Azәrbaycan Respublikasının Nazirlәr Kabineti

Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin bәzi qәrarlarına dәyişikliklәr edilmәsi haqqında

Qәrar N 145


Bakı şәhәri, 3 sentyabr 2001-ci il

Azәrbaycan Respublikasının әrazisindә nәzarәt-kassa aparatlarının istehsalı, tәtbiqi vә istismarı üzrә işlәrin әlaqәlәndirilmәsi, nağd pul hesablaşmalarının aparılması qaydalarının tәkmillәşdirilmәsi vә nağd pul vәsaitlәrinin dövriyyәdәn yayındırılmasının qarşısının alınması mәqsәdi ilә Azәrbaycan Respublikasının Nazirlәr Kabineti qәrara alır:

1. «Nәzarәt-kassa aparatları üzrә sahәlәrarası ekspert komissiyasının yaradılması haqqında» Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 1995-ci il 12 iyun tarixli 138 nömrәli qәrarı ilә yaradılmış Komissiyanın yeni tәrkibi tәsdiq edilsin (әlavә olunur).

2. Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin «Azәrbaycan Respublikası әrazisindә әhali ilә nağd pul hesablaşmalarının aparılmasında nәzarәt-kassa aparatlarının tәtbiq olunması haqqında» 1995-ci il 18 iyul tarixli 168 nömrәli qәrarı ilә tәsdiq edilmiş «Azәrbaycan Respublikasında nәzarәt-kassa aparatları üzrә sahәlәrarası ekspert Komissiyası haqqında Əsasnamә»yә aşağıdakı dәyişiklik vә әlavәlәr edilsin:

3-cü bölmәnin 3.1-ci bәndinin 3.1.2-ci yarımbәndi aşağıdakı redaksiyada verilsin:

«Azәrbaycan Respublikasında ticarәt, ictimai-iaşә vә xidmәt sahәsi müәssisәlәrindә istifadәsinә icazә verilәn nәzarәt-kassa aparatlarının modellәrinin Dövlәt reyestrinә daxil edilmәsi vә mәnәvi köhnәlmiş, yeni tәlәblәrә uyğun gәlmәyәn nәzarәt-kassa aparatları modellәrinin Dövlәt reyestrindәn çıxarılması.»;

3-cü bölmәnin 3.1-ci bәndinә aşağıdakı yarımbәndlәr әlavә edilsin:

«3.1.9. Azәrbaycan Respublikasında istifadәsinә icazә verilmiş nәzarәt-kassa aparatlarının, yerlәşdiklәri inzibati әrazidәn vә ümumi sahәsindәn asılı olaraq ticarәt, ictimai-iaşә vә xidmәt müәssisәlәri üzrә tәtbiq olunan modellәrin müәyyәnlәşdirilmәsi;

3.1.10. İstifadәsinә icazә verilmiş nәzarәt-kassa aparatlarının Dövlәt reyestri üzrә ümumi qeydiyyatın aparılması üçün mәlumatların Azәrbaycan Respublikasının Vergilәr Nazirliyinә tәqdim edilmәsi.»;

4-cü bölmәnin 4.1-ci bәndinin 4.1.4-cü yarımbәndi çıxarılsın, 4.1.5, 4.1.6, 4.1.7, 4.1.8-ci yarımbәndlәri müvafiq olaraq 4.1.4, 4.1.5, 4.1.6, 4.1.7-ci yarımbәndlәr hesab edilsin.

3. «Nәzarәt-kassa aparatları tәtbiq edilmәdәn әhali ilә pul hesablaşmalarının aparılmasına icazә verilәn ayrı-ayrı kateqoriyalı obyektlәrin Siyahısı» tәsdiq edilsin (әlavә olunur).

4. Bu qәrarın 3-cü bәndi ilә müәyyәn olunmuş siyahıya daxil edilmәyәn obyektlәrdә vә birdәfәlik rüsum ödәnilmәsi nәzәrdә tutulmayan yerlәrdә stasionar fәaliyyәt göstәrәn şәxslәrlә nağd pul hesablaşmaları 2001-ci il 1 sentyabr tarixdәn başlayaraq nәzarәt-kassa aparatları üzrә sahәlәrarası ekspert komissiyasının müәyyәn etdiyi mәrhәlәlәrә uyğun olaraq nәzarәt-kassa aparatları tәtbiq edilmәklә aparılsın.

5. Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 1995-ci il 28 dekabr tarixli 266 nömrәli qәrarının 2-ci bәndi qüvvәdәn düşmüş hesab edilsin, bu qәrarla tәsdiq edilmiş «Azәrbaycan Respublikasında nәzarәt-kassa aparatlarının satışı, istismarı, servis texniki xidmәt vә tәmiri qaydaları haqqında Əsasnamә»nin 2-ci bölmәsinin 2.2.6 vә 2.2.8 bәndlәri çıxarılsın vә 2.2.7, 2.2.9, 2.2.10, 2.2.11, 2.2.12, 2.2.13 vә 2.2.14 bәndlәri müvafiq olaraq 2.2.6, 2.2.7, 2.2.8, 2.2.9, 2.2.10, 2.2.11 vә 2.2.12 bәndlәr hesab edilsin.

6. Bu qәrarın icrasına nәzarәt Azәrbaycan Respublikası Nazirlәr Kabineti İşlәr İdarәsinin iqtisadiyyat vә maliyyә-kredit siyasәti, müdafiә vә müdafiә sәnayesi şöbәlәrinә tapşırılsın.

