|
Azәrbaycan Respublikasının Nazirlәr Kabineti Ümumi qaydalara әsasәn vergitutma bazasının
müәyyәnlәşdirilmәsi çәtin olan
sahәlәr üzrә әlavә Qәrar N 135 Bakı şәhәri, 8 avqust 2001-ci il «Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin tәsdiq edilmәsi, qüvvәyә minmәsi vә bununla bağlı hüquqi tәnzimlәmә mәsәlәlәri haqqında» Azәrbaycan Respublikası Qanununun vә bu Qanunla tәsdiq edilmiş Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin tәtbiq edilmәsi barәdә» Azәrbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrәli Fәrmanının icrasını tә`min etmәk mәqsәdi ilә Azәrbaycan Respublikasının Nazirlәr Kabineti qәrara alır: «Ümumi qaydalara әsasәn vergitutma bazasının müәyyәnlәşdirilmәsi çәtin olan sahәlәr üzrә әlavә dәyәr vergisinin hesablanması Qaydaları» tәsdiq edilsin (әlavә olunur). Azәrbaycan Respublikasının Baş naziri A. RASİ-ZADƏ Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2001-ci il 8 avqust tarixli 135 nömrәli qәrarı ilә tәsdiq edilmişdir Ümumi qaydalara әsasәn vergitutma bazasının
müәyyәnlәşdirilmәsi çәtin olan
sahәlәr üzrә әlavә 1. Ümumi müddәalar 1.1. Bu Qaydalar Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin 172.3-cü maddәsinә uyğun olaraq hazırlanmış vә agent (vәkalәt alan) tәrәfindәn hәyata keçirilәn әmәliyyatlar, o cümlәdәn lotereyaların keçirilmәsi vә satışı, turist agentlәrinin xidmәtlәri, komisyon qaydada satış, işlәnmiş malların satışı vә vergitutma bazasının müәyyәnlәşdirilmәsi çәtin olan digәr sahәlәr üzrә әlavә dәyәr vergisinin (bundan sonra — ƏDV) hesablanması qaydalarını müәyyәn edir. 1.2. Digәr şәxsin (vәkalәt verәnin) agenti (vәkalәt alan) olan şәxs tәrәfindәn malların göndәrilmәsi, işlәrin görülmәsi vә ya xidmәt göstәrilmәsi vәkalәt verәnin hәyata keçirdiyi әmәliyyat sayılır. 1.3. Bu Qaydaların 1.2-ci bәndi agentin digәr şәxsә (vәkalәt verәnә) göstәrdiyi xidmәtlәrә tәtbiq edilmir. 1.4. Bu Qaydaların 1.2-ci bәndi rezident olmayan vә Azәrbaycan Respublikasında ƏDV-nin ödәyicisi kimi qeydiyyatdan keçmәmiş şәxsin rezident-agentinin Azәrbaycan Respublikasına mal göndәrilmәsinә tәtbiq edilmir. Belә hallarda ƏDV-nin mәqsәdlәri üçün malların göndәrilmәsi agent tәrәfindәn hәyata keçirilәn әmәliyyat sayılır. 1.5. ƏDV ödәyicisi olan şәxslәr tәrәfindәn bu Qaydalarda göstәrilәn әmәliyyatlardan başqa digәr әmәliyyatlar da hәyata keçirildikdә, hәmin әmәliyyatların uçotu ayrıca aparılır. 2. Digәr şәxsin agent vasitәsi ilә hәyata keçirdiyi әmәliyyatlar üzrә ƏDV-nin vergitutma bazasının müәyyәnlәşdirilmәsi 2.1. Digәr şәxs agent vasitәsi ilә malları
tәqdim etdikdә, işlәr gördükdә vә
ya xidmәtlәr göstәrdikdә, hәmin malların
(işlәrin, xidmәtlәrin) dәyәri vergi tutulan
әmәliyyatların dәyәri vә vergitutma bazası
hesab edilir. 2.2. Digәr şәxs üçün vergi tutulan әmәliyyatların vaxtı malların (işlәrin, xidmәtlәrin) agentә verildiyi vaxt sayılır. Mallar (işlәr, xidmәtlәr) hissә-hissә (qismәn) verildikdә, vergi tutulan әmәliyyatların vaxtı hәr hissә üçün ayrılıqda müәyyәn edilir. 2.3. Agent ƏDV üzrә vergi ödәyicisi olduqda, digәr şәxsә göstәrdiyi xidmәtlәrә görә vergi hesab-fakturası verir. Vergi hesab-fakturası ƏDV ödәyicisi olan digәr şәxs tәrәfindәn agentә ödәnilmiş ƏDV-ni әvәzlәşdirmәk hüququ verir. 2.4. Agent üçün vergitutma bazası onun digәr şәxslәrә malların tәqdim edilmәsi (işlәrin görülmәsi, xidmәtlәrin göstәrilmәsi) üzrә göstәrdiyi xidmәtlәrin dәyәri, vergi tutulan әmәliyyatların vaxtı bu xidmәtlәrin faktiki göstәrildiyi vaxt, vergi tutulan әmәliyyatların dәyәri isә onun digәr şәxsdәn almalı olduğu (aldığı) haqdır (mükafatdır). 3. Digәr şәxsin agent vasitәsi ilә hәyata
keçirdiyi әmәliyyatlarda ƏDV hesablanmasının
