AZӘRBAYCAN RESPUBLİKASININ NAZİRLӘR KABİNETİ

Q Ә R A R

N 101

Bakı şәhәri, 29 iyun 2002-ci il

Әvvәlki vergi ilindә fәaliyyәti olmayan vә növbәti vergi ilindә fәaliyyәt göstәrәn hüquqi şәxslәrin vә sahibkarlıq fәaliyyәtini hüquqi şәxs yaratmadan hәyata keçirәn fiziki şәxslәrin, habelә yeni yaradılmış vә fәaliyyәt göstәrәn vergi ödәyicilәrinin cari vergi ödәnişlәri Qaydalarının tәsdiq edilmәsi haqqında


 «Azәrbaycan Respublikasının Vergi Mәcәllәsinә dәyişikliklәr vә әlavәlәr edilmәsi haqqında» Azәrbaycan Respublikası Qanununun tәtbiq edilmәsi barәdә» Azәrbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 620 nömrәli Fәrmanının icrasını tәmin etmәk mәqsәdilә Azәrbaycan Respublikasının Nazirlәr Kabineti QӘRARA ALIR:
 1. «Әvvәlki vergi ilindә fәaliyyәti olmayan vә növbәti vergi ilindә fәaliyyәt göstәrәn hüquqi şәxslәrin vә sahibkarlıq fәaliyyәtini hüquqi şәxs yaratmadan hәyata keçirәn fiziki şәxslәrin, habelә yeni yaradılmış vә fәaliyyәt göstәrәn vergi ödәyicilәrinin cari vergi ödәnişlәri Qaydaları» tәsdiq edilsin (әlavә olunur).
 2. Bu qәrar imzalandığı gündәn qüvvәyә minir.

 

Azәrbaycan Respublikasının  Baş Naziri
A. Rasi-zadә

 

Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2002-ci il 29 iyun tarixli 101 nömrәli qәrarı ilә  tәsdiq edilmişdir

Әvvәlki vergi ilindә fәaliyyәti olmayan vә növbәti vergi ilindә fәaliyyәt göstәrәn hüquqi şәxslәrin vә sahibkarlıq fәaliyyәtini hüquqi şәxs yaratmadan hәyata keçirәn fiziki şәxslәrin, habelә yeni yaradılmış vә fәaliyyәt göstәrәn vergi ödәyicilәrinin cari vergi ödәnişlәri

Q A Y D A L A R I

1.Ümumi müddәa
 Bu Qaydalar Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin 151.5-ci maddәsinә uyğun olaraq әvvәlki vergi ilindә fәaliyyәti olmayan vә növbәti vergi ilindә fәaliyyәt göstәrәn hüquqi şәxslәrin vә sahibkarlıq fәaliyyәtini hüquqi şәxs yaratmadan hәyata keçirәn fiziki şәxslәrin, habelә yeni yaradılmış vә fәaliyyәt göstәrәn vergi ödәyicilәrinin (bundan sonra - әvvәllәr fәaliyyәti olmayan vergi ödәyicilәri) cari vergi ödәnişlәrinin mәblәğinin müәyyәn edilmәsi qaydalarını tәnzimlәyir.

2. Әvvәllәr fәaliyyәti olmayan vergi ödәyicilәri üzrә cari vergi ödәnişlәrinin hesablanması vә ödәnilmәsi

2.1.Әvvәllәr fәaliyyәti olmayan vergi ödәyicilәrinin mәnfәәt vergisi vә ya gәlir vergisi üzrә cari vergi ödәnişlәri tәqvim ili әrzindә rüblәr üzrә artan yekunla Azәrbaycan Respublikasının Vergi Mәcәllәsi ilә müәyyәnlәşdirilәn müvafiq vergi dәrәcәlәrinә әsasәn hesablanır.
2.2.Cari vergi ödәnişlәrinin mәblәği mәnfәәtdәn vә ya gәlirdәn verginin mәblәğinin 75 faizindәn az olmamalıdır.
2.3.Әvvәllәr fәaliyyәti olmayan  vergi ödәyicilәri rüb başa çatdıqdan sonra 15 gün әrzindә cari vergi ödәnişlәrini aparmalı vә 20 gün müddәtindә tәqvim ili әrzindә artan yekunla mәnfәәtdәn vә ya gәlirdәn hesablanmış cari vergi mәblәği barәdә vergi orqanına arayış tәqdim etmәlidirlәr.
2.4.Cari vergi ödәnişlәri  Azәrbaycan Respublikasının Vergi Mәcәllәsi ilә müәyyәn edilmiş müddәtdә ödәnilmәdikdә, ödәmә müddәtindәn sonrakı hәr bir ötmüş gün üçün әvvәllәr fәaliyyәti olmayan vergi ödәyicisindәn ödәnilmәmiş cari vergi ödәmәsi mәblәğinin 0,05 faizi mәblәğindә faiz tutulur.
2.5.Bu Qaydaların 2.4-cü bәndindә müәyyәn edilmiş faiz yoxlama nәticәsindә aşkar edimiş vaxtında ödәnilmәmiş vergilәr üzrә cari vergi ödәnişlәrinә münasibәtdә bütün ötmüş müddәtә ancaq bir ildәn çox olmamaq şәrti ilә tәtbiq edilir.
2.6.Cari vergi ödәnişlәri vergi ili üçün әvvәllәr fәaliyyәti olmayan vergi ödәyicisindәn tutulan verginin mәblәğinә aid edilir.
2.7.Sadәlәşdirilmiş sistem üzrә vergi ödәyicisi olan hüquqi şәxslәrin әlavә dәyәr vergisinin mәqsәdlәri üçün qeydiyyata alındıqdan sonra cari vergi ödәnişlәrinin mәblәği bu Qaydalara uyğun olaraq müәyyәn edilir.
2.8.Әvvәllәr fәaliyyәti olmayan vergi ödәyicilәri bu Qaydaların 2.3-cü bәndindә, yaxud Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin 16.2-ci maddәsindә nәzәrdә tutulmuş müvafiq arayışı tәqdim etmәdiklәri  halda, vergi orqanı cari vergi ödәniş mәblәğini Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2001-ci il 23 fevral tarixli 51 nömrәli qәrarı ilә tәsdiq edilmiş «Vergi ödәyicisi tәrәfindәn verginin hesablanması üçün zәruri olan hesabat mәlumatlarının verilmәdiyi hallarda verginin әlaqәli mәlumata әsasәn hesablanması Qaydaları»na uyğun olaraq hesablayır vә vergi ödәyicisinә müvafiq bildiriş göndәrir.