsi, qüvvәyә minmәsi
vә bununla bağlı hüquqi tәnzimlәmә
mәsәlәlәri haqqında" Azәrbaycan
Respublikası Qanununun vә bu Qanunla tәsdiq edilmiş
Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin
tәtbiq edilmәsi barәdә" Azәrbaycan
Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393
nömrәli Fәrmanının icrasını
tәmin etmәk mәqsәdi ilә Azәrbaycan
Respublikasının Nazirlәr Kabineti qәrara alır:
1. "Hüquqi şәxslәrdәn vergilәr
üzrә borcların vә faizlәrin alınması
Qaydaları" tәsdiq edilsin (әlavә olunur).
2. Bu qәrar imzalandığı gündәn qüvvәyә
minir.
Azәrbaycan Respublikasının Baş
naziri A. RASİ-ZADӘ.
Bakı şәhәri, 23 fevral 2001-ci il, N 45
Azәrbaycan Respublikası Nazirlәr
Kabinetinin
2001-ci il 23 fevral tarixli 45 nömrәli qәrarı
ilә
tәsdiq edilmişdir
Hüquqi şәxslәrdәn vergilәr üzrә
borcların vә faizlәrin alınması Qaydaları
Bu Qaydalar Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin
65.2-ci maddәsinә vә digәr qanunvericilik
aktlarına uyğun olaraq vergi orqanları tәrәfindәn
hü-quqi şәxslәrdәn (bundan sonra-vergi
ödәyicilәri) vergilәr üzrә borcların
vә faizlәrin (bundan sonra-vergi borcları) alınması
qaydalarını müәyyәn edir.
1. Ümumi müddәalar
1.1. Vergi ödәyicisinin vergi qanunvericiliyindә
göstәrilәn hallarda vә qaydada müәyyәn
edilәn vergilәri ödәmәk vәzifәsi
onun vergi öhdәliyi hesab olunur.
1.2. Azәrbaycan Respublikasının Vergi Mәcәllәsi
ilә hәr bir vergiyә dair ödәnilmә
müddәtlәri müәyyәn edilir.
1.3. Vergi öhdәliklәrinin yerinә yetirilmәsi
ödәnilmәli olan vergi mәblәğinin
müәyyәn edilmiş müddәtdә
vә qaydada ödәnilmәsidir. Vergi ödәyicisinin
hesabında vә kassasında vәsaitin, habelә
әmlakın olub-olmamasından asılı olmayaraq
onun tәrәfindәn vergi öhdәliklәrinin
yerinә yetirilmәsi mәcburidir.
1.4. Vergi orqanları vergiyә cәlb edilәn
hesabat dövrü qurtardıqdan sonra 3 il әrzindә
vergi ödәyicisinin vergi borclarını vә
maliyyә sanksiyalarını hesablamaq vә hesablanmış
mәblәği yenidәn hesablamaq, vergi borclarının
vә maliyyә sanksiyalarının hesablanmış
(yenidәn hesablanmış) mәblәğini
vergiyә cәlb edilәn hesabat dövrü qurtardıqdan
sonra 5 il әrzindә tutmaq hüququna malikdirlәr.
1.5. Azәrbaycan Respublikasının Vergi Mәcәllәsinә
uyğun olaraq vergilәrin ödәnilmә müddәtinin
dәyişdirilmәsi mövcud olan öhdәliyi
lәğv etmir vә yeni vergi öhdәliyi yaratmır.
1.6. Vergi qanunvericiliyinin pozulmasına görә tәtbiq
edilmiş maliyyә sanksiyalarının alınması
mövcud qanunvericiliklә müәyyәn edilmiş
qaydada tәnzimlәnir.
2. Vergilәr üzrә borclar vә faizlәr
2.1. Vergilәr üzrә vә ya hәr bir vergi
növü üzrә qanunla müәyyәn
edilmiş müddәtlәrdә (vergi öhdәliklәrinin
yerinә yetirilmәsi müddәtlәrinin sәlahiyyәtli
orqan tәrәfindәn dәyişdirilmәsi
halları istisna olmaqla) vergi ödәyicisi tәrәfindәn
vergi öhdәliklәrinin yerinә yetirilmәmәsi
vergi borcunun yaranmasına sәbәb olur.
2.2. Vergini qanunla müәyyәn edilmiş qaydada
ödәnilmәsi müddәtindәn sonrakı
ilk 90 gün әrzindә hәr bir ötmüş
gün üçün vergi ödәyicisindәn
vaxtında ödәnilmәmiş vergi vә ödәniş
mәblәğinin 0,05 faizi mәblәğindә
faiz tutulur.
2.3. Verginin ödәnilmәsi müddәtinin
gecikdirilmәsinin 91-ci günündәn başlayaraq
hәr bir ötmüş gün üçün
vergi ödәyicisindәn vә vaxtında ödәnilmәmiş
vergi vә ödәniş mәblәğinin
0,1 faizi mәblәğindә faiz tutulur.
