Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRAR
N 159
Bakı şəhəri, 24 avqust 2005-ci il
Azərbaycan Respublikası dövlət vergi orqanlarının vəzifəli şəxsləri üçün xüsusi geyim formasının və fərqləndirmə nişanlarının təchizat normasının və istifadə müddətlərinin təsdiq edilməsi haqqında
«Dövlət vergi orqanlarında xidmət haqqında» Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanına əlavə və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 fevral tarixli 195 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. «Azərbaycan Respublikası dövlət vergi orqanlarının vəzifəli şəxsləri üçün xüsusi geyim formasının və fərqləndirmə nişanlarının təchizat norması və istifadə müddətləri» təsdiq edilsin (əlavə olunur).
2. Müəyyən edilsin ki, dövlət vergi orqanlarının işçilərinə geyim formalarının və fərqləndirmə nişanlarıının alınması üçün cari ildə lazım olan vəsait Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2005-ci il üzrə vergi orqanlarının maddi həvəsləndirmə və inkişaf fondunun vəsaitləri hesabına, sonrakı illərdə isə vergi orqanlarının maddi həvəsləndirmə və inkişaf fondunun vəsaitləri və ya Vergilər Nazirliyinin saxlanılması üçün büdcədə müvafiq xərc yarımmaddəsində nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir.
3. «Azərbaycan Respublikası dövlət vergi orqanlarının vəzifəli şəxsləri üçün xüsusi geyim formasının və fərqlənmə nişanlarının təchizat
normasının və istifadə müddətlərinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 oktyabr
tarixli 166 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A.Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 24 avqust tarixli 159 nömrəli qərarı ilə təsdiq edilmişdir
Azərbaycan Respublikası dövlət vergi orqanlarının vəzifəli şəxsləri üçün xüsusi geyim formasının və fərqləndirmə nişanlarının təchizat norması və istifadə müddətləri
Sıra N-si |
Geyimin adı |
Sayı |
İstifadə müddəti |
I. Ali rəis heyəti üçün |
Mərasim forması |
1. |
Bej rəngli furajka (qadınlar üçün şlyapa) |
1 ədəd |
3 il |
2. |
Bej rəngli kostyum |
1 dəst |
3 il |
3. |
Zeytun rəngli şalvar (qadınlar üçün tuman) |
1 ədəd |
3 il |
4. |
Zeytun rəngli köynək |
2 ədəd |
3 il |
5. |
Bej rəngli qalstuk |
2 ədəd |
3 il |
6. |
Ağ rəngli şərf |
1 ədəd |
3 il |
Yay forması |
7. |
Zeytun rəngli furajka (qadınlar üçün şlyapa) |
1 ədəd |
1,5 il |
8. |
Zeytun rəngli kostyum |
1 dəst |
2 il |
9. |
Zeytun rəngli yay şalvarı (qadınlar üçün tuman) |
1 ədəd |
2 il |
10. |
Bej (açıq sarı) və ya ağ rəngli köynək |
2 ədəd |
lil |
11. |
Qara rəngli yay çəkməsi |
1 cüt |
lil |
Qış forması |
12. |
Dəridən tikilmiş tünd boz rəngli qış papağı |
1 ədəd |
4 il |
13. |
Bej və ya zeytun rəngli furajka (qadınlar üçün şlyapa) |
1 ədəd |
1,5 il |
14. |
Bej və ya zeytun rəngli kostyum |
1 dəst |
2 il |
15. |
Zeytun rəngli qış paltosu |
1 ədəd |
4 il |
16. |
Zeytun rəngli yarımpalto |
1 ədəd |
4 il |
17. |
Zeytun rəngli demisezon palto (plaş) |
1 ədəd |
3 il |
18. |
Zeytun rəngli şalvar (qadınlar üçün tuman) |
1 ədəd |
2 il |
19. |
Zeytun rəngli yun köynək (jaket) |
1 ədəd |
3 il |
20. |
Bej rəngli köynək |
2 ədəd |
L il |
21. |
Qara rəngli qış çəkməsi (qadınlar üçün uzunboğaz çəkmə) |
1 cüt |
2 il |
22. |
Zeytun və ya qara rəngli qalstuk |
2 ədəd |
lil |
23. |
Zeytun və ya qara rəngli şərf |
1 ədəd |
2 il |
24. |
Qara rəngli corab(qadınlar üçün ət rəngli neylon) |
4 cüt |
1 il |
25. |
Qara rəngli əlcək |
1 cüt |
5 il |
26. |
Qara rəngli şalvar qayışı |
1 ədəd |
3 il |
II. Baş və kiçik rəis heyəti üçün |
Yay forması |
1. |
Zeytun rəngli furajka (qadınlar üçün şlyapa) |
1 ədəd |
1,5 il |
2. |
Zeytun rəngli kostyum |
1 dəst |
2 il |
3. |
Zeytun rəngli şalvar (qadmlar üçün tuman) |
1 ədəd |
2 il |
4. |
Bej (açıq sarı) və ya ağ rəngli köynək |
2 ədəd |
lil |
5. |
Qara rəngli yay çəkməsi |
1 cüt |
lil |
Qış forması |
6. |
Dəridən tikilmiş qara və ya tünd zeytun rəngli qış papağı |
1 ədəd |
4 il |
7. |
Zeytun rəngli kostyum |
1 dəst |
2 il |
8. |
Zeytun rəngli şalvar (qadmlar üçün tuman) |
1 ədəd |
2 il |
9. |
Zeytun rəngli demisezon palto (plaş) |
1 ədəd |
3 il |
10. |
Zeytun rəngli demisezon gödəkcə |
1 ədəd |
3 il |
11. |
Zeytun rəngli yun köynək (jaket) |
1 ədəd |
3 il |
12. |
Bej rəngli köynək |
2ədəd |
L il |
13. |
Qara rəngli qış çəkməsi (qadınlar üçün uzunboğaz çəkmə) |
1 cüt |
2 il |
14. |
Qara və ya zeytun rəngli şərf |
1 ədəd |
2 il |
15. |
Qara və ya zeytun rəngli qalstuk |
2ədəd |
L il |
16. |
Qara rəngli corab (qadınlar üçün ət rəngli neylon) |
4 cüt |
L il |
17. |
Qara rəngli əlcək |
1 cüt |
5 il |
18. |
Qara rəngli şalvar qayışı |
1 ədəd |
3 il |
|
|
|
|
|
|
|
|
Qeydlər:
1. Fərqlənmə nişanları ali, baş və kiçik rəis heyəti üçün (döş nişanı istisna
olmaqla) hər geyim forması üçün 1,5 il müddətinə verilir.
2. Döş nişanı 2 ədəd olmaqla 5 illiyə verilir.