N 0817040100543100
11.06.2008

 

Metodiki Göstərişlərin təsdiq edilməsi haqqında

Vergilər Nazirliyinin 28 avqust 2003-cü il tarixli A-163 saylı Əmri ilə təsdiq edilmiş «Vergi ödəyiciləri tərəfindən vergilər, faizlər və maliyyə sanksiyaları dövlət büdcəsinə vaxtında ödənilmədikdə onların məcburi alınmasına dair» və «Vergi ödəyiciləri tərəfindən vergi bəyannamələri vaxtında təqdim edilmədikdə onların məcburi alınmasına dair» Metodiki Göstərişlərdə Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin, habelə  «AVİS» proqramının tətbiqindən sonra vergi borclarının və vaxtında təqdim edilməyən bəyannamələrin məcburi alınması sahəsində həyata keçirilən dəyişikliklərin nəzərə alınmasını təmin etmək məqsədilə və «Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə»nin 15.11-ci bəndini rəhbər tutaraq

Ə M R      E D İ R Ə M:

1. «Vergilər, faizlər və maliyyə sanksiyaları dövlət büdcəsinə vaxtında ödənilmədikdə onların məcburi alınmasına dair»«Vergi ödəyiciləri tərəfindən vergi bəyannamələri (hesabatları) vaxtında təqdim edilmədikdə onların məcburi alınmasına dair» Metodiki Göstərişlər və bu Metodiki Göstərişlərə əlavələr (1, 2)yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).
2. Vergi orqanlarının rəhbərlərinə tapşırılsın ki, bu əmrlə təsdiq edilmiş Metodiki Göstərişlərdən irəli gələn məsələlərin vaxtında və düzgün icra olunmasını təmin etsinlər.
3. Vergilər Nazirliyinin 28 avqust 2003-cü il tarixli A-163 saylı Əmri ilə təsdiq edilmiş «Vergi ödəyiciləri tərəfindən vergilər, faizlər və maliyyə sanksiyaları dövlət büdcəsinə vaxtında ödənilmədikdə onların məcburi alınmasına dair» və «Vergi ödəyiciləri tərəfindən vergi bəyannamələri vaxtında təqdim edilmədikdə onların məcburi alınmasına dair» Metodiki Göstərişlər, bu Metodiki Göstərişlərə əlavələr, Metodiki Göstərişlərə əlavələr edilməsi barədə Vergilər Nazirliyinin 19 noyabr 2007-ci il tarixli 0717040100881600 nömrəli Əmri, 27 fevral 2004-cü il tarixli F-39 nömrəli Əmri ilə təsdiq edilmiş «Vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında Qaydalar» və bu Qaydalara əlavələr, 15 yanvar 2008-ci il tarixli 0817040100023200 nömrəli Əmri ilə təsdiq edilmiş məlumat, bildiriş və qərar formaları qüvvədən düşmüş hesab edilsin.
4. Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqtisadi təhlil baş idarəsinin rəisi, AVİS üzrə İşçi Qrupu rəhbərinin müavini, baş vergi xidməti müşaviri Zaur Fəti-zadəyə və Vergi borclarının məcburi alınması işinin təşkili idarəsinin rəisi, baş vergi xidməti müşaviri Bəxtiyar Qəhrəmanova tapşırılsın ki, bu Əmrin icrası ilə əlaqədar AVİS-də proqram təminatı ilə bağlı müvafiq məsələlərin həllini təmin etsinlər.
5. Maliyyə-təsərrüfat idarəsinin rəisi, baş vergi xidməti müşaviri Qüdrət Seyfullayevə tapşırılsın ki, «Vergilər, faizlər və maliyyə sanksiyaları dövlət büdcəsinə vaxtında ödənilmədikdə onların məcburi alınmasına dair» və «Vergi ödəyiciləri tərəfindən vergi bəyannamələri (hesabatları) vaxtında təqdim edilmədikdə onların məcburi alınmasına dair» Metodiki Göstərişlər toplusunun yenidən nəşr edilməsi ilə əlaqədar aidiyyəti məsələləri həll etsin.
6. Bu əmrin icrasına nəzarət vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirova həvalə edilsin.

 

Nazir,
2-ci dərəcəli dövlət
vergi xidməti müşaviri                                                             Fazil Məmmədov

geriyə