2.4. Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin
59.1-ci vә 59.2-ci maddәlәrindә müәyyәn
edilmiş faiz yoxlama nәticәsindә aşkar
edilmiş vaxtında ödәnilmәmiş vergi
mәblәğlәrinә vә vergilәr
üzrә avans ödәnişlәrinә münasibәtdә
bütün ötmüş müddәtә ancaq
bir ildәn çox olmamaq şәrti ilә tәtbiq
edilir.
2.5. Vergilәr üzrә yaranmış borc aşağıdakı
sıra qaydası ilә ödәnilir: hesablanmış
verginin mәblәği;
hesablanmış faizlәrin mәblәği;
maliyyә sanksiyalarının mәblәği.
3. Hüquqi şәxslәrdәn vergi borclarının
alınması qaydası 3.1. Azәrbaycan Respublikasının
Vergi Mәcәllәsi ilә müәyyәn
edilmiş qaydada vә hallarda hesablanmış vә
ya yenidәn hesablanmış vergilәrin vә
faizlәrin ödәnilmәsinә dair bildiriş
vergi orqanı tәrәfindәn 5 gün müddәtindә
vergi ödәyicisinә göndәrilir.
Vergi mәblәğinin hesablanması, konkret hesabat
dövrü üçün vergi ödәyicisinin
ödәmәli olduğu vergi mәblәğinin
vergi orqanının uçot sәnәdlәrindә
qeyd edilmәsi demәkdir. Hesablanmış vergi
mәblәğlәrinin vergi orqanı tәrәfindәn
Azәrbaycan Respublikasının Vergi Mәcәllәsi
ilә müәyyәn edilmiş hallarda yenidәn
hesablanaraq uçot sәnәdlәrindә qeyd
edilmәsi dә verginin hesablanması demәkdir.
3.2. Hesablanmış vergilәr vә faizlәr
vergi ödәyicisi tәrәfindәn bildirişdә
göstәrilәn müddәtdә ödәnilmәdiyi
halda, vergi orqanı vergi ödәyicisinin hesablaşma,
valyuta vә digәr hesablarından vergilәr üzrә
borcların vә faizlәrin dövlәt büdcәsinә
alınması üçün banklara vә ya digәr
kredit tәşkilatlarına icra sәnәdi olan
sәrәncam verir.
3.3. Banklar vә digәr kredit tәşkilatları
vergi ödәyicilәrinin bank hesabları üzrә
tәqdim edilmiş icra sәnәdlәrini Azәrbaycan
Respublikasının Mülki Mәcәllәsindә
nәzәrdә tutulmuş ödәnişlәrin
icra növbәliyi qaydasında icra edirlәr.
İcra sәnәdi vergi ödәyicisinin bankdakı
valyuta hesabı üzrә tәqdim edildikdә,
kredit tәşkilatı hәmin gün Milli Bankın
müәyyәn etdiyi rәsmi mәzәnnә
ilә sәrәncamda göstәrilәn mәblәğin
105 faizinәdәk hesabdakı valyuta vәsaitini
dondurur. Valyuta vәsaiti vergi ödәyicisi tәrәfindәn
manata konvertasiya edildikdәn sonra sәrәncam
icra olunur.
3.4. Vergi ödәyicisi vergi öhdәliyini Vergi
Mәcәllәsi ilә müәyyәn edilmiş
müddәtdәn sonrakı 3 ay әrzindә
yerinә yetirmәdikdә bu öhdәliyin yerinә
ye-tirilmәsini tә`min etmәk üsulu kimi onun
әmlakı siyahıya alına bilәr.
3.5. Әmlakın siyahıya alınması vergi ödәyicisinin
öz әmlakı barәsindә hüquqlarının
elә mәhdudlaşdırılmasıdır ki,
bu zaman vergi ödәyicisi siyahıya alınmış
әmlaka vә ya onun bir hissәsinә sәrәncam
vermәk hüququna malik olmur, hәmin әmlaka
sahiblik vә ondan istifadә edilmәsi vergi orqanının
nәzarәti ilә hәyata keçirilir.
3.6. Vergi ödәyicisinin vergi borclarını ödәmәkdәn
boyun qaçırması barәdә vergi orqanının
kifayәt qәdәr әsası olduqda vergi ödәyicisinә
müvafiq tәlәbnamә göndәrmәklә
eyni zamanda ondan vergi borclarını dәrhal ödәmәyi
tәlәb edә bilәr. Vergi ödәyicisi
vergi borclarını ödәmәdikdә, vergi
orqanı özünün әsaslandırılmış
qәrarı әsasında vergi ödәyicisinin
әmlakının siyahıya alınmasını
hәyata keçirә bilәr.
