|
12.06.2008
N 0817040100586000
Metodiki Göstərişlərə əlavə və dəyişikliklər edilməsi haqqında
Vergilər nazirinin 14.04.2006-cı il tarixli 0617040100386600 saylı “Stimullaşdırıcı lotereyanın təşkili haqqında” əmrindən irəli gələn məsələlərin həll edilməsi məqsədi ilə
Ə M R E D İ R Ə M:
1. Vergilər nazirinin 24.04.2006-cı il tarixli 0617040100415700 saylı əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində nağd pul hesablaşmalarına görə əldə edilmiş kassa çeklərinin sahibləri arasında “NKA çeki alın, avtomobil qazanın” lotereya oyununun təşkili ilə bağlı vətəndaşlardan çeklərin qəbulu, işlənməsi və lotereya biletinin verilməsi haqqında Metodiki Göstərişlər”də aşağıdakı əlavə və dəyişikliklər edilsin:
- 2.5-ci bənddən “- Bakı şəhəri Vergilər Departamenti (Bakı, A.Nemətulla küçəsi 44);” sözləri çıxarılsın.
- 2.6-cı bənddən “Vergi ödəyicilərinə xidmət strukturlarının aidiyyəti şəxsləri tərəfindən lotereya biletləri verilmiş şəxslərin şəxsiyyət vəsiqələrinə əsasən adı, soyadı, atasının adı, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, verildiyi orqanın adı və verilmə tarixi göstərilməklə reyestr tərtib edilir və surəti tiraj keçiriləcək ayın 10-dək Vergilər Nazirliyinə təqdim olunur” cümləsi çıxarılsın.
- 2.7-ci bənd aşağıdakı redaksiyada verilsin:
“Vergi orqanının NKA çeklərini qəbul edən şəxsi tərəfindən qəbul edilmiş çeklər yoxlandıqdan sonra vergi orqanının möhürü ilə təsdiq olunmuş lotereya biletinin kupon hissəsi kəsilərək «NKA çeklərini alın, avtomobil qazanın» sözləri yazılmış hissəsi vətəndaşa verilir, onun müqabilində təhvil verilmiş NKA çekləri biletlə eyni №-yə malik olan zərfə qoyulur.”
- 2.8-ci bəndin birinci abzası çıxarılsın.
- 2.9-cu bənddə “Hər hansı səbəbdən xüsusi proqram təminatına işlənilməsi mümkün olmayan” sözləri “Zəruri rekvizitlər (nəzarət-kassa aparatının məxsus olduğu vergi ödəyicisinin adı, VÖEN-i, NKA-nın №-si və çekin №-si) əks olunmayan” sözləri ilə əvəz edilsin.
- 2.13-cü bənd çıxarılsın.
2. Bu əmrin icrasına nəzarət vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirova tapşırılsın.
Əsas: Vergi ödəyicilərinə xidmət idarəsinin 22.01.2008-ci il tarixli 0817030000809900 nömrəli xidməti məruzəsi.
Nazir,
2-ci dərəcəli dövlət
vergi xidməti müşaviri Fazil Məmmədov
geriyə
|