|
Azәrbaycan Respublikasının Nazirlәr Kabineti Vergi ödәyicisinin siyahıya alınmış
әmlakının açıq hәrraclarda satılması
Qaydalarının tәsdiq Qәrar N 170
«Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin tәsdiq edilmәsi, qüvvәyә minmәsi vә bununla bağlı hüquqi tәnzimlәmә mәsәlәlәri haqqında» Azәrbaycan Respublikasının Qanununun vә bu Qanunla tәsdiq edilmiş Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin tәtbiq edilmәsi barәdә» Azәrbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrәli Fәrmanının icrasını tәmin etmәk mәqsәdi ilә Azәrbaycan Respublikasının Nazirlәr Kabineti qәrara alır: 1. «Vergi ödәyicisinin siyahıya alınmış әmlakının açıq hәrraclarda satılması Qaydaları» tәsdiq edilsin (әlavә olunur). 2. Müәyyәn edilsin ki: vergi ödәyicisinin siyahıya alınmış әmlakının satışı ixtisaslaşdırılmış hәrraclar tәşkil olunana qәdәr Azәrbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin nәzdindә fәaliyyәt göstәrәn Respublika Auksion Mәrkәzi tәrәfindәn hәyata keçirilir; siyahıya alınmış dövlәt әmlakının satışı ixtisaslaşdırılmış açıq hәrraclarda Azәrbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin nәzdindә fәaliyyәt göstәrәn Respublika Auksion Mәrkәzi tәrәfindәn hәyata keçirilir. 3. Bu qәrar imzalandığı gündәn qüvvәyә minir. Azәrbaycan Respublikasının Baş naziri A. RASİ-ZADƏ
Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2001-ci il 26 oktyabr tarixli 170 nömrәli qәrarı ilә tәsdiq edilmişdir
1.1. Bu Qaydalar Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin 90.3-cü maddәsinә vә qüvvәdә olan digәr qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır. 1.2. Bu Qaydalar vergi ödәyicisinin siyahıya alınmış әmlakının (bundan sonra — әmlak) açıq hәrraclarda satışı qaydalarını, alıcıların iştirakı vә hesablaşma şәrtlәrini müәyyәn edir. 1.3. Əmlakın açıq hәrracda satışı — mәhkәmәnin qanuni qüvvәyә minmiş qәrarı әsasında hәmin әmlaka dair heç hir şәrt qoyulmadan satışıdır. Bu zaman әn yüksәk qiymәt tәklif etmiş alıcı hәmin әmlak üzәrindә mülkiyyәt hüququnu qazanır. 1.4. Hәrracın tәşkilatçısı qismindә ixtisaslaşdırılmış tәşkilat, әmlakın satıcısı kimi isә mәhkәmә icraçıları çıxış edirlәr.
2.1. Hәrracın keçirilmәsi üçün hәrracın tәşkilatçısına aşağıdakı sәnәdlәr tәqdim edilmәlidir: vergi ödәyicisinin әmlakının hәrracda satışı
barәdә mәhkәmәnin qanuni qüvvәyә
minmiş qәrarı; 2.2. Hәrracın tәşkilatçısı bu Qaydaların 2.1-ci bәndindә göstәrilәn sәnәdlәri aldıqdan sonra hәrracın keçirilmәsi gününә әn azı 30 (otuz) gün qalmış kütlәvi informasiya vasitәlәrindә hәrraca çıxarılacaq әmlak barәsindә elan dәrc etdirir. 2.3. Elanda aşağıdakı mәlumatlar әks olunmalıdır: hәr bir lot üzrә ayrı-ayrılıqda satışa
çıxarılan әmlakın siyahısı, yerlәşdiyi
ünvan; 2.4. Mәlumatın dәrc olunduğu andan qanunvericiliklә hәrracda iştirak etmәk hüququ qazanmış fiziki vә hüquqi şәxslәrә satışa çıxarılan әmlakla tanış olmaq imkanı yaradılır. Satışa çıxarılan әmlakla tanış olduqdan sonra hәrracın keçirilmәsinә 5 (beş) gün qalmış hәrraca buraxılmış fiziki vә hüquqi şәxslәr hәrracın tәşkilatçısına hәrracda iştirak edib-etmәyәcәklәri barәdә öz qәti qәrarlarını yazılı surәtdә bildirmәlidir.