4. Әmlakın siyahıya alınması qaydası
4.1. Әmlakın siyahıya alınması vergi orqanının
rәhbәrinin vergi ödәyicisinin әmlakının
siyahıya alınması haqqında qәrarına
әsasәn hәyata keçirilir. Qәrarda
vergi ödәyicisinin adı vә әmlakının
yerlәşdiyi ünvan göstәrilir.
4.2. Tә`xirәsalınmaz hallar istisna olmaqla gecә
vaxtı әmlakın siyahıya alınmasına
(axşam saat 20.00-dan sәhәr saat 8.00-dәk)
yol verilmir.
4.3. Әmlakın siyahıya alınması vergi ödәyicisinin,
habelә müşahidәçilәrin vә
zәruri hallarda mütәxәssislәrin iştirakı
ilә vergi orqanı tәrәfindәn hәyata
keçirilir.
Әmlakın siyahıya alınmasını hәyata
keçirәn vergi orqanı vergi ödәyicisinin
(onun qanuni vә (vә ya) sәlahiyyәtli nümayәndәsinin)
әmlakın siyahıya alınması prosesindә
iştirak etmәsinә icazә vermәmәyә
sәlahiyyәtli deyildir. Әmlakın siyahıya
alınması prosesindә müşahidәçilәrә,
mütәxәssis kimi iştirak edәn şәxslәrә,
hәmçinin vergi ödәyicisinә (onun nümayәndәsinә)
onların hüquq vә vәzifәlәri izah
edilmәlidir.
4.4. Әmlakın siyahıya alınmasını
hәyata keçirәn vergi orqanının vәzifәli
şәxslәri vergi ödәyicisinә (onun
nümayәndәsinә) siyahıya alınma
haqqında ver-gi orqanının rәhbәrinin
qәrarını vә özlәrinin sәlahiyyәtlәrini
tәsdiq edәn sәnәdi tәqdim etmәlidirlәr.
4.5. Yalnız vergi öhdәliyinin yerinә yetirilmәsi
üçün zәruri vә kifayәt olan әmlak
siyahıya alına bilәr.
4.6. Әmlakın siyahıya alınması aşağıdakı
ardıcıllıqla hәyata keçirilir:
nağd pul vәsaitlәri;
bilavasitә mәhsulların (malların) istehsalında
iştirak etmәyәn әmlak (qiymәtli kağızlar,
valyuta dәyәrlilәri, qeyri-istehsal binaları,
minik avtonәqliyyatı, xidmәt otaqlarının
dizayn әşyaları vә s.);
hazır mәhsullar (mallar), habelә istehsalda iştirak
etmәyәn vә (vә ya) bilavasitә istehsalda
iştirakı nәzәrdә tutulmayan digәr
maddi qiymәtlilәr;
istehsalda bilavasitә iştirakı nәzәrdә
tutulmuş xammal vә materiallar, habelә dәzgahlar,
avadanlıqlar, binalar, qurğular vә digәr әsas
vәsaitlәr;
digәr әmlaklar.
Girov qoyulmuş, digәr şәkildә yüklәnmiş
vә qanunvericiliyә müvafiq qaydada üzәrinә
hәbs qoyulmuş әmlaklar siyahıya alınmır.
4.7. Siyahıya alınma zamanı vergi orqanının
vәzifәli şәxslәri tәrәfindәn
әmlakın siyahıya alınması haqqında
protokol tәrtib edilir, siyahıya alınmış
әmlakın siyahısı tәrtib edilir vә
bu siyahı protokola әlavә olunur. Siyahıda
әmlakın dәqiq adı, sayı, fәrdi
әlamәtlәri, mümkün olduqda qiymәtlәri
göstәrilmәklә әmlak tam tәsvir
edilir. Siyahıya alınan bütün әmlak müşahidә-çilәrә
vә vergi ödәyicisinә (onun nümayәndәsinә)
baxış üçün tәqdim edilir.
4.8. Vergi ödәyicisinin Azәrbaycan Respublikası
Vergi Mәcәllәsinin müddәalarını
vә bu Qaydaları pozaraq siyahıya alınmış
әmlaka dair bağladığı әqdlәr
e`tibarsız sayılır.
4.9. Vergi ödәyicisinin siyahıya alınmış
әmlakı dövlәt qeydiyyatına alındığı
halda, bu әmlakın siyahıya alınması barәdә
hәmin әmlakın dövlәt qeydiyyatını
aparan müvafiq orqana mә`lumat verilir.
4.10. Siyahıya alınmış әmlak müvafiq
aktla vergi ödәyicisinә mәs`ul saxlanmaya
tәhvil verilә bilәr. Vergi ödәyicisinin
әmlakının mәs`ul saxlanmaya qәbul edilmәsindәn
imtina etdiyi vә ya vergi ödәyicisinin malları
saxlamaq üçün müvafiq şәraiti olmadığı
hallarda, siyahıya alınmış әmlak vergi
orqanı tәrәfindәn müәyyәn
edilmiş yerdә mәs`ul saxlanmaya tәhvil verilә
bilәr.