Azәrbaycan Respublikasının Baş naziri

A.RASİ-ZADƏ

Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2001-ci il 3 sentyabr tarixli
145 nömrәli qәrarı ilә tәsdiq edilmişdir


«Nәzarәt-kassa aparatları üzrә sahәlәrarası ekspert komissiyasının yaradılması haqqında» Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 1995-ci il 12 iyun tarixli 138 nömrәli qәrarı ilә yaradılmış Komissiyanın yeni tәrkibi

Komissiyanın sәdri — vergilәr naziri

Komissiya sәdrinin müavini — maliyyә nazirinin müavini

Komissiyanın üzvlәri:

İqtisadi İnkişaf Nazirliyinin İqtisadi siyasәt vә proqnozlaşdırma departamentinin ticarәt siyasәti şöbәsinin rәisi

Vergilәr Nazirliyinin Operativ nәzarәt idarәsinin rәisi

Maliyyә Nazirliyinin Uçot siyasәti idarәsinin rәisi

Dövlәt Xüsusi Maşınqayırma vә Konversiya Komitәsinin Elm vә texnika şöbәsinin rәisi

Dövlәt Statistika Komitәsi sәdrinin müavini

Milli Bankın Nağd pulla iş departamentinin direktoru

Dövlәt Standartlaşdırma vә Metrologiya Mәrkәzinin Ölçü vasitәlәrinin dövlәt sınağı vә metroloci attestasiya şöbәsinin rәisi

Azәrittifaqın sәdr müavini

 

Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2001-ci il 3 sentyabr tarixli 145 nömrәli qәrarı ilә tәsdiq edilmişdir

Nәzarәt-kassa aparatları tәtbiq edilmәdәn әhali ilә pul hesablaşmalarının aparılmasına icazә
verilәn ayrı-ayrı kateqoriyalı obyektlәrin Siyahısı


1. Azәrbaycan Respublikasının Maliyyә Nazirliyi tәrәfindәn tәsdiq olunmuş formalar üzrә qәbzlәr, putyovkalar, biletlәr, talonlar, poçt ödәnişi nişanları, habelә onlara bәrabәr tutulan vә ciddi hesabat blankları kimi uçotu aparılan digәr sәnәdlәr әsasında әhaliyә aşağıdakı xidmәtlәr göstәrәn obyektlәr:


1.1. işçilәrinin sayı iki nәfәrdәn çox olmayan aşağıdakı mәişәt xidmәtlәri obyektlәri:

mebellәrin tәmiri vә hazırlanması;
foto, audio-video xidmәti;
ayaqqabıların tәmiri vә fәrdi tikilişi;
paltarların tәmiri vә fәrdi tikilişi;
trikotac mәmulatlarının tәmiri vә tikilişi;
gön-dәri mәmulatlarının tәmiri vә tikilişi;
televizor, soyuducu vә digәr mәişәt cihazlarının tәmiri;
saatların tәmiri;
metal mәmulatlarının tәmiri vә hazırlanması;
nәqliyyat vasitәlәrinә texniki xidmәt;
bәrbәr xidmәti;
zәrgәrlik mәmulatlarının tәmiri vә hazırlanması;
nәqqaşlıq vә rәssamlıq emalatxanaları vә tәmiri mәntәqәlәri;

1.2. aşağıdakı sәrnişin nәqliyyatı xidmәtlәri obyektlәri:

ictimai nәqliyyat vasitәlәri;
müәyyәn olunmuş qaydada rәsmilәşdirilmiş marşrut üzrә hәrәkәt edәn vә oturacaq yerlәrinin sayı 6-dan artıq olan taksilәr;

1.3. rabitә xidmәti obyektlәri;

1.4. mәnzil tәsәrrüfatı obyektlәri;

kirayәyә verilmiş yaşayış vә qeyri-yaşayış obyektlәri;
mehmanxana, motel, kempinq vә yataqxana xidmәtlәri obyektlәri;

1.5. kommunal xidmәtlәri obyektlәri;

elektrik enercisi, qaz vә su tәchizatı obyektlәri;
mәrkәzi qızdırma sistemi vә isti su tәchizatı obyektlәri;
kanalizasiya xidmәti obyektlәri;
sanitar tәmizlәmә xidmәti obyektlәri;

1.6. mәdәni xidmәtlәr obyektlәri;

1.7. turist-ekskursiya xidmәti obyektlәri;

1.8. bәdәn tәrbiyәsi vә idman qurğularının xidmәti obyektlәri;

1.9. sәhiyyә xidmәti obyektlәri;

1.10. sanatoriya-kurort vә sağlamlaşdırma xidmәtlәri obyektlәri;

1.11. vәkillik vә digәr hüquq xidmәti obyektlәri;

1.12. tәhsil sisteminin obyektlәri;

mәktәbәqәdәr tәhsil sistemi obyektlәri;
ali vә orta tәhsil sistemi obyektlәri;

1.13. aşağıdakı digәr xidmәtlәr üzrә obyektlәr;

avtomobil dayanacaqları;
paltarların kimyәvi tәmizlәnmәsi vә boyanması, yuyulması obyektlәri;
mәnzillәrin tәmiri vә tikintisi obyektlәri;
kirayә xidmәti vә mәrasim xidmәtlәri obyektlәri;
lombard xidmәti obyektlәri;
cildlәmә xidmәti obyektlәri;
әhalinin kurslarda öyrәdilmәsi obyektlәri.

2. Qәzet vә curnalların satışını hәyata keçirәn xüsusilәşdirilmiş obyektlәr.

3. Dağ rayonlarının әrazisindә yerli icra hakimiyyәti orqanlarının qәrarlarına әsasәn ucqar kәndlәrdә fәaliyyәt göstәrәn obyektlәr.