Vergi ödәyicilәrinin vahid dövlәt reyestrinin aparılması Qaydalarının tәsdiq edilmәsi barәdә Azәrbaycan Respublikasının Nazirlәr Kabinetinin Qәrarı

"Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin tәsdiq edilmәsi, qüvvәyә minmәsi vә bununla bağlı hüquqi tәnzimlәmә mәsәlәlәri haqqında" Azәrbaycan Res-publikası Qanununun vә bu Qanunla tәsdiq edilmiş Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin tәtbiq edilmәsi barәdә" Azәrbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrәli Fәrmanının icrasını tәmin etmәk mәqsәdi ilә Azәrbaycan Respublikasının Nazirlәr Kabineti qәrara alır:

1. "Vergi ödәyicilәrinin vahid dövlәt reyestrinin aparılması Qaydaları" tәsdiq edilsin (әlavә olunur).

2. Azәrbaycan Respublikasının Vergilәr Nazirliyi 2001-ci il yanvarın 1-i tarixinәdәk uçota alınmış vergi ödәyicilәrinin uçot mәlumatlarını dәqiqlәşdirmәklә müvafiq dәyişikliklәrin aparılmasını tәmin etsin.

3. Bu qәrar imzalandığı gündәn qüvvәyә minir.


Azәrbaycan Respublikasının Baş naziri A. RASİ-ZADӘ.
Bakı şәhәri, 23 fevral 2001 -ci il, N 50

Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin
2001-ci il 23 fevral tarixli 50 nömrәli qәrarı ilә
tәsdiq edilmişdir

Vergi ödәyicilәrinin vahid dövlәt reyestrinin aparılması Qaydaları

1. Ümumi müddәalar
1.1. Bu Qaydalar Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin 34.8-ci maddәsinә uyğun olaraq vergi ödәyicilәrinin vahid dövlәt reyestrinin aparılması qay-dalarını müәyyәn edir.

1.2. Vergi ödәyicilәrinin vahid dövlәt reyestri Azәrbaycan Respublikasının Vergilәr Nazirliyi tәrәfindәn aparılır.

1.3. Vahid dövlәt reyestri vergi ödәyicilәrinin xüsusiyyәtlәri nәzәrә alınmaqla vahid tәsnifat әsasında aparılır.


2. Dövlәt reyestrinә daxil edilәn mәlumatlar
2.1. Vergi ödәyicilәri vahid dövlәt reyestrinә daxil edilәrkәn onların uçota alınması haqqında vergi orqanına tәqdim etdiklәri әrizәdәki mәlumatlardan istifadә olunur.

2.2. Vergi ödәyicilәrinin vahid dövlәt reyestrinә aşağıdakı mә`lumatlar daxil edilir:

a) vergi ödәyicisi olan hüquqi şәxsin:

tam adı;

dövlәt qeydiyyatını hәyata keçirmiş orqan vә dövlәt qeydiyyatından keçmә tarixi;

hüquqi ünvanı;

mülkiyyәt növü;

tәşkilati-hüquqi forması;

fәaliyyәt növlәri;

struktur vahidlәri haqqında mә`lumat;

tәsisçilәr haqqında mә`lumat (tә`sisçi hüquqi şәxs olduqda: hüquqi şәxsin tam adı, dövlәt qeydiyyatında olduğu ölkәnin adı, hüquqi ünvanı, tәşkilati-hüquqi forması, eynilәşdirmә nömrәsi; tә`sisçi fiziki şәxs olduqda; fiziki şәxsin soyadı, adı vә atasının adı, ünvanı, vәtәndaşlığı vә şәxsiyyәt vәsiqәsinin mәlumatları);

b) vergi ödәyicisi olan fiziki şәxsin:

soyadı, adı vә atasının adı;

vәtәndaşlığı;

cinsi;

şәxsiyyәt vәsiqәsinin mәlumatları;

yaşadığı ünvan;

fәaliyyәt göstәrdiyi ünvan;

fәaliyyәt növlәri (fәrdi sahibkarlıqla mәşğul olduqda);

obyektlәrinin sayı, ünvanı.

2.3. Vahid dövlәt reyestri kağız daşıyıcılarında vә ya elektron yazıları formasında aparılmalıdır.


3. Vahid dövlәt reyestrinin aparılması qaydaları
3.1. Vergi ödәyicilәrinin vahid dövlәt reyestrinin aparılması sisteminә aşağıdakılar daxildir:
xronoloji qaydada vergi ödәyicilәrinin reyestr jurnalının aparılması;

lәğv edilmiş vergi ödәyicilәrinin reyestr jurnalının aparılması;

uçota alınmış vergi ödәyicilәrinin reyestr mә`lumatlarında dәyişikliklәrlә bağlı dәqiqlәşdirmәlәrin aparılması;
uçota alınmış vergi ödәyicilәrinә informasiya verilmәsi.

3.2. Vergi ödәyicilәrinin vahid dövlәt reyestrinә daxil edilmәsi üçün әsas vergi orqanı tәrәfindәn vergi ödәyicisinә onun uçota alınması barәdә verilmiş Şәhadәtnamәdir.
Şәhadәtnamә itirildikdә vә ya yararsız hala düşdükdә, onun surәti verilir. Bu halda verilәn Şәhadәtnamәnin üzәrindә müvafiq qeyd aparılır.

3.3. Azәrbaycan Respublikasının әrazi vergi orqanları tәrәfindәn vergi ödәyicilәrinin uçota alınması, onlara eynilәşdirmә nömrәlәrinin verilmәsi, habelә uçot göstәricilәrindә baş vermiş dәyişikliklәr barәdә mәlumatlar hәr ay müәyyәn edilmiş qaydada Vergilәr Nazirliyinә tәqdim edilir. Vergilәr Nazirliyi alınmış bu mә`lumatlar әsasında yergi ödәyicilәrinin vahid dövlәt reyestrini aparır.

3.4. Azәrbaycan Respublikasının Vergilәr Nazirliyi vergi ödәyicilәrinin vahid dövlәt reyestrinin mәlumat bankının aparılmasının bütövlüyünü vә qorunma-sını tәmin edir, rәsmi sorğulara cavab olaraq Vergi Mәcәllәsindә müәyyәn edilmiş qaydada "Vahid dövlәt reyestrindәn çıxarış" adlanan sәnәd tәqdim edir.

3.5. Vergilәr Nazirliyinin reyestrin aparılması hәvalә edilmiş struktur bölmәsi daxil olmuş mәlumatların düzgünlüyünü yoxlayır vә sәhvlәrin aradan qal-dırılması barәdә vergi orqanlarına müvafiq göstәrişlәr verir.

3.6. Azәrbaycan Respublikasının Vergi Mәcәllәsindә müәyyәn olunmuş hallar istisna olmaqla, vergi ödәyicilәrinin vahid dövlәt reyestrinә daxil edilmiş mә`lumatları onun vergi orqanlarında uçota alınması anından vergi sirrini tәşkil edir.