Azәrbaycan Respublikasının Nazirlәr Kabineti
Köhnәlmәyә mә`ruz qalmayan aktivlәrin Siyahısının tәsdiq edilmәsi barәdә
Qәrar N 5
Bakı şәhәri, 4 yanvar 2001-ci il

"Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin tәsdiq edilmәsi, qüvvәyә minmәsi vә bununla bağlı hüquqi tәnzimlәmә mәsәlәlәri haqqında" Azәrbaycan Respublikası Qanununun vә bu
Qanunla tәsdiq edilmiş Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin tәtbiq edilmәsi barәdә" Azәrbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrәli Fәrmanının
icrasını tә`min etmәk mәqsәdi ilә Azәrbaycan Respublikasının Nazirlәr Kabineti qәrara alır:

1. "Köhnәlmәyә mә`ruz qalmayan aktivlәrin Siyahısı" tәsdiq edilsin (әlavә olunur).

2. Bu qәrar 2001-ci il yanvarın 1-dәn qüvvәyә minir.


Azәrbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADӘ.


Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2001-ci il 4 yanvar tarixli
5 nömrәli qәrarı ilә tәsdiq edilmişdir

 

Köhnәlmәyә mә`ruz qalmayan aktivlәrin Siyahısı


Nadir tarixi vә me`marlıq abidәlәri olan binalar vә qurğular (tikililәr)*;
elmi-tәdqiqat, tәdris vә tәcrübә mәqsәdi üçün kabinetlәrdә vә laboratoriyalarda istifadә
edilәn avadanlıqlar, eksponatlar, nümunәlәr, fәaliyyәtdә olan vә olmayan modellәr, maketlәr
vә başqa әyani vәsaitlәr;
mәhsuldar heyvanlar (damazlıq inәklәr, camışlar, madyanlar, dәvәlәr, marallar, donuzlar,
qoyunlar, keçilәr, döllük buğalar, kәllәr, ayğırlar, nәrlәr, qabanlar, qoçlar, tәkәlәr vә
bunlar kimi digәr mәhsuldar heyvanlar);
heyvanxanalarda vә digәr analoji müәssisәlәrdә olan heyvanat alәminin eksponatları;
istismar vaxtı çatmayan çoxillik әkmәlәr;
kitabxana fondları, kinofondlar (video, audio, foto), sәhnә rekvizitlәri, muzey sәrvәtlәri
(eksponatları);
incәsәnәt әsәrlәri* ;
tam amortizasiya olunmuş әsas vәsaitlәr, onlar istismara yararlı olduğu hallarda;
konservasiya edilmiş әsas vәsaitlәr;
ümumi istifadәdә olan avtomobil yolları;
ümumi istifadәdә olan parklardaki avadanlıqlar;
torpaq sahәlәri;
istismara verilmәmiş anbarda olan әsas vәsaitlәr



* Azәrbaycan Respublikasının müvafiq qanunvericiliyi ilә müәyyәnlәşdirilir.