3.1. Sifariş vermiş vә müvafiq qaydada sәnәdlәri tәrtib edib, elanda göstәrilәn müddәtdә tәqdim etmiş, habelә elanda göstәrilәn hesablaşma hesabına behin köçürülmәsi barәdә bildiriş tәqdim etmiş istәnilәn fiziki vә hüquqi şәxslәr hәrracda iştirak edә bilәrlәr. 3.2. Hәrracda iştirak etmәk üçün fiziki
vә ya hüquqi şәxs vә ya onların sәlahiyyәtli
nümayәndәlәri tәrәfindәn imzalanmış
(hüquqi şәxs tәrәfindәn әlavә
olaraq möhürlә tәsdiq edilmiş) sifariş (әrizә)
satıcı tәrәfindәn müәyyәn olunmuş
nümunәyә müvafiq olaraq hәrracın elanda göstәrilmiş hesaba behin köçürülmәsini
tәsdiq edәn sәnәd; 3.3. Hәrracın tәşkilatçısı tәrәfindәn aşağıdakı hallar müәyyәn edildikdә, fiziki vә hüquqi şәxslәr hәrracda iştirak etmәk üçün buraxılmırlar: yenidәn tәşkil olunma, lәğv olunma yaxud müflis
vәziyyәtindә olan hüquqi şәxslәr; 3.4. Sәnәdlәrin qәbulundan imtina hәrracın tәşkilatçısı tәrәfindәn әsasları göstәrilmәklә edilir. Sifarişi vә sәnәdlәri qәbul edilmәyәn fiziki vә hüquqi şәxslәrә sәnәdlәr, onların qәbulu günü әrzindә, әsasları yazılı surәtdә göstәrilmәklә geri qaytarılır. 3.5. Hәrracda iştirak etmәk üçün fiziki vә hüquqi şәxslәr sifarişi vә ona әlavә olunmuş sәnәdlәri, habelә tәqdim olunan sәnәdlәrin 2 nüsxәdәn ibarәt siyahısını hәrracın tәşkilatçısına tәqdim edirlәr. Hәrracın tәşkilatçısı hәr bir sifarişi vә ona әlavә olunmuş sәnәdlәri verilmә tarixi vә vaxtını göstәrmәklә xüsusi curnalda ardıcıllıqla qeyd edir. Hәrracın tәşkilatçısı tәqdim olunan sәnәdlәrin siyahısının bir nüsxәsindә sifarişin verilmә tarixini vә vaxtını, habelә qeydiyyat curnalındakı nömrәsini göstәrmәklә sifarişçinin özünә qaytarır. 3.6. Hәrrac iştirakçılarına onların hәrracda iştirak etmәk nömrәsini әks etdirәn bilet verilir. 3.7. Fiziki vә ya hüquqi şәxslәr sifarişlәrin qәbulu başa çatanadәk öz sifarişini geri götürә bilәr. Bu mәqsәdlә sifarişçi yazılı surәtdә hәrracın tәşkilatçısına müraciәt etmәlidir. Sifarişin geri götürülmәsi sәnәdlәrin qәbulu curnalında müvafiq surәtdә öz әksini tapmalıdır. Hәrracın şәrtlәrinә uyğun olaraq sifarişini geri götürmüş fiziki vә ya hüquqi şәxslәrin ödәdiyi beh geri qaytarılır. 3.8. Sifarişçilәrin hәrraca buraxılıb-buraxılmaması barәdә hәrracın tәşkilatçısının qәrarı protokolla rәsmilәşdirilir. Bu protokolda sifarişlәri qәbul edilәn vә rәdd edilәn fiziki vә hüquqi şәxslәrin adları qeyd edilir. Sifarişlәri rәdd edilәn fiziki vә hüquqi şәxslәrә bu barәdә әsasları göstәrilmәklә yazılı surәtdә bildirilir. Sifarişçi hәrracın iştirakçısı statusunu sifarişlәrin qәbuluna dair protokol imzalandıqdan sonra qazanır. 3.9. Hәrracın tәşkilatçısı tәqdim olunmuş sifarişlәrin vә ona әlavә olunmuş sәnәdlәrin müvafiq qaydada saxlanılması üçün zәruri tәdbirlәr görür. IV. Hәrracın keçirilmәsi qaydası 4.1. İcraata başlanması barәdә mәhkәmә qәrarına әsasәn verilәn icra sәnәdi icraya tәqdim edildiyi tarixdәn 10 (on) gün müddәtindә hәrracı tәşkil etmәk üçün satıcı tәrәfindәn hәrrac komissiyası (bundan sonra — komissiya) yaradılır vә komissiyanın iş reqlamenti tәsdiq olunur. 