|
Azәrbaycan Respublikasının Nazirlәr Kabineti Gәlirdәn çıxılmalı olan tә`mir xәrclәrinin mәhdudlaşdırılan hәddi barәdә Qәrar № 14
«Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin tәsdiq edilmәsi, qüvvәyә minmәsi vә bununla bağlı hüquqi tәnzimlәmә mәsәlәlәri haqqında Azәrbaycan Respublikası Qanununun vә bu Qanunla tәsdiq edilmiş Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin tәtbiq edilmәsi barәdә» Azәrbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrәli Fәrmanının icrasını tә`min etmәk mәqsәdi ilә Azәrbaycan Respublikasının Nazirlәr Kabineti qәrara alır: 1. Hәr il üçün gәlirdәn çıxılmalı olan tә`mir xәrclәrinin mәblәği әsas vәsaitlәrin hәr bir kateqoriyasının ilin sonuna balans üzrә qalıq dәyәrinin aşağıdakı hәddi ilә mәhdudlaşdırılsın: binalar, tikintilәr * vә qurğular—2 faiz;
2. Əsas vәsaitlәrin hәr bir kateqoriyası üzrә tә`mir xәrclәrinin faktiki mәblәği bu qәrarla mәhdudlaşdırılan hәddәn az olduqda, hәmin xәrclәr gәlirdәn çıxılır. Növbәti vergi illәrindә tә`mir xәrclәrinin gәlirdәn çıxılan mәblәği, әvvәlki illәrdәki mәhdudlaşdırılan hәddә uyğun olaraq hesablanmış mәblәğ ilә xәrclәrin faktiki mәblәği arasındakı fәrq qәdәr artırıla bilәr. Tә`mir xәrclәrinin faktiki mәblәği müәyyәn edilәn hәddәn artıq olduqda, bu fәrq hәr bir kateqoriyaya aid әsas vәsaitlәrin balans üzrә qalıq dәyәrinin artmasına aid edilir. 3. Amortizasiya olunmayan, köhnәlmә (amortizasiya) hesablanmayan әsas vәsaitlәrin tә`mirinә çәkilmiş xәrclәr gәlirdәn çıxılmır vә onların balans dәyәrini artırır. 4. Bu qәrar 2001-ci il yanvarın 1-dәn qüvvәyә minir. Azәrbaycan Respublikasının Baş naziri A. RASİ-ZADƏ. * Nazirlәr Kabinetinin 28.02.2002-ci il tarixli, 34 N-li Qәrarı |