Xarici hüquqi şәxsin әldә etdiyi mәnfәәti
birbaşa müәyyәn etmәk mümkün
olmadığı hallarda mәnfәәtin hesablanması
Qaydalarının tәsdiq edilmәsi barәdә
Azәrbaycan Respublikasının Nazirlәr Kabinetinin
Qәrarı
Bakı şәhәri, 1 mart 2001-ci il
"Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin
tәsdiq edilmәsi, qüvvәyә minmәsi
vә bununla bağlı hüquqi tәnzimlәmә
mәsәlәlәri haqqında Azәrbaycan
Res-publikası Qanununun vә bu Qanunla tәsdiq edilmiş
Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin
tәtbiq edilmәsi barәdә" Azәrbaycan Respublikası
Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrәli
Fәrmanının icrasını tә`min etmәk
mәqsәdi ilә Azәrbaycan Respublikasının
Nazirlәr Kabineti qәrara alır:
1. "Xarici hüquqi şәxsin әldә etdiyi mәnfәәti
birbaşa müәyyәn etmәk mümkün
olmadığı hallarda mәnfәәtin hesablanması
Qaydaları" tәsdiq edilsin (әlavә olunur).
2. Bu qәrar imzalandığı gündәn qüvvәyә
minir.
Azәrbaycan Respublikasının Baş
naziri
A. RASİ-ZADӘ.
Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2001-ci
il 1 mart tarixli 55 nömrәli qәrarı ilә
tәsdiq edilmişdir
Xarici hüquqi şәxsin әldә etdiyi mәnfәәti
birbaşa müәyyәn etmәk mümkün olmadığı
hallarda mәnfәәtin hesablanması Qaydaları
I. Ümumi müddәa
Bu Qaydalar Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin
83.9-cu maddәsinә әsasәn hazırlanmış
vә xarici hüquqi şәxsin Azәrbaycan Respublikasında
daimi nümayәndәliyi vasitәsi ilә әldә
etdiyi mәnfәәti birbaşa müәyyәn
etmәk mümkün olmadığı hallarda mәnfәәtin
hesablanması qaydalarını müәyyәn edir.
2. Xarici hüquqi şәxsin mәnfәәtinin
müәyyәn edilmәsi üçün me`yarlar
Azәrbaycan Respublikasında, hәm dә onun hüdudlarından
kәnarda fәaliyyәt göstәrәn xarici hüquqi
şәxsin Azәrbaycan Respublikasında daimi nümayәn-dәlik
vasitәsi ilә hәyata keçirdiyi fәaliyyәtdәn
әldә etdiyi mәnfәәtinin müәyyәn
edilmәsinә imkan verәn ayrıca uçotun aparılmadığı
hallarda, hәmin xarici hüquqi şәxsin mәnfәәti
Azәrbaycan Respublikası Vergilәr Nazirliyinin rә`yi
әsasında vergi ödәyicisi ilә müvafiq
vergi orqanı arasında razılaşdırılmış
üsul әsasında müәyyәn edilә bilәr.
Bu mәqsәd üçün konkret halda aşağıdakı
me`yarlardan biri qәbul edilir:
Azәrbaycan Respublikasında mәhsul (iş, xidmәt)
satışından gәlirin mәblәği;
Azәrbaycan Respublikasında fәaliyyәtlә әlaqәdar
olan xәrclәrin mәblәği;
Azәrbaycan Respublikasındakı daimi nümayәndәliyin
işçilәrinin sayı.
3. Xarici hüquqi şәxsin mәnfәәtinin
müәyyәn edilmәsi üsulları
3.1. Xarici hüquqi şәxsin Azәrbaycan Respublikasında
fәaliyyәti ilә әlaqәdar әldә
etdiyi mәnfәәtini birbaşa müәyyәn
etmәk mümkün olmadığı halda vergi orqanı
şәrti rentabellik norması әsasında onun mәnfәәtini
aşağıdakı şәrti üsullardan biri ilә
müәyyәn edir:
3.1.1. xarici hüquqi şәxsin belә fәaliyyәtlә
әlaqәdar әldә etdiyi gәliri (ӘDV nәzәrә
alınmadan) әsasında:
burada,
M - xarici hüquqi şәxsin mәnfәәti;
G - xarici hüquqi şәxsin Azәrbaycan Respublikasındakı
fәaliyyәtindәn әldә etdiyi gәlir;
R - şәrti rentabellik normasıdır.