4.2. Satıcının qәrarı ilә komissiyanın tәrkibi 5 (beş) nәfәrdәn ibarәt müәyyәn edilir. Komissiyanın tәrkibinә 1 nәfәr satıcının nümayәndәsi vә hәr birindәn 1 nәfәr olmaqla Azәrbaycan Respublikası Ədliyyә Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin, Maliyyә Nazirliyinin vә hәrracın tәşkilatçısının nümayәndәlәri daxil edilir. Komissiyanın sәdri satıcının nümayәndәsi tәyin olunur. Komissiyanın qәrarları sadә sәs çoxluğu ilә qәbul edilir. Komissiya üzvlәrinin on azı üçdә iki hissәsi iştirak etdikdә onun qәrarları sәlahiyyәtli hesab olunur. Komissiyanın hәr bir üzvü bir sәsә malikdir. Sәslәr bәrabәr olduqda, komissiya sәdrinin sәsi hәlledici hesab olunur. 4.3. Komissiya: hәrracın tәşkil olunmasını vә keçirilmәsini
tәmin edir; 4.4. Hәrrac aşağıdakı qaydada keçirilir: satışa çıxarılan әmlakın ilkin satış
qiymәti elan olunur. İlkin satış qiymәti vә
ya әlavәlәr edilmәklә artırılan satış
qiymәti elan olunduqda, sifarişçilәr öz biletlәrini
qaldırmaqla elan olunmuş qiymәtә әmlakı
almağa razı olduqlarını bildirirlәr; Qalib gәlmiş şәxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi beh geri qaytarılmır. Protokolu imzalamaqdan boyun qaçıran satıcı qalib gәlmiş şәxsә behi ikiqat mәblәğdә geri qaytarmalı, habelә hәrracda iştirak etmәk nәticәsindә dәyәn zәrәrin әvәzini ödәmәlidir. Ziyanın mәblәği satıcının vә qalib gәlmiş şәxsin razılığı әsasında müәyyәn edilir. Tәrәflәr razılığa gәlmәdikdә, zәrәrin mәblәği onların birinin әrizәsi әsasında mәhkәmә qaydasında müәyyәn edilir. Hәrrac baş tutmadıqda beh geri qaytarılmalıdır. Hәrracda iştirak edәn, lakin onu udmayan şәxslәrin behi 5 (beş) bank günü müddәtindә qaytarılır. Hәrrac baş tutmadığı hallarda onun yekunu komissiya tәrәfindәn protokollaşdırılır. 4.5. Hәrracın yekunları haqqında mәlumat hәrracın keçirildiyi gündәn on beş tәqvim günü müddәtindә hәrracın tәşkilatçısı tәrәfindәn mәtbuatda dәrc olunur. 4.6. Hәrracın qalibi ilә satıcı arasında protokol imzalandığı andan әn geci beş bank günü müddәtindә hәrracın qalibi ödәnilmәli olan pul vәsaitini satıcının müәyyәn etdiyi bank hesabına köçürür. Hәrracın tәşkilatçısı hәrracın keçirilmәsi ilә bağlı çәkdiyi xәrclәri tәsdiq edәn sәnәdlәri satıcıya tәqdim edir. 4.7. Əmlakın (vә ya müәyyәn lotun) qiymәtinin tam ödәnilmәsini tәsdiq edәn ödәniş sәnәdi(lәri) tәqdim edildikdәn sonra әmlaka (lota) mülkiyyәt hüququ hәrracın qalibinә keçir.
5.1. Qanunvericiliyin müddәalarını pozmaqla keçirilәn hәrrac maraqlı şәxslәrin iddiası üzrә mәhkәmә tәrәfindәn etibarsız hesab edilә bilәr. 5.2. Hәrracın etibarsız sayılması hәrracı udmuş şәxslә bağlanan müqavilәnin etibarsızlığına sәbәb olur.
Siyahıya alınmış әmlakın açıq hәrracda satışında vergi, әdliyyә vә maliyyә orqanlarının vә Azәrbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin vә mәhkәmә icraçılarının vәzifәli şәxslәrinin bilavasitә vә ya dolayısı ilә alıcı kimi iştirak etmәsinә yol verilmir. |