Әmlakı mәs`ul saxlanmaya qәbul etmiş
şәxs (orqan) siyahıya alınmış әmlakın
özgәninkilәşdirilmәsinә, israf
edilmәsinә, gizlәdilmәsinә, dәyişdirilmәsinә
görә Azәrbaycan Respublikasının qanunvericiliyinә
uyğun olaraq mәs`uliyyәt daşıdığı
barәdә xәbәrdar edilmәlidir.
4.11. Әmlakın siyahıya alınması haqqında
qәrar qanunla müәyyәn edilmiş qaydada
lәğv edildiyi andan, yaxud vergi öhdәliyinin
yerinә yetirildiyi andan öz qüvvәsini itirir.
4.12. Siyahıya alınma prosesindә vә ya siyahıya
alınmadan sonrakı dövrlәrdә vergi ödәyicisi
tәrәfindәn vergi borcunun büdcәyә
ödәnişi hәyata keçirilә bilәr.
Ödәniş qismәn hәyata keçirildiyi
halda әlavә protokol tәrtib edilmәli, vergi
borcundan ödәnilmiş mәblәği tәsdiq
edәn sәnәd protokola әlavә edilmәklә
ödәnilmiş mәblәğ dәyәrindә
әmlak siyahıdan çıxarılmalıdır.
4.13. Vergi ödәyicisinin әmlakı siyahıya
alındıqdan sonra 60 gün müddәtindә
vergi borcları ödәnilmәdikdә, vergi
öhdәliyinin icrasının tә`min olunması
mәqsәdi ilә vergi orqanı zәruri vә
kifayәt olan hәcmdә siyahıya alınmış
әmlakın ixtisaslaşdırılmış açıq
hәrracda asatılması barәdә mәhkәmәyә
müraciәt edir.
4.14. Vergi ödәyicisinin siyahıya alınmış
әmlakının ixtisaslaşdırılmış
açıq hәrraclarda satılması haqqında
mәhkәmәnin qәrarı qüvvәyә
mindikdәn sonra hәmin әmlak Azәrbaycan Respublikası
Nazirlәr Kabinetinin tәsdiq etdiyi qaydalara uyğun
olaraq satılır.
4.15. Әmlakın satılmasından әldә
edilәn mәblәğlәr әvvәlcә
tәnbeh tәdbirinin yönәldilmәsi vә
әmlakın satışı üzrә xәrclәrin,
sonra isә hesablanmış vergi borclarının,
faizlәrin vә maliyyә sanksiyalarının
ödәnilmәsinә yönәldilir. Vәsaitin
qalan hissәsi 3 bank günü әrzindә vergi
ödәyicisinә qaytarılır.
4.16. Siyahıya alınmış әmlakın ixtisaslaşdırılmış
açıq hәrracda satışında vergi orqanlarının
vәzifәli şәxslәrinin vә ya digәr
işçilәrinin bilavasitә vә ya dolayısı
ilә iştirak etmәsinә yol verilmir.
4.17. Vergi ödәyicisinin vergi borcları siyahıya
alınmış әmlakın satışından
sonra yerinә yetirilmәmiş qaldıqda, başqa
ad altında fәaliyyәt göstәrәn,
lakin mәhkәmәnin qәrarı әsasında
hәmin vergi ödәyicisinә mәxsus olması
müәyyәn edilәn vә Vergi Mәcәllәsindә
müәyyәn edilmiş qaydada siyahıya alınma
tәtbiq edildiyi gündәn әvvәlki 3 illik
dövr әrzindә aparılmış әmәliyyatda
onun aktivlәrini almış şәxs, aldığı
aktivlәrin dәyәrindәn bu cür aktivlәrә
görә ödәdiyi hәr hansı mәblәğlәr
çıxılandan sonra qalan mәblәğdә
vergi ödәyicisinin öhdәliklәri üzrә
birgә mәs`uliyyәt daşıyır.
5. Yekun müddәalar
5.1. Vergi ödәyicisinin әmlakının siyahıya
alınması haqqında qәrarın, әmlakın
siyahıya alınması haqqında protokolun vә
siyahıya alınmış әmlakın mәs`ul
saxlanmaya verilmәsi haqqında aktın forması
Vergilәr Nazirliyi tәrәfindәn tәsdiq
edilir.
5.2. Hüquqi şәxsin vergi vә faizlәr
üzrә borcları onun nizamnamә fondunun 10 faizindәn
artıq olarsa, vergi orqanı hüquqi şәxsin
iflas prosesinә başlanması üçün
mәhkәmәyә müraciәt edә
bilәr.