3.1.2. xarici hüquqi şәxsin belә fәaliyyәtlә
әlaqәdar xәrclәri әsasında:
burada,
M - xarici hüquqi şәxsin mәnfәәti;
X - xarici hüquqi şәxsin Azәrbaycan Respublikasındakı
fәaliyyәti ilә bağlı xәrclәri;
R - şәrti rentabellik normasıdır.
3.2. Vergi orqanı xarici hüquqi şәxsin mәnfәәtini
hәmin xarici hüquqi şәxsin Azәrbaycan Respublikasındakı
nümayәndәliyinin işçilәrinin sayının
onun ümumi işçilәrinin sayında xüsusi
çәkisi göstәricisi әsasında xarici
hüquqi şәxsin mәcmu mәnfәәtinin
bölüşdürülmәsi üsulu ilә aşağıdakı
qaydada müәyyәn edir:
burada,
M - xarici hüquqi şәxsin mәnfәәti;
Mm - xarici hüquqi şәxsin mәcmu mәnfәәti;
N1 - daimi nümayәndәliyin işçilәrinin
sayı;
N2 - xarici hüquqi şәxsin ümumi işçilәrinin
sayıdır.
3.3. Xarici hüquqi şәxsin mәnfәәti şәrti
üsulla müәyyәn edilәrkәn şәrti
rentabellik norması (R) 20 faiz sәviyyәsindә götürülür.
3.4. Xarici hüquqi şәxsin mәnfәәti çәkilmiş
xәrclәr әsasında şәrti üsulla hesablanarkәn,
çәkilmiş xәrclәrә Azәrbaycan
Respublikasının Vergi Mәcәllәsinә uyğun
olaraq mәnfәәtin hesablanması mәqsәdlәri
üçün gәlirdәn çıxılan xәrclәr,
o cümlәdәn müvafiq qaydada tәrtib edilmәyәn
ilkin sәnәdlәrdә göstәrilәn xәrclәr
aid edilir.
Xarici hüquqi şәxsin mәnfәәti çәkilmiş
xәrclәr әsasında şәrti üsulla hesablanarkәn,
çәkilmiş xәrclәrә aid edilәn
vә müvafiq normativlәr әsasında hesablanaraq
gәlirdәn çıxılan xәrclәr, xarici
hüquqi şәxsin әsas fәaliyyәti ilә
bağlıdırsa, bu xәrclәr bütövlükdә
nәzәrә alınır.
4. Xarici hüquqi şәxsin vergiyә cәlb olunan
mәnfәәtinin müәyyәn edilmәsi
Xarici hüquqi şәxsin Azәrbaycan Respublikasında
әldә etdiyi mәnfәәtinin yalnız bir
hissәsi vergiyә cәlb olunduğu halda, vergi orqanı
vergiyә cәlb olunan mәnfәәti müәyyәn
etmәk üçün aşağıdakı me`yarlardan
istifadә edә bilәr:
xarici hüquqi şәxsin Azәrbaycan Respublikasında
vergiyә cәlb olunan fәaliyyәtin hәyata keçirilmәsi
üçün sәrf etdiyi iş vaxtının nümayәndәliyin
ümumi iş vaxtında xüsusi çәkisi;
xarici hüquqi şәxsin Azәrbaycan Respublikasında
vergiyә cәlb olunan fәaliyyәtin hәyata keçirilmәsinә
çәkdiyi xәrclәrinin, onun Azәrbaycan Respublikasında
daimi nümayәndәlik vasitәsilә hәyata
keçirdiyi fәaliyyәtlә bağlı ümumi
xәrclәrindә xüsusi çәkisi; xarici
hüquqi şәxsin Azәrbaycan Respublikasında vergiyә
cәlb olunan fәaliyyәtin hәyata keçirilmәsindәn
әldә etdiyi gәlirlәrinin, onun Azәrbaycan
Respublikasında daimi
nümayәndәlik vasitәsi ilә fәaliyyәtindәn
әldә olunan ümumi gәlirlәrindә xüsusi
çәkisi.
5. Yekun müddәa
Xarici hüquqi şәxs tәrәfindәn bu Qaydaların
mәqsәdlәri üçün tәqdim edilmәli
olan müvafiq sәnәdlәr rezidenti olduqları
dövlәtin sәlahiyyәtli maliyyә vә ya
vergi orqanları tәrәfindәn tәsdiq edilmәlidir.
|