sahәvi 3.1. Lotereya keçirәn şәxs üçün vergi tutulan әmәliyyatın dәyәri lotereyaların satışından әldә olunan mәblәğdәn uduş fondunun mәblәği çıxıldıqdan sonra qalan haqqın ƏDV nәzәrә alınmadan mәblәği (hәr hansı rüsumlar, vergilәr vә ya başqa yığımlar da daxil olmaqla) әsasında müәyyәn edilir. 3.2. Lotereyaların keçirilmәsi şәrtlәrinә uyğun olaraq uduş fondu tam vә ya qismәn mallardan ibarәt olduqda, lotereya keçirәn şәxs tәrәfindәn uduş fondu üçün alınmış mallara görә ödәnilmiş (ödәnilmәli olan) ƏDV mәblәği әvәzlәşdirilmir. 3.3. Azәrbaycan Respublikası әrazisindәn digәr ölkәlәrә keçәn marşrutlar üzrә turist xidmәtlәri göstәrәn şәxslәr üçün turist vәrәqәlәrinin dәyәri, turist vәrәqәlәrini tәqdim edәn şәxslәr üçün isә bu tәqdimetmә üzrә göstәrilәn xidmәtlәrin dәyәri, Azәrbaycan Respublikası әrazisindәn kәnarda göstәrilәn xidmәtlәr istisna olmaqla, vergitutma bazası hesab edilir. 3.4. Malların komisyon qaydada satışı zamanı komitent üçün vergitutma bazası komisyonçuya verilmiş malların dәyәridir (komisyon haqları çıxılmadan). 3.5. Komisyonçu vergi ödәyicisi olduqda, ƏDV ilә (vergi hesab-fakturası әsasında) komissiyaya götürdüyü malları satarkәn malların alıcılarına (sifarişçilәrinә) müvafiq vergi hesab-fakturası vermәlidir (alıcılar tәrәfindәn tәlәb edildikdә): Lakin hәmin vergi hesab-fakturaları üzrә komisyonçu tәrәfindәn büdcәyә ƏDV hesablanmamalıdır. Eyni zamanda, komisyonçunun komitentdәn aldığı vergi hesab-fakturası komisyonçuya ƏDV mәblәğini әvәzlәşdirmәk hüququ vermir. 3.6. Komisyonçu ƏDV üzrә vergi ödәyicisi olmadıqda, komissiyaya götürdüyü malların dәyәrinә ƏDV daxil edilib-edilmәmәsindәn asılı olmayaraq malların alıcısına vergi hesab-fakturası verә bilmәz. 3.7. Komitent qeyri-rezident olduqda, bu Qaydaların 1.4 bәndinә әsasәn malların komissiya qaydasında satışı üzrә әmәliyyatlar agentin, yәni komisyonçunun apardığı әmәliyyatlar hesab edilir. Bu halda komisyonçu üçün vergitutma bazası komisyon qaydasında satdığı malların dәyәri, habelә komitentә göstәrdiyi xidmәtlәrin dәyәri hesab edilir. Komisyonçunun vergi tutulan әmәliyyatının dәyәri komisyon qaydasında satılan mallar üzrә komitentin müәyyәn etdiyi satış qiymәti (ƏDV-siz) vә komitentә göstәrdiyi xidmәtlәr üzrә komitentdәn almalı olduğu (aldığı) xidmәt haqqıdır (mükafatdır). Komisyonçu üçün vergi tutulan әmәliyyatların vaxtı malların (işlәrin, xidmәtlәrin) alıcılara (sifarişçilәrә) tәqdim edildiyi vaxt sayılır. Mallar (işlәr, xidmәtlәr) hissә-hissә (qismәn) tәqdim edildikdә, vergi tutulan әmәliyyatların vaxtı malların (işlәrin, xidmәtlәrin) hәr hissәsi üçün ayrılıqda müәyyәn edilir. Komisyonçu idxal olunmuş mallara görә gömrük orqanlarına ƏDV ödәmişdirsә, bu ödәmәnin yerinә yetirildiyini tәsdiq edәn sәnәdlәr ƏDV ödәyicisi olan komisyonçuya hәmin ƏDV mәblәğini әvәzlәşdirmәk hüququ verir. Komisyonçu vergi ödәyicisi olduqda, komissiya qaydasında tәqdim etdiyi mallara ümumi qaydada ƏDV tәtbiq etmәlidir. Komisyon qaydasında idxal olunmuş mallar ƏDV ödәyicisi olan komisyonçu tәrәfindәn satılmadan tam vә ya qismәn komitentin tapşırığı ilә Azәrbaycan Respublikası әrazisindә başqa şәxsә verildikdә, gömrük orqanlarına ödәnilmiş ƏDV-nin әvәzlәşdirilәn mәblәğinin malların satılmayan hissәsinә düşәn mәblәği komisyonçu tәrәfindәn büdcәyә hesablanmalıdır. 3.8. Digәr şәxsin agent vasitәsi ilә hәyata
keçirdiyi әmәliyyatlar üzrә vergi tutulan әmәliyyatların
aparıldığı vaxt, büdcәyә ƏDV-nin
hesablanması, büdcәyә ödәmәlәr
müәyyәn edilәrkәn ƏDV-nin әvәzlәşdirilmәsi
vә vergi hesab-fakturalarının tәtbiqi bu Qaydaların
müddәaları nәzәrә alınmaqla Azәrbaycan
Respublikasının Vergi Mәcәllәsinә uyğun
olaraq ümumi qaydada müәyyәnlәşdirilir. |